Qazaxıstanın miulli valyutası

Təngə təngə gəldi...

74
(Yenilənib 16:51 04.09.2018)
Bəzi valyutadəyişmə məntəqələri dolları 369 təngəyə mübadilə edir

BAKI, 4 sentyabr — Sputnik. Qazaxıstan Fond Birjalarında dolların məzənnəsi 367,52 təngəyə kimi bahalaşıb. Bu, 2016-cı ilin fevralından bəri ən pis göstəricidir.

Sputnik Qazaxıstan xəbər verir ki, dünən dolların dəyəri 365,43 təngə olub. Bəzi valyutadəyişmə məntəqələri dolları 369 təngəyə mübadilə edir.

Bundan əvvəl analitik Alpari Vadim Yusub sentyabrın əvvəllərində dolların 350-360 təngə olacağını proqnozlaşdırmışdı. Milli Bankın sədri Daniyar Akişev isə yaxın 2 ildə inflyasiyanın 5-7 faiz olacağını bildirmişdi. O, bunu Rusiyaya qarşı sanksiyalar və təngənin ucuzlaşması ilə əlaqələndirmişdi.

74
Teqlər:
bahalaşma, təngə, Qazaxıstan, dollar