STP kabel zavodu

Azərbaycan aşağı gərginlikli kontrol kabellərin ixracına başladı

42
(Yenilənib 18:30 14.06.2018)
"Sumqayıt Texnologiyalar Parkı" MMC Tacikistana növbəti dəfə məhsul ixracını həyata keçirib

BAKI, 14 iyun — Sputnik. Dünyada "Made in Azerbaijan" markasını təmsil edən "Sumqayıt Texnologiyalar Parkı" (STP) MMC Tacikistana növbəti dəfə məhsul ixracını həyata keçirib. Bu barədə STP-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Belə ki, bu gün STP sifarişçiyə Tacikistanda "Roqun" Hidroelektrostansiyasının yenidən qurulmasında istifadə üçün böyük həcmdə iki növ kabel göndərib. Xüsusi vurğulayaq ki, Texnoparkın tərkibində fəaliyyət göstərən dünyanın ən iri və yüksək texnologiyaya malik Kabel Zavodlarından biri ölkədə ilk dəfə olaraq xarici bazara 1 kV-dək olan alçaq gərginlikli və kontrol kabelləri ixrac edib.

Onu da əlavə edək ki, bundan öncə STP Tacikistanda həyata keçirilən "Ravşan yarımstansiyasının inşası və yenidən qurulması Layihəsi" çərçivəsində istifadə üçün müxtəlif növ kabel məhsulları təqdim etmişdi.

Qeyd edək ki, STP-nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

Prezident İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb.

Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir.

Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

42
Teqlər:
"Sumqayıt Texnologiyalar Parkı" MMC, STP, Kabel, gərginlik, ixrac, Tacikistan, zavod, məhsul
Əlaqədar
Ekspert: “Azərbaycan Gürcüstana ixracın artırılması üçün addımlar atmalıdır”
Azərbaycan qırqovul əti ixrac edə bilər
Azərbaycan Rusiyaya ət və süd məhsullarının ixracını artırır

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

8
(Yenilənib 09:56 03.12.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir
İlqar Vəlizadə: “Bu dəhliz Naxçıvanın inkişafına müsbət təsir edəcək”

“Burada konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin qurulması çox vacibdir:

“Bu nəqliyyat qovşağı bir neçə ölkə üçün əlverişli imkanlar yaradır. Nəqliyyat əlaqələrinin qurulması tək region ölkələri üçün deyil, həm də digər maraqlı ölkələr üçün perspektiv vəd edir. Dəhlizin açılması təbii ki, illərdir blokada şəraitində yaşayan Naxçıvanın inkişafına müsbət təsir edəcək. Bununla Naxçıvanın regionda payı əhəmiyyətli dərəcədə artacaq”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
Bağlamalarla dolu torbalar, axiv şəkli

Azərbaycandan ən çox mal Rusiyaya ixrac edilib

7
(Yenilənib 23:30 02.12.2020)
2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı (17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

BAKI, 2 dekabr — Sputnik. 2020-ci ilin oktyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 162,8 milyon ABŞ dolları təşkil edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında deyilir.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektorunda yeyinti məhsullarının payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz təşkil edib.

Bu ilin oktyabr ayında qeyri-neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (64,7 milyon ABŞ dolları), Türkiyəyə (33,5 milyon ABŞ dolları), İsveçrəyə (10,7 milyon ABŞ dolları), Gürcüstana (9,5 milyon ABŞ dolları) və ABŞ-a (5,4 milyon ABŞ dolları) ixrac edilib.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma ( 19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı ( 17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr – (13,6 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

7
Вышка командно-диспетчерского пункта аэродрома аэропорта в населённом пункте Ходжалы, фото из архива

Xankəndi limanı: Sülhməramlıdan mülki təyinatadək

0
Üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib.

 

BAKI, 3 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatı mürəkkəb logistikası ilə fərqlənir. Xankəndindəki aerodromun bərpası və modernləşdirilməsi Rusiya HKQ-nin hərbi-nəqliyyat təyyarələrini qəbul etməyə imkan verəcək, yeni əməliyyat imkanları yaradacaq, qoşun birləşməsinin təchizatının bir çox problemlərini həll edəcək.

Qarabağı Ermənistan ilə yalnız eni 5 kilometr olan Laçın dəhlizi birləşdirir. Yola Ruisya sülhməramlıları nəzarət edirlər, amma yenə də bu yol bölgədə mümkün gərginləşmə halında ciddi təhlükə altında olacaq. Perspektivdə yeni yolun (dəhlizin) tikintisi və Laçın şəhərinin Azərbaycana təhvil verilməsi var. Lakin insanların və yüklərin operativ daşınmasına artıq bu gün ehtiyac var.

Xankəndindən Yerevana (Erebuni aviabazası, Zvartnos hava limanı) avtomobil yolu 320 km-dir. Əməliyyatın ilk günlərində sülhməramlılar Xankəndinə bu marşrutla gedirdilər. Sonra (noyabrın 28-dən) yeni marşrut ortaya çıxdı: Rusiyadan gələn yük və texnika dolu vaqonlar Azərbaycanın Bərdə dəmiryolu stansiyasına gəlir və buradan avtomobillərlə təxminən 100 km-lik Bərdə-Ağdam-Xankəndi marşrutunu qət edir. Bu marşrutla da məsafə uzaqdır.

Dağlıq Qarabağın şəraitində bölmələrin, yüklərin və texnikanın operativ şəkildə yüz kilometrlərlə məsafəyə çatdırılması mürəkkəb qoşun əməliyyatına çevrilir. İldə iki dəfə sülhməramlı qruplaşmanın şəxsi heyəti rotasiya edilməlidir. Bölgədə vəziyyətin gərginləşməsi əlavə qüvvə və vəsait tələb edə bilər. Xankəndi şəhərinin 9 kilometrliyində hava limanı var və o nəzəri olaraq ağır hərbi-nəqliyyat aviasiyasını qəbul edə bilər. Burada uçuşlar 1990-cı illərin əvvəllərində hərbi əməliyyatlara görə dayandırılıb. Hava limanının infrastrukturu 2020-ci ilin sentyabr və oktyabrında Azərbaycanın raket zərbələri nəticəsində zərər görüb, lakin uçuş-enmə zolağının (UEZ) uzunluğu 2200 metrdir. Yerli relyef lazım gələrsə, zolağın uzunluğunu 1 000 metr artırmağa və yanında ikincisini tikməyə imkan verir. Xankəndi yaxınlığındakı hava limanının bərpası və modernləşdirilməsinin qiyməti yaxından baxdıqda uzun illik uzaq məsafəyə uçuşlardan, nəhəng vaxt və qüvvə xərclərindən baha olmaya bilər. Hava limanı həmçinin mülki yüklərin daşınması üçün logistik mərkəz və perspektivdə Dağlıq Qarabağın iqtisadi inkişafının vacib tərkib hissəsi ola bilər.

Uzaq və təhlükəli yol

Rusiyalı sülhməramlılar 23 müşahidə postunda 24 saat Dağlıq Qarabağdakı atəşkəs rejiminə nəzarət edirlər, Laçın dəhlizi ilə əhalinin və avtonəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edirlər. Noyabrın 14-dən 30 minədək qaçqın öz evinə qayıdıb. Bölgədə fəal şəkildə rusiyalı istehkamçılar, hərbi həkimlər, FHN əməkdaşları işləyirlər.

Sülhməramlı qüvvələrin həll olunması daimi mobillik tələb edir. Qarabağ müharibəsinin dayandırılması barədə üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan razılaşmasının əsasında Moskvayla Bakı arasında imzalanmış xüsusi protokol Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılmasını nəzərdə tutur. Aydındır ki, bu sənəd nəinki yerdəki, həm də səmadakı qadağaları da götürür. Söhbət Xankəndi hava limanına uçuşlardan gedir. Rusiyadan birbaşa reys bir çox logistika və təchizat problemlərini aradan qaldırardı, 15-ci sülhməramlı briqadanın qoşun birləşməsi üçün yeni əməliyyat imkanları yaradardı.

Daha əvvəl Gürcüstan Azərbaycan və Ermənistanın xahişi ilə öz hava məkanını Yerevana uçuş həyata keçirən Rusiya hərbi-nəqliyyat aviasiyası üçün açmışdı. Oradan yüklər quru uzaq yolla Xankəndinə daşınırdı. İndi bölgənin səmasını tam açmağın əsl vaxtıdır. Bu, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına yol çəkilməsi layihəsinə də fayda verə bilər.

Bağlı səma

Xankəndi hava limanı 2012-ci ildə artıq təmir olunmuşdu və təyyarələri qəbul etməyə hazır idi. Lakin bu, Bakının əks-reaksiyasına görə baş vermədi. Lakin üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib. Uçuşların təhlükəsizliyinə yenidən baxmaq və qadağaları götürmək vaxtıdır. Həm də Ermənistanla Azərbaycan bu məsələdə bir-birilərinə borclu qalmırlar: Bakıdan Naxçıvana reyslər Ermənistan üzərindəki beynəlxalq dəhlizlərdən keçir və erməni aviaşirkətləri də Azərbaycan səmasındakı beynəlxalq səviyyədə qorunan hava koridorlarından istifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında deyib: "Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik".

Bu sözlər ümid verir. Əgər bu yüksək dağlıq ərazidəki hava limanı tezliklə işə başlasa, bu regional sülhə və təhlükəsizliyə fayda verəcək.

0
Teqlər:
Rusiya, sülhməramlılar, Dağlıq Qarabağ, hava limanı, Xankəndi