CAMCA Forumunun açılış mərasimi

Azərbaycan, Qazaxıstan Gürcüstana vacib təklif: Tarixi imkanı qaçırmayın

93
(Yenilənib 12:20 22.06.2018)
Svante Kornell: "Əvvəldən məqsədimiz regiondakı məsələlərə diqqət çəkməkdir"

BAKI, 22 iyun — Sputnik. Bakıda CAMCA-2018 Regional Forumunun açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev 10 il ərizində baş tutan bu forumun hər dəfə müxtəlif ölkələrdə keçirildiyini deyib.

"Düşünürəm ki, bu iki gün ərzində qonaqlar həm forum çərçivəsində vacib müzakirələr aparacaq, həm də Azərbaycan haqqında məlumatlar əldə edə biləcəklər" — deyən H.Paşayev daha sonra qonaqları ADA universitetinin fəaliyti ilə tanış edib.

Central Asia-Caucasus İnstitutunun direktoru Svante Kornell də çıxışında tədbirin xüsusi əhəmiyyətini vurğulayıb. İnstitutun yaradılma tarixindən söz açan S.Kornell deyib ki, bu institutun yaradılmasında məqsəd region barədə analiz və informasiya çatışmazlığını aradan qaldırmaqdır: "Əvvəldən məqsədimiz regiondakı məsələlərə diqqət çəkməkdir. CAMCA regional forumu ABŞ ilə region ölkələri arasında əlaqələrin daha da dərinləşməsinə təkan verib. Bu proses 10 ildən artıqdır davam edir. Bu istiqamətdə Ramsfeld Fondunun rolunu xüsusilə vurğulamaq istəyərdim".

Ramsfeld Fondunun icraçı direktoru Sarah Tonuçi də açılış nitqində forumun əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Central Asia-Caucasus İnstitutunun sədri Fredirik Starr isə region ölkələrinin iştirak etdiyi tranzit layihərə diqqət çəkib. O, qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan nəqliyyat dəhlizlərinə investisiyalar yatırmalıdır: "Əks halda bunu digər ölkələr edər və tarixi imkan əldən çıxa bilər".

Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm olduğunu deyən F.Star əlavə edib ki, region ölkələri bir-birini kənar ölkələrin onları tanıdığından daha yaxşı tanıyır.

Forum plenar sessiyalarla davam edəcək.

93
Teqlər:
Ramsfeld Fondu, ölkə, region, Svante Kornell, Central Asia-Caucasus İnstitutu, Azərbaycan, Hafiz Paşayev, ADA Universiteti, açılış mərasimi, CAMCA-2018 Regional Forumu
Əlaqədar
Azərbaycanın baş naziri: "Beynəlxalq münasibətlərdə ədalət anlayışı qalmayıb"
Onlarla ölkənin yüksək səviyyəli hökumət nümayəndələri Bakıya toplaşdı
Günəş panellərinin quraşdırılması

Bərpa olunan enerji mənbələrindən istifadə haqqında qanun layihəsinə hökumətdə baxılır

9
(Yenilənib 08:31 21.10.2020)
Bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır.

BAKI, 21 oktyabr — Sputnik. "Bu gün əsas məqsədimiz Azərbaycan Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına 1500 MVt əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib.

Onun sözlərinə görə, energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri bu ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması olub: "Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən, 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq".

Nazir bildirib ki, "Enerji alqı-satqı", "İnvestisiya", "Ötürücü Şəbəkəyə Qoşulma" və "Torpaq İcarə" müqavilələri hazırlanaraq investorlara təqdim edilib və hər iki şirkətlə imzalanacaq müvafiq sənədlərin razılaşdırılması artıq yekunlaşır: "ACWA Power" və "Masdar" şirkətləri ilə müvafiq müqavilələrin imzalanmasından sonra Abşeron, Xızı və Qaradağ rayonlarında ayrılmış ərazilərdə stansiyaların tikintisinə başlanacaq. Külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Pirəkəşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə, təxminən, illik 1,4 milyard kVt·st elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir".

P.Şahbazov deyib ki, bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır: "Bu məqsədlə pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə ikitərəfli müqavilələr və hərraclar vasitəsilə reallaşdırılması istiqamətində hazırlıq tədbirləri görülür. Belə ki, investisiya cəlbi üçün beynəlxalq təcrübədə rast gəlinən bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı olan digər 5 sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü dəqiqləşdirilib. Bununla yanaşı, külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Nazirlik tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib, hazırda torpaqların təyinatı, elektrik enerjisi şəbəkəsinə qoşulma imkanları araşdırılır. Həmçinin bərpa olunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları, elektrik enerjisinin satınalınması, elektrik şəbəkəsinə qoşulma, torpaq icarə müqavilələri və digər sənədlər hazırlanır. Eyni zamanda, elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi müəyyənləşdirilir ki, layihələrin gələcəkdə şəbəkəyə inteqrasiyası zamanı problemlər yaranmasın. Hesablamalara əsasən, 2030-cu ilədək üç mərhələdə 440 MVt, 460 MVt və 600 MVt həcmində qoyuluş güclərinin şəbəkəyə inteqrasiyası mümkündür".

Nazir qeyd edib ki, bərpa olunan enerji sahəsinin inkişafında mühüm yeniliklərdən biri isə aktiv istehlakçılar qismində vətəndaşların bu prosesdə iştirakının dəstəklənməsi ilə bağlıdır: "Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi istehlakçıya müəyyən güc həddindəki bərpa olunan enerji mənbələri qurğusu vasitəsilə öz tələbatı üçün elektrik enerjisi istehsal etməyə və istehlakından artıq elektrik enerjisini paylayıcı şəbəkəyə ötürməyə imkan verəcək: "Bütün bu proseslərin aktiv fazaya keçməsi üçün həlledici məqam müvafiq sahədə qanunun qəbuludur. Ölkəmizdə bərpa olunan enerji sahəsinin tənzimlənməsi üzrə ilk normativ hüquqi sənəd kimi "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırda hökümətdə baxılmaqdadır".

9
Pulun sayması, arxiv şəkli

Cəbhəyanı bölgədə sahibkarların cərimələri silinib

18
(Yenilənib 00:31 21.10.2020)
Qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 milyon manatdan çox maliyyə sanksiyası ləğv edilib.

BAKI, 21 oktyabr — Sputnik. Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlar törədərək Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin həmlələri dəf edilib və hazırda rəşadətli Azərbaycan əsgərləri tarixi torpaqlarımızı işğaldan azad edirlər. Ordumuzun uğurlu hərbi əməliyyatları qarşısında aciz qalan düşmən mülki obyektləri və dinc əhalini hədəfə alır. Ermənistanın hərbi təxribatı nəticəsində çoxsaylı sahibkarlıq obyektlərinə də ciddi zərər dəyir.

Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, nəticədə vergiödəyicilərinə məxsus bir sıra təsərrüfat obyektləri ziyan çəkir, sahibkarların əmlakına külli miqdarda zərər vurulur, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanır və ya ciddi maliyyə itkiləri ilə üzləşirlər. Azərbaycan dövləti həmişə olduğu kimi, bu gərgin günlərdə də sahibkarların yanındadır.

Sahibkarlıq subyektlərinə dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Vergi Xidməti tərəfindən bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə ləğv edilib.

Qərarı şərh edən Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Anar Rzayevin sözlərinə görə, Dövlət Vergi Xidməti tərəfindən "İnzibati icraat haqqında" Qanun, Vergi Məcəlləsi və digər normativ hüquqi aktlar nəzərə alınmaqla cəbhəyanı ərazilərdə fəaliyyət göstərən və zərər görmüş sahibkarlar üçün maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan inzibati aktlar ləğv edilib və həmin qərarlar üzrə maliyyə sanksiyalarının silinməsi ilə bağlı aidiyyəti vergi orqanlarına müvafiq tapşırıqlar verilib.

İdarə rəisinin müavini qeyd edib ki, qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 milyon manatdan çox maliyyə sanksiyası ləğv edilib. Bu qərar tam və qismən işğal altında olan rayonlar, həmçinin cəbhəyanı ərazilər, o cümlədən Tərtər, Goranboy, Naftalan, Ağcabədi, Bərdə, Beyləqan, Daşkəsən, Gədəbəy və bir sıra digər rayonlardan olan vergi ödəyicilərini əhatə edir. Qərar mikro və kiçik sahibkarlıq subyektlərinə şamil edilir. Sahibkarlıq subyektlərinə münasibətdə bu qərarın qəbul olunması onların gələcək maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və fəaliyyətinin davamlı olmasına xidmət edəcək.

A.Rzayev bildirib ki, sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlı və maneəsiz həyata keçirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Gələcəkdə də zərurət yaranarsa, müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

18
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

0
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

0