Yuxarıxanbulançay Hidroqovşağı İstismarı idarəsi

Azərbaycanın ən yağıntılı bölgəsində görünməmiş böhran yaşanır

9141
(Yenilənib 18:09 03.08.2018)
Məhsuldarlıq aşağı düşüb, fermerlər çay yarpaqları yığa bilmir, külli miqdarda ziyan ortaya çıxa bilər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Ötən illərə nisbətən bu il havaların isti və yağıntısız keçməsi bir sıra fəsadlara səbəb olub. Məsələn Respublikanın cənub zonasında çayçı fermerlər quraq havalardan əziyyət çəkirlər. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Lənkəran və Astara rayonlarında çayçılıqla məşğul olanlar deyirlər ki, məhz iyul-avqust aylarında çay kollarının məhsuldarlıq dövrü olduğundan çay sahələrinin daha çox suvarılmasına ehtiyac var.

Yeni əkilmiş çay sahələrinin vəziyyəti
© Sputnik / Rahim Murad
Yeni əkilmiş çay sahələrinin vəziyyəti

"Astaraçay" MMC-nin Hirkan çayobası sahəsinin sahə rəisi Şəhadət Mahmudovun sözlərinə görə, yeni əkilmiş çay sahələrinin vəziyyəti ürəkaçan deyil: "Bizim hal-hazırda Hirkan çayoba ərazisində 105 hektar çay sahələrimiz var. Sahələrdə su çatışmazlığı ucbatından çay kollarında saralma-yanma var. Xanbulançay dəryaçasında suyun az olması səbəbindən çay sahələrimiz ağır vəziyyətdədir".

"Biz öz hesabımıza süni yaradılmış göllərdən su çəkərək 2011-ci ildə əkilmiş 50 hektara yaxın çay sahələrini vəziyyətdən çıxara bilmişik. Məhsuldarlıq aşağı düşüb, çay yarpaqlarını yığa bilməmişik. 100 minlərlə manat dəyərində şirkətə ziya dəyə bilər. Ötən il isə iyul ayına qədər 100 ton çay yığıb fabrikə təhvil vermişdik" — deyir Ş.Mahmudov.

Yuxarı Xanbulançay Hodroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev isə danışır ki, bu il Yuxarı Xanbulançay su anbarına 29 milyon kub metr su yığa biliblər: "Halbuki su anbarının ümumi tutumu 52 milyon kub metr təşkil edir. Bunun səbəbi payız-qış aylarında yağıntıların az olması və dağlarda qar örtüyünün olmaması ilə bağlıdır".

Yeni əkilmiş çay sahələrinin vəziyyəti
© Sputnik / Rahim Murad
Yeni əkilmiş çay sahələrinin vəziyyəti

Onun sözlərinə görə, hazırda avqust ayıdır və suvarma mövsümü başa çatmaq üzrədir, amma Xanbulançay su anbarında cəmi 6 milyon kub metr su ehtiyatı var: "Su ehtiyatımız az olsa da, növbəli sistemdə işimizi qurmuşuq və bunun vacibliyi barədə fermerlərə və digər su istehlakçılarına məlumat vermişik. Bu rejimi yaratmaqla sudan səmərəli istifadə etmək olar".

"Onu da qeyd edim ki, Xanbulançay su anbarı suvarmadan başqa Lənkəran şəhərinin əhalisini də içməli su ilə təmin edir. Bu su anbarından başqa Lənkərançay çayı da bizim əsas su mənbələrimizdən biridir. İyul-avqust aylarında Lənkərançayda su sərfi azalaraq 1.5-2 kub metrə çatır. Lakin builki quraqlığa görə Lənkərançayda su sərfiyyatı 0.5-0.8 kubametrə enib. Yağıntılar düşəcəyi təqdirdə isə növbəli sistemlə deyil, suyu istehlakçılara normal qaydada verəcəyik".

Yeni əkilmiş çay sahələrinin vəziyyəti
© Sputnik / Rahim Murad
Yeni əkilmiş çay sahələrinin vəziyyəti

A.Salayev onu da bildirir ki, gələcəkdə eyni çətinliklərlə üzləşməmək üçün istər "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti (ASC), istərsə də Lənkəran rayon rəhbərliyi qarşısında su ehtiyatları yerlərinin yenidən qurulması, su qurğularının təmiri, su kanallarının çəkilməsi və təmizlənməsi məsələlərini qaldırıblar: "Bu məsələlər öz həllini tapacağı təqdirdə gələcəkdə quraqlıq baş verdiyi halda problem yaşanmayacaq".

9141
Teqlər:
Xanbulançay su anbarı, Allahyar Salayev, Yuxarı Xanbulançay Hodroqovşağı İstismar İdarəsi, Şəhadət Mahmudov, Hirkan çayobası sahəsi, "Astaraçay" MMC, çay sahələri, çay kolları, avqust, hektar, suvarma, ərazi, iyul, fəsad, məhsuldarlıq, quraqlıq, fermer, su, isti, hava, yağış
Əlaqədar
Son minilliyin ən şiddətli quraqlığı başlayıb
Əhali su probleminə görə küçəyə axışdı - VİDEO
Paytaxtın su probleminin həllində önəmli addım
Su probleminin həlli üçün daha 4 milyon manat ayrıldı
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

5
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

5
Teqlər:
neft, OPEK, OPEC
Günəş panellərinin quraşdırılması

Bərpa olunan enerji mənbələrindən istifadə haqqında qanun layihəsinə hökumətdə baxılır

9
(Yenilənib 08:31 21.10.2020)
Bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır.

BAKI, 21 oktyabr — Sputnik. "Bu gün əsas məqsədimiz Azərbaycan Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına 1500 MVt əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib.

Onun sözlərinə görə, energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri bu ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması olub: "Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən, 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq".

Nazir bildirib ki, "Enerji alqı-satqı", "İnvestisiya", "Ötürücü Şəbəkəyə Qoşulma" və "Torpaq İcarə" müqavilələri hazırlanaraq investorlara təqdim edilib və hər iki şirkətlə imzalanacaq müvafiq sənədlərin razılaşdırılması artıq yekunlaşır: "ACWA Power" və "Masdar" şirkətləri ilə müvafiq müqavilələrin imzalanmasından sonra Abşeron, Xızı və Qaradağ rayonlarında ayrılmış ərazilərdə stansiyaların tikintisinə başlanacaq. Külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Pirəkəşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə, təxminən, illik 1,4 milyard kVt·st elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir".

P.Şahbazov deyib ki, bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır: "Bu məqsədlə pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə ikitərəfli müqavilələr və hərraclar vasitəsilə reallaşdırılması istiqamətində hazırlıq tədbirləri görülür. Belə ki, investisiya cəlbi üçün beynəlxalq təcrübədə rast gəlinən bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı olan digər 5 sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü dəqiqləşdirilib. Bununla yanaşı, külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Nazirlik tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib, hazırda torpaqların təyinatı, elektrik enerjisi şəbəkəsinə qoşulma imkanları araşdırılır. Həmçinin bərpa olunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları, elektrik enerjisinin satınalınması, elektrik şəbəkəsinə qoşulma, torpaq icarə müqavilələri və digər sənədlər hazırlanır. Eyni zamanda, elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi müəyyənləşdirilir ki, layihələrin gələcəkdə şəbəkəyə inteqrasiyası zamanı problemlər yaranmasın. Hesablamalara əsasən, 2030-cu ilədək üç mərhələdə 440 MVt, 460 MVt və 600 MVt həcmində qoyuluş güclərinin şəbəkəyə inteqrasiyası mümkündür".

Nazir qeyd edib ki, bərpa olunan enerji sahəsinin inkişafında mühüm yeniliklərdən biri isə aktiv istehlakçılar qismində vətəndaşların bu prosesdə iştirakının dəstəklənməsi ilə bağlıdır: "Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi istehlakçıya müəyyən güc həddindəki bərpa olunan enerji mənbələri qurğusu vasitəsilə öz tələbatı üçün elektrik enerjisi istehsal etməyə və istehlakından artıq elektrik enerjisini paylayıcı şəbəkəyə ötürməyə imkan verəcək: "Bütün bu proseslərin aktiv fazaya keçməsi üçün həlledici məqam müvafiq sahədə qanunun qəbuludur. Ölkəmizdə bərpa olunan enerji sahəsinin tənzimlənməsi üzrə ilk normativ hüquqi sənəd kimi "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırda hökümətdə baxılmaqdadır".

9