Elman Rüstəmov

Elman Rüstəmov kredit faizlərinin vaxt aşağı salınacağının anonsunu verdi

276
(Yenilənib 11:06 14.06.2018)
AMB sədri: "Öncə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq"

BAKI, 14 iyun — Sputnik. "Bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır. Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov belə açıqlama verib. O bildirib ki, kreditlərə olan tələb və təklif nisbəti müəyyənləşdirilməlidir.

"Mən burada sağlam tələb və təklifi nəzərdə tuturam. Bilirsiniz ki, bank sektoru kredit verəndə risklərini qiymətləndirmək istəyir" — AMB sədri bildirib.

Onun sözlərinə görə, makroiqtisadi sabitlik siyasəti, monetar şəraitin normallaşdırılması tədbirləri davam etdiriləcək: "Müvafiq qurumlarla birlikdə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq. Bundan sonra yaxın gələcəkdə biz kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması, xüsusilə bazarın təklif etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə düşməsindən daşına bilərik. Bunun üçün çox işlər görməliyik".

276
Teqlər:
risk, Elman Rüstəmov, faiz, kredit, bank
Əlaqədar
Mərkəzi Bank yeni məzənnələri açıqladı
Bankların xarici borcunun artması nə vaxta kimi davam edəcək – ekspert şərhi
Azərbaycanda bankir dövlət vəzifəsinə təyin olundu
Milli Məclisdə banklar sərt tənqid atəşinə tutuldu