Kredit ödənişi

Əhalinin gözlədiyi təklif: Borcunu ödəyə bilməyən vətəndaşların kreditləri silinsin

13965
(Yenilənib 17:53 26.07.2018)
"Banklar kreditləri qısamüddətli dövrdə problemli kredit siyahısından çıxır, amma ödəniş edilmədiyinə görə, həmin kredit yenidən problemlilər siyahısına düşür"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. "Azərbaycanda bank sektorunun sağlamlaşdırılması prosesi strateji yol xəritələrinə görə, 2018-ci ildə başa çatmalı idi. Amma 2018-ci ilin 2-ci yarısına daxil olsaq da, bu istiqamətdə qəti addım atılmır. Hər hansı bir bankı bağlamaq çıxış yolu deyil. Bu gün bank sektorunda, kredit bazarında problemli kredit fundamental problemdir".

Эксперт-экономист Рашад Гасанов
© Photo : SİA IA
Эксперт-экономист Рашад Гасанов

Bu barədə Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verib. O, hazırki durumu "həlli gecikmiş problem" adlandırıb: "Bunun aradan qaldırılması üçün aidiyyatı qurumlar "əlini daşın altına qoymalıdır". Əhalinin real problemlərindən qaynaqlanan çətinliklərin həlli istiqamətində işlər görülməlidir. İnsanların faktiki olaraq Mərkəzi Bankın qəbul etdiyi qərar nəticəsində çəkdiyi zərər fonunda yaranmış problemli kreditlər bazası var. Bu zərər aradan qaldırılmalı və kompensasiya edilməlidir".

Həsənovun qənaətincə, problemli kreditlərin məbləği arta bilər: "Müəyyən qısamüddətli addımlar atılır. Məsələn, banklar kreditləri restrukturizasiya edir, qısa müddətli dövrdə bu, problemli kredit siyahısından çıxır. Amma onsuz da şəxs ödənişi edə bilmir. Onun ödəniş etmə imkanları yoxdur. 3 aydan sonra yenə həmin kredit problemlilər siyahısına düşür. Bu, oynamalardır".

İqtisadçının fikrincə, burada çıxış yolu dövlətin bu məsələyə birbaşa olaraq maliyyə mənbəyi təmin etməsidir: "Banklar faktiki olaraq ölkə iqtisadiyyatında ilkin kapitala əsas çıxış vasitəsi, əsas vəsaitlərin artırılmasında isə əhəmiyyətli mənbə hesab olunurdu. Çünki Azərbaycanda maliyyə çıxış imkanları kifayət qədər məhduddur, bu mexanizmlər inkişaf etməyib. Son illərdə banklar bu funksiyaları yerinə yetirən qurum idi. Amma indi, demək olar ki, banklar da bu funksiyaları yerinə yetirə bilmir. Bunun ölkə iqtisadiyyatı üçün dolayı və birbaşa yolla yaratdığı problemlərin miqyası böyükdür".

Ekspert düşünmür ki, problemli kreditin həlli məqsədilə hökumət müəyyən qədər vəsait sərf edərsə, bu, mənfi nəticələrə gətirib çıxarda bilər: "Əksinə, bu, vətəndaşın, biznesin borc öhdəlikləri üzrə yükünü azaldacaq, onların daha təşəbbüskar davranmasına, iqtisadi aktivliyinin daha da artmasına gətirib çıxaracaq. Digər tərəfdən, bankların fəaliyyətinin normal rejimə daxil olması üçün şərait yaradacaq. Və beləliklə, dolayı yolla kompensasiya üçün qoyulmuş vəsaitlər yenidən dövlət büdcəsinə geri dönəcək. Amma indiki halda problem günü-gündən dərinləşir".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, problemli kreditlər məsələsi köklü şəkildə həll edilməsə, proses dərinləşə bilər: "Bu sahədə bir sıra addımlar atılmalıdır. Problemli kreditlərin əksəriyyəti bank sahiblərinin, bank inzibatçılarının öz yaxınlarına, tanışlarına verdikləri kreditlərdir. Buna görə banklarda yoxlamalar aparılmalı və belə kreditlər müəyyən edilməlidir".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

"Bunun müəyyən edilməsi də çətin məsələ deyil. İri məbləğdə aşağı faiz dərəcəsi ilə, girovsuz, yaxud aşağı girov təminatı ilə kreditlər verilibsə, deməli, bunlar bank rəhbərliyinin yaratdığı süni problemlərdir. Bunları müəyyən edib məsuliyyətə cəlb etmək və kreditlərin geri qaytarılmasını tələb etmək lazımdır. Bu yolla problemli kreditlərin mütləq əksəriyyəti həll ediləcək. Bu, birinci məsələdir" – Ə.Həsənov deyib.

Onun sözlərinə görə, digər tərəfdən, həqiqətən borcunu ödə bilməyən şəxslərin kreditləri silinməlidir ki, buna artıq vaxt getməsin, itki olmasın: "Bu şəxslər yenidən borc götürməmək üçün müflis elan edilməlidir. Eyni zamanda, ödənişdə çətinlik çəkən müştərilərə müəyyən güzəştlər etmək olar. Nəhayət, sonuncu addım olaraq dövlət vəziyyəti yaxşı olmayan banklara müəyyən yardım edə bilər".

13965
Teqlər:
bank sektoru, Rəşad Həsənov, problemli kredit, Sputnik Azərbaycan, vətəndaş, Əkrəm Həsənov, ekspert, iqtisadçı, Azərbaycan, həll, iqtisadiyyat
Əlaqədar
Ölkəmizdə investitsiya bankının yaradılmasına ehtiyac varmı - Ekspert şərhi
Bankomatlardan pul çıxararkən diqqətli olun: dövlət qurumu bütün banklara məktub göndərib
Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqladı
Dünya Bankı Azərbaycanla bağlı yeni gündəm yaradıb: İndi nə qərar verək?
Ləğv olunan bankların əmlakı hərraca çıxarılır

Evlər "Suqovuşan"ın işığı ilə aydınlanacaq - VİDEO

21
(Yenilənib 14:24 05.12.2020)
"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək" - "Azərenerji" ASC

BAKI, 5 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur. Onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır: "Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayırıcılar zədələnib və ya sıradan çıxıb".

"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək", - deyə məlumatda bildirilib.

"Suqovuşan" KSES-lərin mövcud vəziyyətini göstərən videonu təqdim edirik.

21
Teqlər:
"Azərenerji" ASC, SES, Suqovuşan
Neft buruğu, arxiv şəkli

Dünyada neft bahalaşır

14
(Yenilənib 13:42 05.12.2020)
Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

 

BAKI, 5 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,20 dollar artaraq 49,68 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 49,25 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 46,26 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

14
Teqlər:
"AzeriLight" markalı neft, "Brent" markalı neft, bahalaşma, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Mixail Qorbaçov

Qorbaçovu artıq qohumları da ziyarət etmirlər

0
(Yenilənib 19:45 05.12.2020)
Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

BAKI, 5 dekabr - Sputnik. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovu artıq qohumları ziyarət etmirlər. İndi onun üçün ən yaxın adam köməkçisi olub. Sputnik Azərbaycan bildirir ki, "MK"nın jurnalistləri Vitali Manskinin "Qorbaçov. Cənnət" filminə baxandan sonra bu qənaətə gəliblər. 

Qorbaçov hökumətin ömürlük istifadə üçün ayırdığı xidməti evdə tək yaşayır. Bina mühafizə olunur və hündür hasarla əhatə olunub. 

Filmdə Qorbaçov etiraf edir ki, nəvələri ona baş çəkmirlər. Qocalmış siyasətçinin durumu elə də yaxşı deyil, kreslodan güclə qalxır və xüsusi qurğunun hesabına hərəkət edir. İkinci mərtəbəyə qalxmaq üçün liftdən istifadə edir, əks halda yataq otağına getmək üçün bir saat sərf etməli olur. 

 

Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

Uzun illər Qorbaçovla işləyən Pavel Palajçenko onun niyə qohumlarıyla görüşmədiyini izah edib. Onun sözlərinə görə, Qorbaçov koronavirusa yoluxmaqdan qorxduğundan özünütəcriddədir. 

"İndi kim gəlir ki? İndi təyyarələr uçmur, ona görə", - Palajçenko deyib. 

Onun sözlərinə görə, emidemioloji situasiya yaxşılaşan kimi qohumları mütləq Qorbaçova baş çəkəcəklər.

0
Teqlər:
qohumlar, Rusiya, Mixail Qorbaçov