Mahmud Vaezi

İrandan Azərbaycana mühüm səfər

235
(Yenilənib 12:08 04.06.2018)
İİR Prezident Aparatının rəhbəri Azərbaycana gəlib

BAKI, 4 iyun — Sputnik. İran İslam Respublikasının (İİR) Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Sputnik Azərbaycan-a İİR-in Azərbaycandakı səfirliyindən məlumat verilib.

Vaezinin səfəri iyunun 3-ü başlayıb. İran rəsmisinin prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlər keçirəcəyi gözlənilir. Görüşlər zamanı tərəflər ikitərəfli əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.

235
Teqlər:
İİR, Mahmud Vaezi, İran İslam Respublikası, səfər, Azərbaycan
Əlaqədar
Paşinyanın gözlənilməz səfəri: Tiflis Bakının maraqlarını qurban verəcəkmi?
Prezident İlham Əliyev Xaçmaz rayonuna səfər edib
Putin prezident seçiləndən sonra ilk səfərini bu ölkəyə etdi
Центральный банк Азербайджанской Республики

Azərbaycan Mərkəzi Bankı açıqlama yaydı: Məlumat təhrif olunub

10
(Yenilənib 19:10 01.06.2020)
AMB: "Mətbuat konfransında səsləndirilmiş bu məlumat təhrif olunaraq adı çəkilən bankların kapital problemlərinin olması formasında yayımlanıb".

BAKI, 1 iyun - Sputnik. "Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, 01.06.2020-ci il tarixində Əmanətlərin Sığortalanması Fondu ilə birgə keçirilmiş mətbuat konfransında səsləndirilmiş bir məlumatın bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyri-dəqiq işıqlandırılmasına yol verilib".

Azərbaycan Mərkəzi Bankından Sputnik Azərbaycan-ın ünvanına göndərilmiş açıqlamada belə deyilir.

Açıqlamada daha sonra bildirilir: "Bildiririk ki, qanunvericiliyə və normativ tələblərə müvafiq olaraq banklar maliyyә ilinin qurtarmasından әn geci beş ay müddәtindә maliyyә hesabatını auditor rәyi ilә birlikdә maliyyә bazarlarına nәzarәt orqanına tәqdim etmәli və dәrc etdirmәlidirlər. Bununla əlaqədar, əksər banklar tərəfindən müvafiq hesabatların rəsmi internet saytlarında açıqlanması təmin olunub.

Lakin, koronavirus (COVİD-19) pandemiyasının işin təşkili ilə bağlı yaratdığı çətinliklərlə əlaqədar olaraq “Rabitə Bank” ASC və “Access Bank” QSC tərəfindən Mərkəzi Banka müraciət olunaraq, kənar audit hesabatının açıqlanması ilə bağlı möhlət istənilib və müvafiq hesabatların iyun ayı ərzində dərc olunacağı bildirilib. Buna baxmayaraq, mətbuat konfransında səsləndirilmiş bu məlumat təhrif olunaraq adı çəkilən bankların kapital problemlərinin olması formasında yayımlanıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, qeyd olunan məlumat həqiqəti əks etdirmir".

10
Azərbaycan Mərkəzi Bankı, arxiv şəkli

Azərbaycanda iki banka kənar audit hesabatını açıqlamaq üçün vaxt verilib

230
(Yenilənib 18:30 01.06.2020)
Azərbaycan Mərkəzi Bankı 2 sığorta şirkətini nəzarətə götürüb və 2 banka kapitalın yaxşılaşdırılması üçün möhlət verib.

BAKI, 1 iyun - Sputnik. "Access Bank" və "Rabitəbank" audit hesabatlarının açıqlanmasına dair işləri hələ ki yekunlaşdıra bilməyib”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, buna səbəb koronavirus (COVID-19) pandemiyasının yayılmasıdır: "Odur ki, həmin banklara 1 ay vaxt verilib”.

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən az olan 2 sığorta şirkətini nəzarətə götürüb.

Bunu da AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

“Həmin şirkətlər “Amrah Sığorta” və “Rəvan Sığorta”dır. Onlara kapitalı artırmaq üçün 1 ay vaxt verilib”, - o qeyd edib. 

230
Koronavirus testi, arxiv şəkli

Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər

1
"Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur"  - Rəşad Ağarəhimov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Bu gün bütün dünyada yayılan koronavirus pandemiyası yeni olduğundan onunla bağlı bir çox suallar hələ də açıq olaraq qalır: Bu virus əleyhinə hazırlanan vaksinlər yararlı olacaqmı? Hər qış mövsümündə virus geri dönüş edəcəkmi? Uzun müddət bu virusla vəziyyəti necə idarə edəcəyik?

© Official website of President of Azerbaijan Republic

Bu və digər bu kimi suallar arasında ən çox verilən və düşündürəni isə, virusa ikinci dəfə yoluxma riskinin olub-olmayacağı ilə bağlıdır. Araşdırmalar göstərir ki, çox nadir hallarda bu virusa ikinci dəfə yoluxma halı baş verir. Məsələn, bu ilin fevralında Yaponiyada bənzər hadisə baş vermişdi, qadın ikinci dəfə koronavirusa yoluxmuşdu.

Azərbaycana gəldikdə isə ölkəmizdə bu virusa təkrar yoluxma faktı qeydə alınmayıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bundan başqa, təkrar yoluma faktının qarşısını almaq üçün TƏBİB müalicə müddəti başa çatdıqdan sonra, əlavə 14 gün də bu şəxslərin evdən çıxmamasını tövsiyə edir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov isə Sputnik Azərbaycan-a açıqlamasında ümumiyyətlə bu virusa təkrar yoluxma halının baş verə biləcəyi ehtimallarından danışıb: "Təkrar yoluxma halına bizdə rast gəlinməyib, amma Çində və bir neçə başqa ölkələrdə təkrar yoluxma hallarına rast gəlinib. Ümumiyyətlə virus elə bir canlıdır ki, demək olar ki, hər həftə genetik kodu yenilənir və yeni ştammlar əmələ gətirir. Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur. Necə ki, qrip virusu ilə ildə bir neçə dəfə xəstələnmək mümkündürsə, bu virusa da eyni yolla yoluxmaq mümkündür".

© Photo : Courtesy of Rashad Agaemirov
Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov

"O ki qaldı 14 gün məsələsinə, evə yazılan xəstələr ya həmin 14 günü xəstəxanada keçirməlidirlər, ya da biz onlara bir kağıza imza atdırıb razılıq alırıq ki, qalan 14 günü evdə özünütəcrid edərək oturacaq. Həmin müddətdə pasiyent evdən kənara çıxa bilməz və evdə də fərdi qoruyucu vasitələrdən istifadə etməlidir", - deyə həkim əlavə edib.

Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlar üzərində bununla bağlı qəti rəy olmasa da, meymunlar üzərində aparılan tədqiqatlara görə, koronavirusa yoluxanlar yenidən bu xəstəliyə yoluxmur: "Yəqin ki, insanlarda da bu cürdür. Bəzi şəxslərdə simptomlar olmasa da, xəstəlik özünü klinik vəziyyətdə göstərir. Bundan baaşqa, bu xəstəliyə immunitetin yaranması faktoru bəllidir. İmmunitet yaranır və şəxs ikinci dəfə bu xəstəliyə yoluxmur".

1