Smartfon

Mobil operatorlara qədər xeyir vermişik, bilirsiniz?

171
(Yenilənib 17:53 15.06.2018)
Azərbaycanda mobil operatorlar 5 ayda 349 milyon manatdan çox gəlir əldə edib

BAKI, 15 iyun — Sputnik. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 715,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,1 faizi əhali tərəfindən istehlak olunub.

Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,8 faizi və ya 349,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

171
Teqlər:
mobil operator, ay, may, yanvar
Əlaqədar
Mobil telefon partlayaraq sahibini məhv etdi
Mobil telefon: Hər gün, hər dəqiqə aldığımız ziyan
Mobil telefonu hava vasitəsilə yükləməyin yeni üsulu tapılıb
Mobil telefonlar insanda beyin xərçəngi yaradırmı? - ARAŞDIRMA
Azərbaycanda mobil operator abonentlərinə xəbərdarlıq edir
Qaz borusunun çəklişi

Azərbaycanın təbii qaz sektorunda üç il sonrakı hədəfləri açıqlandı

11
(Yenilənib 21:07 03.12.2020)
"İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları" mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib

BAKI, 3 dekabr — Sputnik. 2023-cü ildə Azərbaycanda təbii qaz istehsalı illik 50 milyard kubmetrə, "Şahdəniz" yatağında isə 25,3 milyard kubmetrə çatacaq.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, dekabrın 3-də "İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları" mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib. Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib. Malayziya hökumətinin ev sahibliyi ilə virtual formatda təşkil olunmuş forumda inkişaf etməkdə olan bazarlarda təbii qazın rolu, təbii qaz bazarlarında yeni perspektivlər, dayanıqlı gələcəyə xidmət edəcək və dünya qaz bazarlarında dinamik inkişafı dəstəkləyən enerji siyasəti və biznes strategiyaları haqqında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində təşkil olunmuş "Genişlənməkdə olan qaz bazarlarında imkanlar: yeni reallıqlar şəraitində istehsalçı–istehlakçı perspektivləri" mövzusunda nazirlərin dəyirmi masasında çıxış edən P.Şahbazov Cənub Qaz Dəhlizi layihəsi haqqında geniş məlumat verib və bildirib ki, cari ilin sonundan etibarən təbii qazın Avropaya nəqlinə başlanacaq. Eyni zamanda, ayrı-ayrılıqda TANAP və TAP layihələri haqqında da məlumat verilərək həm bu kəmərlərin, həm də ümumilikdə Cənub Qaz Dəhlizinin gələcəkdə nəql imkanlarının genişləndirilməsi və daha geniş coğrafiyaya, Cənub-Şərqi Avropa və Balkanlara qaz nəqli perspektivlərinin olduğu bildirilib.

Çıxışda, həmçinin Azərbaycanda bu il 38 milyard kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 milyard kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan "Şahdəniz" yatağından illik hasilatın bu il 18,7 milyard kubmetrə, 2023-cü ildə isə 25,3 milyard kubmetrə çatacağının gözlənildiyi qeyd edilib. Bildirilib ki, indiyə qədər bu yataqdan təxminən 133 milyard kubmetr qaz çıxarılıb, 88,6 milyard kubmetrdən çox qaz ixrac olunub.

Azərbaycanın əks-hücum əməliyyatı və sonrakı siyasi həll mərhələsi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edildiyi və 30 illik Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyulduğu, bununla da Azərbaycanda enerji, o cümlədən qaz infrastrukturuna hərbi təhdidlərin artıq keçmişdə qaldığı da diqqətə çatdırılıb.

Forumda 100-dək yüksək səviyyəli hökumət nümayəndəsi, o cümlədən nazirlər, sənaye liderləri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak ediblər.

11
Teqlər:
Şahdəniz” yatağı, hasilat, təbii qaz yatağı, təbii qaz, Azərbaycan
Azərişıq, arxiv şəkli

Qənaət: "Azərişıq" azad olunan torpaqlarda işini 3D xəritə ilə qurur

17
(Yenilənib 20:04 03.12.2020)
Ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır.

BAKI, 3 dekabr — Sputnik. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunan ərazilərdə mühüm əhəmiyyətli strateji obyektlərin elektrik təchizatını təmin etmək üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təcili tədbirlərə start verib. Bu barədə qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Bildirilib ki, hazırda ölkə Prezidenti İlham Əliyevin müvafiq göstərişinə əsasən, Qarabağ ərazisində mühüm əhəmiyyətli strateji obyektlərin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində fasiləsiz işlər aparılmaqdadır.

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
© Official website of President of Azerbaijan Republic

"Şəbəkələrin yenidənqurma və tikintisi işlərinin layihələndirilməsinə gəldikdə isə, düşünürük ki, müasir və innovativ texnologiyaların cəlb edilməsilə bu proses daha da sürətlənəcək. Belə ki, ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. Bununla əlaqədar olaraq, özünü rəqəmsal texnologiyalar sahəsində yetərincə təsdiq etmiş EKM Global Consulting GmbH şirkəti ilə gələcək əməkdaşlıq haqda niyyət sazişi imzalandı”, -  deyə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qeyd edib.

Qeyd olunub ki, tikililərin 3D lazer skan edilməsi və modelləşdirilməsi, tarixi-memarlıq abidələr və topoqrafik planların mövcud vəziyyətini dolğun və dəqiq əks etdirməyə imkan verir: "Yerüstü topoqrafik çəkilişlər öz iş yerlərini tərk etmədən müxtəlif ölçmələrin aparılmasında mütəxəssislərə geniş imkanlar yaradır. Və əlbəttə ki, bu kimi innovativ yanaşmalar zəruri olan işlərin daha az vaxt və məsrəflərlə həyata keçirilməsini təmin edir”.

17
Teqlər:
qənaət, xəritə, işğaldan azad edilmiş ərazilər, "Azərişıq" ASC
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

0
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə