Astara İxrac Gömrük Nəzarət Xətti

Gömrükdə ciddi sıxıntı aradan qalxır, artıq pul tələb etmək mümkün olmayacaq

1138
(Yenilənib 17:49 12.06.2018)
"Bu prosesdə 2 əsas amil rol oynamalıdır: Biznes proseslərinin sürətlənməsi və biznes proseslərinin şəffaflığı"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. "Dövlət Gömrük Komitəsində vahid SMS-məlumatlandırma sistemi yaradılacaq. Sahibkarın məhsulu sərhəd-keçid məntəqəsinə çatarkən, ona ödəyəcəyi gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək".

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev açıqlama verib. Onun sözlərinə görə, bu, idxalla məşğul olan sahibkarların işini asanlaşdıracaq.

Vüqar Bayramov
Vüqar Bayramov

Maraqlıdır, sahibkarlar üçün yaradılan bu yeniliyin idxal-ixrac prosesinə, bazar qiymətlərinə nə kimi təsirləri olacaq? Sputnik Azərbaycan bu sualla ekspertlərə müraciət edib, onların fikrini öyrənib.

İqtisadçı-ekspert Vüqar Bayramov bunu müsbət yenilik kimi qiymətləndirib: "Bu, xüsusən sahibkarların daha tez məlumat əldə etməsi baxımından çox vacibdir. Həmçinin sahibkarlara, məhz vergi ödənişlərini həyata keçirməklə bağlı məlumatlılıq və şəffaflıq baxımından vacibdir. Çünki sahibkara rəsmi SMS gəlir və buna əsasən ödəniş edilir. Nəticə etibarı ilə gömrükdə sahibkardan artıq vəsaitin tələb edilməsi mümkün olmur".

"Bu da şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Çünki bəzi hallarda rəsmi hesablanandan daha çox vəsaitin tələb edilməsi halları baş verirdi. Bu da heç bir halda arzuolunan deyildi. Daimi prosedurun avtomatlaşdırılması həm də şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Bu, daha şəffaf mexanizmin yaradılmasına xidmət edir. Amma daha məqsədəuyğun olan odur ki, optimal gömrük dərəcələrinin tətbiqi həyata keçirilsin" — iqtisadçı əlavə edib.

Bayramovun fikrincə, idxalın şəffaflaşması onun həcminin artmasına gətirib çıxara bilər: "Nəticə etibarı ilə nə qədər proseduraların sayı azalırsa, sahibkarlar da o qədər idxalla, eyni zamanda, ixracla məşğul olmaqda maraqlı olurlar".

Ekspert bunun qiymətlərə təsir edəcəyini isə güman etmir: "Çünki burada söhbət vergi dərəcələrinin azaldılmasından yox, ödəyəcəyi gömrük rüsumunun məbləği ilə bağlı sadəcə sahibkarın məlumatlandırılmasından gedir".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov
© Sputnik / Anar Mustafayev
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov da bunu mütərəqqi addım kimi qiymətləndirib: "Ümumiyyətlə, tədricən informasiya-kommunikasiya texnologiyalarının sahibkarlıq fəaliyyətində tətbiqi sürətləndirilməli, intensivləşməlidir. Bu, bir tərəfdən biznes mühitində əks olunan proseslərin sürətlənməsinə, digər tərəfdən də şəffaflığa xidmət edən məsələdir. Ona görə bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumları, xüsusilə də Dövlət Gömrük Komitəsi tərəfindən son həftələrdə atılan addımlar təqdirəlayiqdir".

Professorun fikrincə, ümumilikdə bu prosesdə 2 əsas amil rol oynamalıdır: "Birincisi, biznes proseslərinin sürətlənməsi, ikincisi isə biznes proseslərinin şəffaflığı. Amma bu addımların atılması ölkədə həyata keçirilən idxalın əvəz olunmasına, yerli qeyri-neft real sektorunun inkişafı ilə bağlı siyasətə zərər vurmamalıdır. Yəni başlıca məqsəd universal makroiqtisadi göstəricilərin, tədiyyə balansının sabit vəziyyətdə saxlanılmasından ibarət olmalıdır".

Məmmədovun qənaətincə, buna paralel olaraq biznes fəallığının stimullaşdırılması üçün müəyyən addımlar atılmalıdır: "Ümumiyyətlə, idxaldan da tamamilə azad olmaq mümkün deyil. Bununla bərabər, o sahələrdə ki, idxalın əvəzolunması qeyri-mümkündür, aidiyyatı qurumlar tərəfindən idxalla bağlı stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər. Amma ümumilikdə daha çox sferalarda idxalın əvəzolunması siyasəti davam etdirilməlidir".

1138
Teqlər:
şəffaflıq, SMS-məlumatlandırma sistemi, Səfər Mehdiyev, DGK, biznes, Elşad Məmmədov, İqtisadçı-ekspert, Dövlət Gömrük Komitəsi, ixrac, idxal, sahibkar, professor, Vüqar Bayramov
Əlaqədar
Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri məhkəmə qarşısına çıxarıldı
Gömrük Komitəsi vəzifədən çıxarılan generallarla bağlı açıqlama verdi
Gömrükdə daha iki general vəzifəsi ilə vidalaşdı
Gömrük Komitəsində kadr dəyişikliyi: Yüksək rütbəli məmur işdən çıxarıldı
Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq müzakirə olundu
Dövlət Gömrük Komitəsinin sədri islahatlardan danışır
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

8
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

8
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

6
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

6
Protezlər, arxiv şəkli

Qazilərin təminatı dərəcədədir - Agentlik hesabat verdi

0
(Yenilənib 13:37 16.01.2021)
Dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub.

 

BAKI, 16 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.

0