Sınıqkörpü sərhəd gömrük məntəqəsi

Hökumət ixracla bağlı yeni qərar qəbul etdi

491
Üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı bu siyahıya daxil edilib

BAKI, 28 iyun — Sputnik. Azərbaycanda ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nda müvafiq dəyişikliklər edib. 

Beləliklə, quş yumurtası, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və onun fraksiyaları, üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı bu siyahıya daxil edilib.  Bu məhsulların ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsallar da müəyyənləşib. Bu əmsallar quş yumurtası üçün 1,5, qabığı təmizlənmiş meşə fındığı  üçün 1, zeytun yağı və onun fraksiyaları üçün 1,5, üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı üçün 2 olaraq müəyyən edilib. 

Qeyd edək ki, ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir. Faktiki ixrac dedikdə, qeyri-neft məhsullarının geri qaytarılmaq öhdəliyi olmadan Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması başa düşülür.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında qərarı 2016-cı il mart ayının 1-dən etibarən tətbiq edilir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.

491
Teqlər:
Nigeriya, Argentina, Sankt-Peterburq, Dieqo Maradona
Əlaqədar
Türkiyə ABŞ-la iqtisadi "müharibəyə" qoşuldu, rüsumlar artırıldı
Böyük Avrasiya məkanında iqtisadi layihələrin inkişaf perspektivləri müzakirə ediləcək
Rusiya böyük "iqtisadi müharibə"yə qoşuldu, ABŞ-a meydan oxudu
Ermənistan Avrasiya İqtisadi İttifaqı və KTMT-da qalacaqmı?