SOCAR-ın baş ofisi

SOCAR Türkiyədə nəhəng iddiasını ortaya qoydu: Almanların əvəzinə biz

5858
(Yenilənib 16:14 08.08.2018)
"EWE Turkey Holding" illik 2-2.5 milyard kub metrlik təbii qaz tədarükü ilə Türkiyənin ən böyük xüsusi topdan satış bazarına nəzarət edir

BAKI, 8 avqust — Sputnik. 2007–ci ildən Türkiyə enerji bazarında olan Almaniyanın nəhəng enerji şirkəti "EWE Turkey Holding" Türkiyə enerji bazarını tərk etməyə hazırlaşır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərkəzi ofisi Oldenburq şəhərində yerləşən Almaniyanın "EWE" şirkətinin şədərdaxili təbii qaz paylaşımı ilə məşğul olan "Bursaqaz" və "Qayseriqaz" müəssisələrindəki hissələrini satışa çıxarıb.

Şirkət rəhbərliyinin potensial alıcılarla keçirdiyi görüşlərin nəticəsi məlum olub. Alman şirkətinin səhmlərinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ — SOCAR) namizəd olub. Burada SOCAR-ın əsas rəqibi, son zamanlar enerji sahəsində irəliləyən "Kolin" şirkətidir.

Hazırda satılan hissələrin qiymətinin 200-250 milyon dollar olduğu deyilir. "EWE" "Bursaqaz" və "Qayseriqaz"-ın səhmlərinin 80 faizinə sahibdir.

SOCAR-ın səhmlərini almağa namizəd olduğu "EWE Turkey Holding" illik 2-2.5 milyard kub metrlik təbii qaz tədarükü ilə Türkiyənin ən böyük xüsusi topdan satış bazarına nəzarət edir.

Qeyd edək ki, Trans Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) əsas səhmdarı olan SOCAR Türkiyənin enerji sektoruna milyardlarla dollarlıq investitsiya yatırıb.

5858
Teqlər:
SOCAR, qaz, səhm, "EWE Turkey Holding", şirkət, Almaniya, enerji bazarı, Türkiyə
Əlaqədar
SOCAR rəsmisi TANAP üzrə işlərin tamamlanacağı vaxtı açıqladı
SOCAR və BP arasında yeni pay bölgüsü oldu
SOCAR-ın əməkdaşı iş yerində intihar etdi
İlham Əliyev SOCAR-la bağlı göstəriş verib
Neft buruğunda faciə - SOCAR açıqlama verdi
SOCAR-ın baş ofisindən həyəcan siqnalı daxil olub