Atom Elektrik Stansiyası

Azərbaycana sürpriz təklif: 5 milyard avro xərcləyin, probleminiz həll olunsun

6295
(Yenilənib 18:58 05.07.2018)
Aleksandr Karavayev: "Avropada AES-ləri kifayət qədər sıx məskunlaşma olan ərazilərdə tikirlər və heç bir qəza baş vermir"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Atom elektrik stansiyası (AES) xeyli dərəcədə risklidir, lakin bu risklər uzunmüddətli istifadə zamanı gələn fayda ilə kompensasiya edilir. Bunu Sputnik Azərbaycan-a politoloq, Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev deyib.

Məlum olduğu kimi, iyulun 3-ü və 4-ü "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-də qəza baş verib. Nəticədə İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Bunun nəticəsində ölkənin əksər hissəsində iki gün ərzində elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaşanıb. Problemlər metropolitenə və su təchizatına da keçib.

Baş verənlərlə əlaqədar Karavayev hesab edir ki, Azərbaycan öz ərazisində atom elektrik stansiyası tikməlidir. Onun fikrincə, bu, dövlət üçün strateji cəhətdən sərfəli olacaq.

Ekspert qeyd edib ki, əgər Azərbaycan texnologiya və iqtisadi inkişafa görə dünyanın ilk iyirmi ölkəsinin sırasına düşmək istəyirsə, nəzərə almalıdır ki, bütün dünya liderləri iqtisadi və sənaye inkişafının hərəkətverici qüvvələrindən biri kimi məhz nüvə energetikasını seçiblər: "Aydındır ki, bu yeni iş yerləri açmaq baxımından bir çox sahələrin mütəxəssislərini bir yerə toplamağa imkan verən alternativ energetikanın inkişafını ləğv etmir. AES-də bir yer (söhbət bir neçə raktor bloku olan bir AES-in istismarından gedir) "Rosatom"un qiymətləndirməsinə görə, oxşar sahələrdəki 10 iş yeri deməkdir".

Həmsöhbətimiz xatırladıb ki, Azərbaycanda artıq Milli Nüvə Tədqiqatları Mərkəzi mövcuddur, demək dövlət bu istiqamətdə hansısa addımları artıq atıb: "Deməli AES boş yerdə yaradılmayacaq. Bundan əlavə, Azərbaycanda AES qurulması ölkənin dünyanın iqtisadi liderləri ilə yaxınlaşması üçün əlavə amil ola bilər. Yəni, bu, prosesdə mütləq iştirak edəcək Rusiya (nüvə texnologiyaları üzrə dünyanın əsas ixracatçılarından biri) və yüksək texnologiya şirkətləri ilə Azərbaycanın kifayət qədər uzunmüddətli əlaqələri olan Fransa ilə əlavə qarşılıqlı fəaliyyət xətti olacaq".

"Ona görə də burada Azərbaycan eyni zamanda bu iki istiqamətdən istifadə edə bilər. Yalnız "Rosatom"la əməkdaşlığa bel bağlamaq mütləq deyil. Əlbəttə, əsas kimi Rusiyanın baza layihəsini götürmək olar, avadanlığı isə fransız şirkətləri təmin edə bilərlər" — deyən Karavayevin sözlərinə görə, burada təbii ki, stansiyanın fiziki təhlükəsizliyi ilə bağlı da aspektləri var.

"Yəni, stansiyanın qorunması ilə bağlı xüsusi bölmələrin yaradılması da təbiidir. Əlbəttə, Azərbaycan stansiyanın yerləşdiyi rayonu hava hücumundan müdafiə sistemi səviyyəsində təchiz etmək imkanı qazanacaq. Bu isə iqtisadiyyat və təhlükəsizliyi inkişaf etdirmək üçün əlavə imkanlar açır" — ekspert bildirib.

Mütəxəssis işin maliyyə tərəfinə də toxunub: "Əlbəttə, bütün bunlar xərc tələb edir. Lakin başa düşmək lazımdır ki, strateji perspektivdə bütün xərclər kompensasiya ediləcək. Aydındır ki, hasil olunan qazı ixrac etmək mümkün ikən, onu ənənəvi energetikanın inkişafına yönəltməyə ehtiyac yoxdur. Eyni sözləri İES üçün mazut barədə də demək olar. Bundan əlavə, Azərbaycan perspektivdə elektrik enerjisini Gürcüstana və Türkiyənin şərq rayonlarına sata, həmçinin "Şimal-Cənub" nəqliyyat layihəsini elektriklə təmin edə bilər".

Belə bir stansiyanın Azərbaycana neçəyə başa gələcəyinə gəlincə: "Qeyd etmək yerinə düşər ki, Türkiyədə tikilən "Akkuyu" və İrandakı "Buşer" kimi güclü AES-lər lazım deyil. Azərbaycan üçün orta güclü, 5-7 milyard avroya başa gələ biləcək orta güclü stansiya kifayətdir".

Karavayev xatırladıb ki, 80-ci illərdə Mingəçevirdə artıq AES tikmək istəyiblər: "Həmin stansiya Çernobıl AES tipli olmalı imiş. Lakin o vaxt Moskvada işləyən Heydər Əliyev buna qarşı çıxıb və tikintini ləğv etməyə nail olub (bu stansiya sonradan Ermənistanda tikilib — red.). Onda layihəni tikiləcəyi yerin tektonik cəhətdən qeyri-sabit olması ilə bağlı tənqid edirdilər. Bundan əlavə, onun ekoloji etibarlılığı barədə bəzi mübahisələr var idi. Həmin dövr üçün çox güclü və obyektiv arqumentlər gətirilirdi".

Ekspert, həmçinin, xatırladıb ki, həmin illərdə eyni səbəbdən Krımın Şelkino şəhərində də AES tikilməsindən imtina edilib.

Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, bu gün artıq həmin hadisələrdən 30-35 il keçib və həmin məsələlər həllini tapıb: "İndi 12 ballıq qısamüddətli seysmoloji təkanlara davam gətirən AES-lər tikilir. Fəlakət nümunələri də mövcuddur, lakin onlar istisnadır. AES-in riskləri onun gətirdiyi fayda ilə örtülür. Burada əsas məsələ bu layihədə və onun təhlükəsizliyində qənaət etməməkdir. Əgər siz qənaət etməyib artıq öz effektivliyini göstərmiş texnologiyadan istifadə edirsizsə, onda siz hansısa qəzanın baş verməsindən etibarlı müdafiə olunacaqsız".

A.Karavayevin fikrincə, Avropada mövcud olan AES-lərə baxmaq kifayətdir: "Onda görəcəksiz ki, stansiyaları kifayət qədər sıx məskunlaşma olan ərazilərdə tikirlər və heç bir qəza baş vermir. Qəzalar əlbəttə ki, mümkündür. Lakin eyni sözləri aviareyslər haqqında da demək olar. Təyyarələr qəzaya uğramır? Uğrayır. Onda gəlin uçmayaq. Ona görə də hələlik "Azərbaycana AES lazımdır" tezisinin lehinə arqumentlər kifayət qədərdir".

6295
Teqlər:
AES, Sputnik Azərbaycan, Aleksandr Karavayev, risk, texnologiya, enerji, atom elektrik stansiyası, Rusiya, Azərbaycan, politoloq, təhlükə
Əlaqədar
Elektrik böhranının "möhür vurduğu" acı reallıq: Belə vəziyyətdə dərdimizi kimə deyək?
Başıbəlalı elektrik stansiyasında yenə yanğın baş verib
Elektrik böhranı qiymət artımına da səbəb oldu
Azərbaycana bu ölkədən elektrik enerjisi ötürülür
Elektrik kəsilməsi bəzi insanların halına pis təsir etdi - VİDEO
Elektrik kəsilməsi bu sahədə də problemlər yaratdı
Elektrik problemi ilə bağlı rəsmi qurum əhaliyə müraciət etdi
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

7
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

7
Siqaret satışı, arxiv şəkli

Tütün məmulatlarında kəskin bahalaşma baş verib

47
(Yenilənib 12:52 15.01.2021)
2020-ci ildə istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,0 faiz təşkil edib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. 2020-ci ildə Azərbaycanda 2019-cu ilə nisbətən tütün məmulatlarının qiyməti 16.5% bahalaşıb. Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin dekabr ayında ölkədə 2019-cu ilin müvafiq ayına nisbətən tütün məmulatlarının qiyməti 18,5% bahalaşıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən isə qiymətlərdə dəyişiklik olmayıb.

Qeyd edək ki, 2020-ci ildə istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil edib.

47
Prezident İlham Əliyev Füzuli rayonunda

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

0
(Yenilənib 21:43 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

0