İstanbulda valyutadəyişmə məntəqəsi, arxiv şəkli

Türkiyəyə daha bir bəd xəbər gəldi...

655
Xatırladaq ki, “Moody's” mart ayında da Türkiyənin kredit reytinqini “Ba1”dən “Ba2”yə endirmişdi

BAKI, 18 avqust — Sputnik. Beynəlxalq kredit  agentliyi “Moody's” Türkiyənin kredit reytinqini “Ba2”dən “Ba3”ə endirib. Eləcə də reytinqin proqnozunu “sabit”dən “mənfi”yə dəyişib.

Sputnik Azərbaycan Bloomberg-ə istinadən xəbər verir ki, agentlik türk lirəsinin zəifləməsinin Mərkəzi Bankın müstəqil olmaması, maliyyə böhranının səbəblərini aydın və etibarlı şəkildə ortaya qoyan planının olmaması ilə sürətləndiyini qeyd edib.

Yüksələn xarici maliyyələşmə riski ilə bərabər maliyyə şərtlərinin sərtləşməsinin (faizlərin yüksəlməsinin və s.) və valyutanın zəifləməsinin inflyasiyanın yüksəlməsinə, iqtisadi inkişafın zəifləməsinə səbəb ola biləcəyini vurğulayıb.

Xatırladaq ki, “Moody's” mart ayında da Türkiyənin kredit reytinqini “Ba1”dən “Ba2”yə endirmişdi. Proqnozunu “mənfi”dən “sabit”ə dəyişmişdi.

655
Teqlər:
pisləşmə, reytinq, Türkiyə, Moody`s