Bakının görünüşü

Beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı vacib açıqlama yaydı

160
(Yenilənib 16:59 13.08.2018)
"Artım neftin bahalaşması və təbii qaz ixracının həcminin artması hesabına olacaq"

BAKI, 13 avqust — Sputnik. Azərbaycanın "Ba2 Sabit" kredit reytinqi ölkənin ümumi dövlət borcunu və verdiyi zəmanətləri, eyni zamanda zəif bank sektorunu əks etdirir.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.

"Bununla belə, ölkənin böyük maliyyə aktivləri kredit profilinə əhəmiyyətli dərəcədə dəstək olur" — deyə hesabatda qeyd edilib.

"Moody`s" həmçinin bəyan edib ki, bu il Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 2017-ci ildə 0,1%, 2018-ci ilin ilk 5 ayında isə 1,6% artıb. İqtisadi inkişaf göstəricisinin 2018-ci ilin yekununda 2%, 2019-cu ilin yekununda isə 3% təşkil edəcəyi proqnozlaşdırılır.

"Artım neftin bahalaşması və təbii qaz ixracının həcminin artması hesabına olacaq" — deyə "Moody`s" vurğulayıb.

160
Teqlər:
reytinq, Ümumi Daxili Məhsul (ÜDM), Moody`s, Azərbaycan