Пачки азербайджанских манатов и калькулятор

Azərbaycan manatı ilə bağlı gözlənilən xəbər açıqlandı

963
(Yenilənib 12:14 12.06.2018)
Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb

BAKI, 12 iyun — Sputnik. 2018-ci ilin iyun ayının 12-nə Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi dollar/manat məzənnəsi iyun ayının 11-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Sputnik Azərbaycan AMB-yə istinadla xəbər verir ki, avro/manat məzənnəsi 2.0006 manata, rubl/manat məzənnəsi 0,0271 manata, türk lirəsi isə 0,3759 manata düşüb.

İyunun 12-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 2.0057 manata, 1 rubl 0,0273 manata, 1 Türk lirəsi isə 0,3804 manata bərabər idi.

Xatırladaq ki, son günlər manatın məzənnəsinin xarici valyutaya münasibətdə möhkəmlənməsi müşahidə edilir. Baxmayaraq ki, qonşu ölkələrin rəsmi valyutalarında devalvasiya izlənilir.

963
Teqlər:
valyuta, manat, dollar, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank
Əlaqədar
Mərkəzi Bankdan yeni manat qərarı
Manat bahalaşmaqda davam edir
Manat bahalaşmaqda davam edir
Minaatandan atəş, arxiv şəkli

Ermənistan ordusunun hərbi texnikası darmadağın edilib

166
(Yenilənib 12:50 28.09.2020)
Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlulara aid olması müəyyənləşib.

BAKI, 28 sentyabr — Sputnik. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tankı və digər texnikası, 15 ədəd OSA-sı, 18 ədəd PUA-sı məhv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Raket atışları ilə düşmən müqavimətinin qırılmasına məcbur edilir", – polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur.

"Bu, Ermənistan əhalisinin içində olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlular olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir", – polkovnik-leytenant Anar Eyvazov əlavə edib.

166
G-20

“Böyük iyirmiliyin” toplaşacağı vaxt bəlli oldu

46
(Yenilənib 03:18 28.09.2020)
G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur.

BAKI, 28 sentyabr - Sputnik. “Böyük iyirmilik” ölkələri növbəti sammitin bu il onlayn formatda keçiriləcəyini bəyan ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə G-20-nin saytında məlumat yer alıb.

Tədbir noyabrda keçiriləcək. Orada sədr Səudiyyə Ərəbistanı olacaq.

“G20 liderlərinin sammiti noyabrın 21-22-də onlayn formatda, Əlahəzrət kral Salman ben Əbdül Əziz əl Səudun sədrliyi ilə keçiriləcək”, - məlumatda deyilir.

G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur. Ümumilikdə G20 dünyanın ümumi milli məhsulunun 85%-ni, dünya ticarətinin 75%-ni (Aİ daxilində ticarət də daxil olmaqla) və dünya əhalisinin üçdə ikisini ehtiva edir. Kluba 20 milli iqtisadiyyat - ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, İndoneziya, İtaliya, Hindistan, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa Birliyi daxildir.

46
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Atəşə tutulan mülki əhali ilə bağlı daha bir bəyanat yayıldı

0
(Yenilənib 22:43 28.09.2020)
Dünən Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda dinc əhalinin də atəşə tutulmasından bəhs edilib:

"Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş verib.

Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan silahlı birləşmələri bu dəfə bütün təmas xətti boyu hücuma keçərək Azərbaycan mövqelərini, yaşayış məntəqələrini intensiv şəkildə müxtəlif növ silah və artilleriya qurğuları ilə atəşə tutmaqda, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqda davam edir.

Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

Ermənistan silahlı qüvvələrinin iki gün ərzində açdığı atəş nəticəsində dinc əhali arsında xeyli sayda ölən və yaralanan var.

Bu hadisələr Ermənistanın cari ilin 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi zorakı və təcavüzkar əməllərinin davamı kimi qiymətləndirilir.

Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, "Müharibə zamanı mülki əhalinin müdafiəsi" haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübut edir.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təcavüz aktına cavab olaraq əks-hücum əməliyyatlarını həyata keçirərək, mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dünya ictimaiyyətini, eləcə də aidiyyəti beynəlxalq təşkilatları, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında" 2427 qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə seyrçi qalmamağa, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin, xüsusən də qadın və uşaqların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində üzərlərinə düşən zəruri addımları atmağa və müvafiq tədbirlər görməyə çağırırıq".

0