BAKI, 30 iyul — Sputnik. "Bloomberg" agentliyi dünyada "Aİ-95" markalı benzinin ən ucuz və ən baha satıldığı ölkələrin reytinqini açıqlayıb. Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir ki, dünyada ən ucuz benzin Venesuelada satılır. Belə ki, Venesuelada bu markalı benzinin qiyməti 0,01 dollardan azdır (0,17 AZN).
İkinci yerdə gələn İranda isə benzinin qiyməti 0,28 dollardır (0,47 AZN). Üçüncü pillədə 1 litr benzinə 0,35 dollar (0,59 AZN) göstərici ilə Küveyt qərarlaşıb.
İlk onluqda Nigeriya 0,41 (0,69 AZN), Misir 0,43 (0,73 AZN), Səudiyyə Ərəbistanı 0,54 (0,91 AZN), Malayziya 0,54 (0,91 AZN), İndoneziya 0,67 (1,13 AZN), BƏƏ 0,68 (1,15 AZN) və Rusiya 0,72 dollardır (1,22 AZN) yer tutur.
Reytinqə əsasən, dünyada ən bahalı benzinin satıldığı ölkələrin ilk onluğuna Honkonq 2,09 (3,55 AZN), Norveç 2,02 (3,43 AZN), Yunanıstan 1,91 (3,24 AZN), İtaliya 1,91 (3,24 AZN) Danimarka 1,90 (3,20 AZN), İsrail 1,86 (3,16 AZN), Portuqaliya 1,83 (3,11 AZN), Finlandiya 1,79 (3,04 AZN) və Fransa 1,78 (3.02 AZN) daxildir.
Qeyd edək ki, Azərbaycanda "Aİ 95" markalı benzinin bir litrinin qiyməti 1.25 AZN-dir.
BAKI, 4 mart — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 64,75 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 64,47 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar bahalaşaraq 61,64 dollar olub.
Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
BAKI, 3 mart — Sputnik. İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.
Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib