Türk lirəsi, avro və dollar

Bataqlıqda boğulan türk lirəsi: Azərbaycan qazanıb, itirəcək?

12724
(Yenilənib 17:51 13.08.2018)
“Manatın bu və ya digər formada türk lirəsinə hər hansı bir bağlılığı yoxdur, Azərbaycanın kifayət qədər valyuta ehtiyatları mövcuddur”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. "Hazırda Türkiyədə baş verən proseslər yalnız iqtisadi proseslər deyil. Bunun arxasında ciddi siyasi, geosiyasi proseslər dayanır. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edib. XX əsrin 90-cı illərindən başlayaraq Türkiyənin həm idxal-ixracı, həm də qiymətli kağızlar bazarı ciddi şəkildə dünya bazarına inteqrasiya edib".

Bunu iqtisadçı-ekspert Azər Mehtiyev Sputnik Azərbaycan-a açıqlamasında türk lirəsinin ucuzlaşmasından danışarkən deyib.

Rubl və dollar
© Sputnik / Vladimir Trefilov

Onun sözlərinə görə, 21-ci əsrin əvvəllərində Türkiyəni dünya iqtisadiyyatının əsas inkişaf nöqtələrindən biri kimi də xarakterizə etmək olar: "Türkiyə iqtisadiyyatı maliyyə resurslarının axını baxımdan kifayət qədər cəlbedici olub. İndi isə Türkiyə ilə ABŞ arasında olan münasibətlər səbəbindən ABŞ-ın tətbiq etdiyi addımlar Türkiyə iqtisadiyyatına ciddi problemlər yaradır. Bu, həm də Türkiyənin mövcud tədiyyə balansının durumundan və s. amillərdən qaynaqlanır".

Ekspertin fikrincə, məsələ Türkiyə hökumətinin həyata keçirəcəyi siyasətdən asılıdır: "Təbii ki, bütün bu cür proseslərdə ilkin dövrdə əhali, şirkətlər təlaş yaşayır, bu da səbəbsiz deyil. Çünki lirənin bu qədər sürətlə dəyərsizləşməsi bir çox şirkətlər üçün çox böyük itkilər deməkdir. Onlar bunun qarşısını almaq üçün dollar almaq istəyirlər. Dollara tələbatın artması istər-istəməz kursun daha da düşməsinə gətirib çıxarır. İndiki məqamda hər şey Türkiyə Mərkəzi Bankının və hökumətin hansı addımlar atmasından asılıdır".

Lirənin ucuzlaşmasının manata təsirinə gəlincə, ekspert bildirib ki, manatın bu və ya digər formada türk lirəsinə hər hansı bir bağlılığı yoxdur: "Manatın bağlı olduğu, əsasən, ABŞ dollarıdır və bu da neftin qiyməti vasitəsilə özünü göstərir. Yəni neftin qiyməti yüksəkdirsə, manatın kursuna hər hansı bir ciddi təhdid və təhlükə gözlənilən deyil. Hazırda neftin qiyməti yüksəkdir və Azərbaycanın kifayət qədər valyuta ehtiyatları mövcuddur".

O bildirib ki, təkcə Türkiyədə deyil, digər qonşu ölkələrdə də bu proseslər baş verir: "Qonşu ölkələr həm idxal, həm ixrac baxımından bizim əsas ticarət tərəfdaşımızdır. Həmin ölkələrdə kursun aşağı düşməsi nəticəsində Azərbaycanda ixracın səviyyəsinə təsir göstərməmək üçün zaman-zaman ola bilsin, manatın məzənnəsinə ciddi olmayan hansısa korreksiyaya ehtiyac yaransın. Bu baxımdan Azərbaycanda kəskin bir devalvasiya gözləmirəm".

"Əsas ticarət tərəfdaşlarında milli valyutanın ucuzlaşması, manatın möhkəmlənməsi bizim üçün daha çox idxalı stimullaşdıran bir elementdir. Yəni bu, Azərbaycana həmin ölkələrdən mal gəlməsini artıran bir amil olur. Azərbaycandan isə həmin ölkələrə ixracı çətinləşdirir, xüsusilə məhsullarımızın Rusiyaya, İrana getməsi çətinləşir" — deyə o bildirib.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə deyib ki, Türkiyədə iqtisadi qərarların yetərsiz qaldığı müşahidə olunur: "Lirə üzərində təzyiqin azaldılması, ABŞ-la gərginliyin azaldılmasına və bir az da dollar/lirə məzənnəsinin psixoloji səviyyə olan 7-yə yüksəlməsinə bağlı olduğu görünür. Bundan sonra Türkiyənin tək qazancı məzənnəyə bağlı olaraq orta müddətdə ixracatın artması və turizm gəlirlərinə bağlı olaraq ölkənin xroniki xəstəliklərindən biri olan tədiyyə balansındakı açığın azalması gözlənilir. Lirənin dəyərdən düşməsi xüsusilə daşınmaz əmlaka investisiyanın, valyuta çıxışının artması ilə müşahidə oluna bilər".

Azərbaycana təsirinə gəlincə, ekspert bildirib ki, burada idxal-ixrac etdiyimiz malların strukturuna baxmaq lazımdır: "Türkiyədən idxal etdiyimiz mallar daha çox hazır geyim, qida məhsulları, ev alətləri və avadanlıqdır. İdxal olunan mallar, qida xaric idxaldan asılı olduğumuz mallardır. Dolayısı ilə bu məhsulların idxalı arta bilər, ancaq bu, bazarın tələbi ilə məhdud səviyyədə qalacaq".

12724
Teqlər:
təsir, manat, ixrac, idxal, dollar, lirə, Türkiyə
Qaz plitəsi, arxiv şəkli

Camaat bu il qaza xeyli qənaət edib, limiti çox az abonent keçib

9
“Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

BAKI, 26 noyabr — Sputnik. 2020-ci ilin 10 ayının iqtisadi göstəricilərinə görə, noyabr ayının birinə olan məlumata əsasən, “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 310 min 414 əhali abonentinin cəmi 9,68%-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib.

Qurumdan Sputnik Azərbayca-a verilən məlumata görə, bu rəqəm say etibarı ilə 223599 abonent deməkdir. Yerdə qalan 2 milyon 086 min 815 abonent (ümumi əhali abonentlərinin 90,32%) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

9
 Azərbaycan hərbçiləri və rusiya sülhməramlıları Laçın dəhlizində, arxiv şəkli

Fransa adına ləkə: Qətnamə Ermənistanla Azərbaycan arasındakı razılaşmanı təhlükəyə atır

113
(Yenilənib 11:44 26.11.2020)
Deputat bildirib ki, bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır.

BAKI, 26 noyabr — Sputnik. "Fransa Senatının dünən qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib. Bu, Fransa adına böyük bir ləkədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.

"Biz Fransanın vasitəçilik missiyasından imtina etməliyik. Biz daha kəskin addımlar atmalıyıq. Parisdəki səfirimiz geri çağırılmalı, iqtisadi əlaqələr tamamilə dayandırılmalıdır", - deyə o qeyd edib.

Deputat bildirib ki, bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır.

O bildirib ki, qətnamədə əks olunan bütün müddəalar Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını təhlükəyə atır: "Bu sənəd bölgədə yenidən münaqişənin alovlanmasına şərait yaradır. Bu qətnamənin müəllifləri bir tərəfdən Fransanın həmsədr kimi rolunun artırılmasından bəhs edir, digər tərəfdən isə bu missiyanın bütün tələblərini kobud şəkildə pozaraq Ermənistanın belə tanımadığı qondarma qurumun müstəqilliyini tanımağa çağırır. Qətnamə ləğv olunana kimi Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun da fəaliyyəti dayandırılmalıdır. Fransa Prezidenti bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Ona görə də Makron bu qətnamənin mətnini dəyişməlidir".

113
Teqlər:
səfir, təhdid, razılaşma, qətnamə, Senat, Fransa, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ermənistan parlamenti

Ermənistan parlamentində dava düşdü, qadın kişi deputatlar bir-birinə qarışdı - VİDEO

0
(Yenilənib 20:04 26.11.2020)
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zohrabyan: "Paşinyan Azərbaycanda cizgi filmlərinin qəhrəmanına çevrilib".

BAKI, 26 noyabr - Sputnik. Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Sputnik Ermənistan-ın məlumatına görə, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.

Son nöqtə "Çiçəklənən Ermənistan"ın deputatı Naira Zohrabyana ünvanlanan irad olub. Zohrabyan Paşinyanın Azərbaycanda cizgi filmlərinin qəhrəmanı olduğunu söylədikdə, Danielyan ona irad tutub: "Siz də Azərbaycanda superulduzsunuz."

Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib. Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

 

0
Teqlər:
Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan