Bank ofisi

Bu dəfə bankların başı dərddə - etməli?

562
(Yenilənib 11:01 14.06.2018)
"Hələ də bank sektorunda vəziyyətin arzuolunan səviyyədə olmaması, əsasən, bank menecmentində olan problemlərlə bağlıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 iyun — Sputnik. Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarını 57,1 mln. manat xalis zərərlə başa vurub. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı xəbərə görə, bu, yanvar-mart aylarının yekunu ilə müqayisədə 2,15% çoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov
© Sputnik / Anar Mustafayev
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bank sektorunun zərərinin artmasını şərh edib. O deyib ki, hələ də bank sektorunda vəziyyətin arzuolunan səviyyədə olmaması, əsasən, bank menecmentində olan problemlərlə bağlıdır.

"Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasının da başlıca səbəblərindən biri, məhz bank sektorunda olan menecmentdəki problemlərin aradan qaldırılması olub. Son 3 ildə ölkədə bankların sağlamlaşdırılması ilə bağlı müəyyən işlər görülüb" — müsahibimiz bildirib.

Professor, ümumilikdə bu sahədə bir çox problemlərin hələ də mövcud olduğunu qeyd edib: "Bunların kökü məhz bank sektorunun aktiv və passivlərində mövcud olan problemlərlə bağlıdır. Bank sektorunun passivlərinin struktur təhlilinə baxsaq, görərik ki, məhz xarici valyuta ilə əldə olunmuş vəsaitlər çox yüksək xüsusi çəkiyə malikdir. Bu da bankların aktivlərinin idarə edilməsi siyasətinə mənfi təsirini göstərir".

E.Məmmədovun sözlərinə görə, bank sektorunun aktivlərinin struktur təhlilinə də baxsaq, görərik ki, sektor başlıca funksiyası olan maliyyə resurslarının bank sektorundan real sektora çevrilməsi vəzifəsini yerinə yetirə bilmir: "Təəssüf ki, aktivlərdə istehlak kreditləri çox ciddi xüsusi çəkiyə malikdir. Bunlar əksər hallarda ölkəyə idxalı maliyyələşdirir".

"Real sektora aid olmayan digər aktivlər də iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasına xidmət etmir. Ona görə də bu sektorda həm passivlərin, həm də aktivlərin strukturunda ciddi dəyişikliklərə nail olmaq lazımdır" — iqtisadçı diqqətə çatdırıb.

Həmsöhbətimizin dediyinə görə, burada məqsəd ondan ibarət olmalıdır ki, bank sektorunun passivlərində əhəmiyyətli dərəcədə Mərkəzi Bankdan əldə edilmiş resursların və depozitlərin xüsusi çəkisi artırılsın: "Və bununla da manatla ifadə olunan vəsaitlərin passivlərdə xüsusi çəkisi kəskin şəkildə artırılmalıdır".

Professorun qənaətincə, aktivlərdə isə daha aşağı kredit faizləri ilə real sektora yönəlik, dünyada qəbul olunmuş mütərəqqi kreditləşmə mexanizmlərinə keçid baş verməlidir: "Yəni, mütərəqqi layihələr üzrə maliyyələşdirmə və s. Bu, baş verməlidir ki, bank sektoru öz başlıca missiyasını həyata keçirə bilsin. Bu, baş verməyənə qədər problemlər müşahidə ediləcək".

"Ona görə də Palata və Mərkəzi Bank bu sahədə fəaliyyətini daha da təkmilləşdirməli, bankların sağlamlaşdırılmasına gedilməlidir. Bankların lisenziyalarının alınması, bağlanması çıxış yolu deyil. Palata və Mərkəzi Bank tənzimləyici alətlərlə bank sektorundakı vəziyyət sağlamlaşdırmalıdır" — Məmmədov vurğulayıb.

"Ümumiyyətlə, kommersiya banklarının idarəetmə strukturları, yəni menecmenti ilə bağlı həm də çox ciddi hazırlıq işləri görülməlidir. Hazırda bir çox banklarda ali menecment mövcud bank sektorundakı vəziyyətə adekvat deyil. Ona görə də Mərkəzi Bank və Palata bu istiqamətdə bir çox işlər görməlidir", — deyə o, qeyd edib.

562
Teqlər:
memecment, bank sektoru, yanvar, aprel, Elşad Məmmədov, zərər, professor, Azərbaycan
Əlaqədar
Mərkəzi Bank yeni məzənnələri açıqladı
Millət vəkili bankların ölkənin inkişafına necə töhfə verə biləcəyini dedi
Bankların xarici borcunun artması nə vaxta kimi davam edəcək – ekspert şərhi
Riskli vəziyyət: Banklar tərəddüd, vətəndaşlar ehtiyat edir
Qaz borusunun çəklişi

Azərbaycanın təbii qaz sektorunda üç il sonrakı hədəfləri açıqlandı

11
(Yenilənib 21:07 03.12.2020)
"İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları" mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib

BAKI, 3 dekabr — Sputnik. 2023-cü ildə Azərbaycanda təbii qaz istehsalı illik 50 milyard kubmetrə, "Şahdəniz" yatağında isə 25,3 milyard kubmetrə çatacaq.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, dekabrın 3-də "İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları" mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib. Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib. Malayziya hökumətinin ev sahibliyi ilə virtual formatda təşkil olunmuş forumda inkişaf etməkdə olan bazarlarda təbii qazın rolu, təbii qaz bazarlarında yeni perspektivlər, dayanıqlı gələcəyə xidmət edəcək və dünya qaz bazarlarında dinamik inkişafı dəstəkləyən enerji siyasəti və biznes strategiyaları haqqında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində təşkil olunmuş "Genişlənməkdə olan qaz bazarlarında imkanlar: yeni reallıqlar şəraitində istehsalçı–istehlakçı perspektivləri" mövzusunda nazirlərin dəyirmi masasında çıxış edən P.Şahbazov Cənub Qaz Dəhlizi layihəsi haqqında geniş məlumat verib və bildirib ki, cari ilin sonundan etibarən təbii qazın Avropaya nəqlinə başlanacaq. Eyni zamanda, ayrı-ayrılıqda TANAP və TAP layihələri haqqında da məlumat verilərək həm bu kəmərlərin, həm də ümumilikdə Cənub Qaz Dəhlizinin gələcəkdə nəql imkanlarının genişləndirilməsi və daha geniş coğrafiyaya, Cənub-Şərqi Avropa və Balkanlara qaz nəqli perspektivlərinin olduğu bildirilib.

Çıxışda, həmçinin Azərbaycanda bu il 38 milyard kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 milyard kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan "Şahdəniz" yatağından illik hasilatın bu il 18,7 milyard kubmetrə, 2023-cü ildə isə 25,3 milyard kubmetrə çatacağının gözlənildiyi qeyd edilib. Bildirilib ki, indiyə qədər bu yataqdan təxminən 133 milyard kubmetr qaz çıxarılıb, 88,6 milyard kubmetrdən çox qaz ixrac olunub.

Azərbaycanın əks-hücum əməliyyatı və sonrakı siyasi həll mərhələsi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edildiyi və 30 illik Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyulduğu, bununla da Azərbaycanda enerji, o cümlədən qaz infrastrukturuna hərbi təhdidlərin artıq keçmişdə qaldığı da diqqətə çatdırılıb.

Forumda 100-dək yüksək səviyyəli hökumət nümayəndəsi, o cümlədən nazirlər, sənaye liderləri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak ediblər.

11
Teqlər:
Şahdəniz” yatağı, hasilat, təbii qaz yatağı, təbii qaz, Azərbaycan
Azərişıq, arxiv şəkli

Qənaət: "Azərişıq" azad olunan torpaqlarda işini 3D xəritə ilə qurur

17
(Yenilənib 20:04 03.12.2020)
Ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır.

BAKI, 3 dekabr — Sputnik. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunan ərazilərdə mühüm əhəmiyyətli strateji obyektlərin elektrik təchizatını təmin etmək üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təcili tədbirlərə start verib. Bu barədə qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Bildirilib ki, hazırda ölkə Prezidenti İlham Əliyevin müvafiq göstərişinə əsasən, Qarabağ ərazisində mühüm əhəmiyyətli strateji obyektlərin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində fasiləsiz işlər aparılmaqdadır.

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
© Official website of President of Azerbaijan Republic

"Şəbəkələrin yenidənqurma və tikintisi işlərinin layihələndirilməsinə gəldikdə isə, düşünürük ki, müasir və innovativ texnologiyaların cəlb edilməsilə bu proses daha da sürətlənəcək. Belə ki, ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. Bununla əlaqədar olaraq, özünü rəqəmsal texnologiyalar sahəsində yetərincə təsdiq etmiş EKM Global Consulting GmbH şirkəti ilə gələcək əməkdaşlıq haqda niyyət sazişi imzalandı”, -  deyə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qeyd edib.

Qeyd olunub ki, tikililərin 3D lazer skan edilməsi və modelləşdirilməsi, tarixi-memarlıq abidələr və topoqrafik planların mövcud vəziyyətini dolğun və dəqiq əks etdirməyə imkan verir: "Yerüstü topoqrafik çəkilişlər öz iş yerlərini tərk etmədən müxtəlif ölçmələrin aparılmasında mütəxəssislərə geniş imkanlar yaradır. Və əlbəttə ki, bu kimi innovativ yanaşmalar zəruri olan işlərin daha az vaxt və məsrəflərlə həyata keçirilməsini təmin edir”.

17
Teqlər:
qənaət, xəritə, işğaldan azad edilmiş ərazilər, "Azərişıq" ASC
Tədqiqat, arxiv şəkli

Yapon alimlər indiyədək heç kəsin görə bilmədiyini gördülər

0
(Yenilənib 01:52 04.12.2020)
Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

BAKI, 4 noyabr - Sputnik. Yapon alimlər əvvəllər müşahidə edilə bilməyən zərrəciklərin vizualizasiya metodunu aşkarlayıblar. Müəlliflərin fikrincə, bu, günəş batareyaları və işıq diodlardan tutmuş smartfon və lazerlərədək gələcək yüksək texnologiyalı qurğuların hazırlanmasında gərəkli olan ikiölçülü yarımkeçiricilərin öyrənilməsində inqilaba bərabər kəşfdir.

Sputnik Azərbaycan bildirir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Eksitonlar - bir çox müasir texnologiyanın əsas tərkibi olan yarımkeçiricilərdə maddənin həyəcan vəziyyətini əks etdirən kvazi hissəciklərdir. İşıq elektronlara təsir edib onları daha yüksək enerji halına qaldıran zaman eksitonlar yaranır, bu zaman elektronların əvvəl olduğu enerji səviyyəsində isə dəlik əmələ gəlir.

"Dəlik - elektronun olmaması deməkdir, ona görə də onlar elektronun əksi olan yükü daşıyırlar. Əks yüklər bir-birini cəzb edir, həm elektronlar, həm də dəliklər birləşərək eksitonları əmələ gətirir, bunlar isə öz növbəsində material daxilində hərəkət edir", - Okinava Elm və Texnologiya İnstitutunun professoru, femtosaniyə spektroskopiya bölməsinin rəhbəri Keşav Dani yazır.

İri yarımkeçiricilərdə eksitonlar əmələ gəldikdən sonra saniyənin milyardda bir kəsikləri ərzində sönür. Üstəlik, onlar "kövrək" də ola bilir, bu isə həm öyrənilməsini, həm də idarəolunmasını çətinləşdirir. Ancaq təxminən on il əvvəl alimlər ikiölçülü yarımkeçiriciləri kəşf etdilər ki, bunlarda eksitonlar daha dayanıqlıdır.

"Stabil eksitonlar bu materiallara, doğrudan da unikal xüsusiyyət bəxş edir, buna görə də eksiton əsaslı yeni optik-elektron qurğuların yaradılması üçün xeyli araşdırma aparılıb, - digər müəllif, femtosaniyə spektroskopiya bölməsinin əməkdaşı doktor Jülyen Madeo qeyd edir. - Ancaq hazırda eksitonların ölçülməsi üçün standart eksperimental texnika məhduddur".

Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

Qara eksitonlarda elektronların impulsu parlaq eksitonlardakı elektronların impulsundan və əlaqədə olduqları dəliklərin hərəkət anından fərqlənir, bu isə onlara işığı udmağa imkan vermir.

"Bilirdik ki, onlar var, amma birbaşa görə, tədqiq edə bilmədiyimizdən materialın optik-elektron xüsusiyyətlərinə nə dərəcədə təsir etdiyini bilmirdik", - Madeo bildirib. 

Qara eksitonları vizuallaşdırmaq üçün alimlər əvvəllər əlaqəsiz elektronları öyrənmək üçün istifadə etdikləri güclü texnikanı modifikasiya ediblər.

"Tərkibi zərrəciklər olan eksitonlarda bu metodların necə işə yarayacağı aydın deyildi. Bu yanaşmanın əsaslı olub-olmadığı barədə elmi cəmiyyət böyük nəzəriyyə müzakirəsi açdı", - professor Dani qeyd edib.

Müəlliflər təxmin ediblər ki, yüksək enerjiyə malik fotonlu işıq seli ilə yarımkeçirici materialdakı eksitonlara təzyiq olunsa, fotonların enerjisi eksitonları dağıdaraq elektronları materialdan çıxara bilər. Bununla da elektronların materialdam çıxdığı istiqaməti ölçərək elektronların eksitonların tərkibi olduğu zaman malik olduğu ilkin impulsu təyin etmək mümkün olardı. Beləliklə, alimlər nəinki eksitonları görə, eləcə də qara və parlaq eksitonları bir-birindən ayıra biləcəklər.

"Bütün texniki problemləri həll edb, qurğunu qoşarkən bizim ekranda eksitonlar peyda olanda - bu, doğrudan da möhtəşəm idi", - tədqiqatda iştirak etmiş doktor Mişel Man deyib.

Alimləri bir xüsusiyyət də təəccübləndirib: onlar şahid olublar ki, materialda qara eksitonlar parlaq eksitonlardan çoxdur, üstəlik, müəyyən şərtlər daxilində, həyəcanlanmış elektronlar materialda səpələnib impulslarını dəyişən zaman eksitonlar dəyişə bilir (parlaqdan qaraya).

0
Teqlər:
elektron zərrəcik, yarımkeçirici, material, optik, elmi tədqiqat, tədqiqat, alimlər, Yaponiya