Kriptovalyuta, bitkoin

O, manatı da sıradan çıxaracaq, dolları da - Yeni dalğa gəlir

2370
(Yenilənib 13:05 04.06.2018)
"Növbəti 10-20 ildə kriptovalyuta kağız pulun dövriyyəsini əhəmiyyətli şəkildə sıxışdıra bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Kriptovalyutaların dövriyyəyə buraxılması, onunla əməliyyatların genişlənməsi məsələsi ətrafında müzakirələr davam edir. Bu mövzuda diqqət çəkən məqamlardan biri də kriptovalyutalarla bağlı vergiyə cəlb edilmə məsələsidir.

Bitkoin
© Sputnik / Vladimir Astapkovich

Ötən günlərdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov bu məqama toxunmuşdu. O bildirmişdi ki, Azərbaycanda kriptovalyutalarla əməliyyatlar fiziki şəxslər arasında aparılır və qeyri-sahibkarlıqdan əldə edilən gəlirlərə daxil edilir.

"Həmin şəxslər vergi orqanlarında uçota durmalı, VÖEN almalı, bəyannamə təqdim etməli və dövlət büdcəsinə vergi verməlidirlər", — deyə Ş.Ərəbov vurğulamışdı.

Mövzunu Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov kriptovalyutalardan gəlir əldə edənlərin vergi ödəməsi ilə bağlı ortaya qoyulan mövqeyin erkən olduğunu deyib: "Hələlik Azərbaycanda bu istiqamətdə hüquqi baza formalaşmayıb. İlk olaraq ölkədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Kriptovalyuta bazarının inkişafı stimullaşdırıla bilər".

"Bir çox ölkələrdə bu səbəbdən də vergi tətbiq etmələri kimi məhdudlaşdırıcı addımlar atılmır. Əksinə, kriptovalyuta bazarının inkişafı ilə bağlı mövqe ortaya qoyulur. Təbii ki, kriptovalyutanın gələcəyi, təhlükəsizlik məsələləri, ödəmələrin nəzarətdən kənarda qalması və s. ilə bağlı müəyyən narahatlıqlar, risklər var. Amma buna baxmayaraq, bunun fəaliyyəti növbəti dövrlərdə daha da genişlənəcək", — R.Həsənov əlavə edib.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Onun fikrincə, mərhələli şəkildə bu sahədə vergi tətbiqinə keçmək olar: "Amma indiki halda kriptovalyuta ilə əməliyyatların həyata keçirilməsinə vergi tətbiq edilərsə, mexanizmin inkişaf etməsinə mənfi təsir göstərməklə yanaşı, ölkədə bu valyuta növünün dövriyyəsinin də ciddi şəkildə azalmasına gətirib çıxaracaq. Hələlik bunun mexanizmi də yoxdur".

Ekspert bildirib ki, bu gün dünyada faktiki olaraq kriptovalyuta var: "Dünyada ödəmələr sistemində kriptovalyuta mərhələli şəkildə öz mövqeyini gücləndirir. Bu, növbəti 10 ildə əsas ödəmə vasitələrindən birinə çevrilə bilər. Azərbaycan da bu prosesdən birmənalı olaraq kənarda qala bilməz".

İqtisadçının sözlərinə görə, dünya maliyyə bazarlarında müəyyən inkişaf trendi varsa, bu, Azərbaycana da şamil oluna bilər: "Baxmayaraq ki, Azərbaycan bu istiqamətdə nisbətən daha mühafizəkar mövqe nümayiş etdirir. Və Azərbaycan bazarında bu sistem zəif inkişaf edir. Amma bununla yanaşı, bu maliyyə aləti faktiki olaraq növbəti dövrlərdə ölkə iqtisadiyyatına, maliyyə bazarlarına daxil olacaq. Hazırda bununla bağlı fəaliyyətlər daha çox fiziki şəxslər tərəfindən həyata keçirilir".

"Kriptovalyutalara keçid kağız puldan imtinaya gətirib çıxara bilərmi?" sualına cavabında isə iqtisadçı bunun qısa müddətli deyil, uzunmüddətli dövrdə baş verə biləcəyini söyləyib: "Kağız pul artıq tədavüldən mərhələli şəkildə yığışır. İnkişaf etmiş ölkələrdə dövriyyənin 80-90 faizi nağdsız formada həyata keçirilir. Azərbaycanda da bu sistemin inkişaf etdirilməsi istiqamətində müxtəlif yanaşmalar ortaya qoyulub. Buna baxmayaraq, hələlik bu sistem təşəkkül tapmayıb".

"Kağız pulun dövriyyədən kənarlaşdırması üçün kriptovalyuta daha cəlbedici mexanizm formalaşdırır. Təsadüfi deyil ki, hətta böyük şirkətlər də (Məsələn, BP şirkəti) növbəti dövrlərdə öz ödəmələr sistemində kriptovalyutadan istifadəyə yaşıl işıq yandırıblar. Bir sıra ölkələr, banklar bu sistemə qoşulur. Hər bir ölkə öz kriptovalyutasını yaratmağa çalışır və s. Növbəti 10-20 ildə kriptovalyuta kağız pulun dövriyyəsini əhəmiyyətli şəkildə sıxışdıra bilər", – ekspert deyib.

R.Həsənovun qənaətincə, kriptovalyutadan istifadədə ilk növbədə peşəkar kadrlara ehtiyac var: "Kriptovalyuta dünya bazarlarında gündəlik olaraq öz dəyərini sürətlə dəyişən bir maliyyə alətidir. Amma peşəkar kadrlar bundan qazanc əldə edə bilərlər. Burada əsas cəlbedicilik odur ki, əvvəlki ödəmə sistemi, mexanizmi ilə müqayisədə burada sürət daha yüksəkdir".

"Hazırda bu, daha çox illeqal fəaliyyətlərə üstünlük verən müəyyən sosial qrupun maraq dairəsindədirsə, hüquqi təminat bazasının genişləndirilməsi nəticəsində gələcəkdə iqtisadiyyatın bütün sektorlarında hüquqi və fiziki şəxslərin diqqətini cəlb edəcək", — deyə müsahibimiz vurğulayıb.

2370
Teqlər:
kriptovalyuta, kağız, Rəşad Həsənov, inkişaf, əməliyyat, pul, ekspert, iqtisadçı, vergi, valyuta
Əlaqədar
Mərkəzi Bank xarici valyutalarla bağlı yeni qərar verdi
Milli valyutalara bəd xəbər gəldi
Xarici valyutaların məzənnəsi aşağı salındı
Mərkəzi Bank xarici valyutalarla bağlı qərarını açıqladı
Rəsmi məzənnələr açıqlandı, xarici valyutalar bahalaşdı
Bankomatdan pul çıxaran şəxs, arxiv şəkli

Prezidentin köməkçisindən 190 AZN barədə açıqlama

11
(Yenilənib 18:32 10.07.2020)
"Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib" - H.Hacıyev

BAKI, 10 iyul — Sputnik. "190 manatlıq ödənişlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Hikmət Hacıyev qeyd edib ki, yaxın zamanlarda ödənişlərin həyata keçirilməsi ilə bağlı açıqlama veriləcək.

Prezidentin köməkçisi xatırladıb ki, bəzi Azərbaycan vətəndaşları var ki, 2-3 aydır ki, ölkəyə gələ bilmirlər: "Həmin vətəndaşların ölkəyə gətirilməsinə ehtiyac var. Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib. Yükdaşıma ilə bağlı ölkəmizə daxil olan əcnəbi sürücülər testdən keçirilir və ondan sonra hərəkətlərinə icazə verilir".

11
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Hökumət 190 manatla bağlı qərarına dəyişiklik etdi
Yardımla bağlı 16 bölgənin sakinlərinə şad xəbər
Hikmət Hacıyevdən avtobuslarda sıxlıq sualına təəccübləndirən cavab
Rayonlara gediş-gəlişin açılması təhlükəlidir - Yaqut Qarayeva
Manat, arxiv şəkli

Dövləti necə soymalı? Hesablama Palatası bir Komitədən bestsellerlik material topladı

9
(Yenilənib 16:58 10.07.2020)
Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı "Azərsu" ASC tərəfindən həyata keçirildiyi halda, özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülüb.

BAKI, 10 iyul — Sputnik. Hesablama Palatasının 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Komitə) ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi aparılıb. Sputnik Azərbaycan-a Palatadan verilən məlumata görə, audit nəticəsində müəyyən edilib ki, malların (işlərin və xidmətlərin) satınalınması zamanı ümumi məbləği 118,5 min manat olan satın alınacaq malların ehtimal olunan qiymətləri Komitə tərəfindən müəyyənləşdirilməyib, aparat xərcləri üzrə satınalma keçirilmədən 20,2 min manat vəsait xərc edilib.

Həmçinin 9,3 min manat məbləğin xərc paraqrafları, 35,5 min manat məbləğin isə funksional təyinatı dəyişdirilərək xərc edilib, Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı "Azərsu" ASC tərəfindən həyata keçirildiyi halda, özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülüb. Komitədə elektron informasiya bazasının yaradılması və bazanın işinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılsa da, müəyyən edilib ki, 2019-cu ilin dekabr ayında 33,0 manat vahid aylıq müavinət alan 10741 nəfər məcburi köçkünün adı kommunal xərclər ödənilən məcburi köçkünlərin adlı siyahılarında, sıx məskunlaşma yerlərində yaşayan 9879 nəfər məcburi köçkünün adı isə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilməyib.

2910 nəfər məcburi köçkünün adı isə həm kommunal xidmət haqları dövlət hesabına mərkəzləşmiş qaydada ödənilən kontingent üzrə adlı siyahılara, həm də kommunal xidmət haqlarını özləri ödəyən məcburi köçkünlərin adlı siyahılarına salınıb, 60 manat məbləğində aylıq müavinət alanların siyahısında göstərilmiş 433 nəfər üzrə isə 201,7 min manat müxtəlif kommunal xidmətləri haqqı ödənilib. 2019-cu ilin dekabr ayı üzrə kommunal xidmət haqları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənilən 665 məcburi köçkünə 33 manat əvəzinə 60 manat aylıq müavinət ödənilməsi nəticəsində 287 min manat artıq vəsait xərclənib, bir sıra hallarda müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilmiş müavinətin aylıq məbləği ilə onların bank filiallarında açılmış plastik kart hesablarına köçürülmüş aylıq məbləğlər arasında fərqlər müəyyən edilib.

Ümumilikdə 40 məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra da müavinət ödənişləri davam etdirilərək 9588,9 manat, qanunvericilikdə nəzərdə tutulmadığı halda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alan 261 məcburi köçkünə 248,8 min manat, aktiv sahibkarlıqla məşğul olduqları dövrlərdə 471 nəfər məcburi köçkünə 96,8 min manat vahid aylıq müavinət ödənilib. Mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən 1513 nəfər məcburi köçkünə vahid aylıq müavinət ödənişi dayandırılmayıb. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan Komitə tərəfindən əlavə 3 Mənzil Kommunal İstismar Sahəsi (MKİS) yaradılaraq onların saxlanılmasına 730 min manat, qanunvericilikdə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmadığı halda MKİS-lərdə 110 "çilingər-santexnik" və 94 "xarrat-rəngsaz" ştat vahidi təsdiq edilərək əmək haqqı ödənilib, Komitənin Mənzil İstismar Departamentində nəqliyyat vasitələrinə normadan artıq 17,4 min manat dəyərində ehtiyat hissələri silinib, MKİS-lər tərəfindən qanunvericiliklə müəyyən edilmiş norma ilə nəzərdə tutulmayan 16,2 min manat dəyərində malların alışı həyata keçirilib.

Müqavilə üzrə nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməməsinə baxmayaraq podratçı təşkilata 14,5 min manat cərimə məbləği hesablanmayıb, qeyri-əhali qrupları üzrə məişət tullantısının yığılması və daşınmasına görə 1601,2 manat artıq vəsait ödənilib. O cümlədən çoxmənzilli yaşayış binalarında məcburi köçkünlərə lift xidməti üzrə hesablaşmalarda 3737,23 manat ƏDV məbləği nəzərə alınmayıb, mobil telefon ötürücü antena qurğularının quraşdırılması xidmətinə görə dövlət büdcəsinə 2256,6 manat az icarə haqqı ödənilib. Məcburi köçkünlər üçün salınmış şəhərciklərdə məcburi köçkünlərdən 577,4 min manat məbləğində mənzil haqqının və bərk məişət tullantılarının yığılması və daşınmasına görə 862,8 min manat xidmət haqqının yığılması və uçota alınması təmin edilməyib, sakinlərə göstərilən kommunal xidmətlərə görə 126 min manat xidmət haqqı düzgün olmayaraq büdcə vəsaiti hesabına ödənilib, məcburi köçkünlərin yeni salınmış qəsəbə və şəhərciklərə köçürmə işlərinə görə 40,2 min manat artıq vəsait ödənilib, MKİS-lərdə 18,0 min manat dəyərində inventar çatışmazlığı aşkar edilib, Mənzil İstismar Departamenti üzrə normadan artıq 2018-ci ildə 16 ədəd, 2019-cu ildə 14 ədəd xidməti nəqliyyat vasitəsi saxlanılaraq 37,7 min manat büdcə vəsaiti xərc edilib. Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə tərəfindən ümumilikdə 109,2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslər siyahılarının dəqiqləşdirilməsi üzrə işlər davam etdirilir.

9
Moskvada RT telekanalının ofisi, arxiv şəkli

Telekanala qadağa: Qərb Rusiyaya qarşı necə işləməyi unudub

0
(Yenilənib 19:49 10.07.2020)
"Aydındır ki, RT-nin yayımının qadağan edilməsi siyasi qərardır. Amma həqiqətənmi onu hüquqi baxımdan daha "aydın" motivlə izah etmək mümkün deyildi?"

BAKI, 10 iyul — Sputnik, İrina Alksnis. Litva öz ərazisində RT-nin beş telekanalının yayımını qadağan edib. Bu, Latviya hakimiyyətinin analoji addımı atmasından bir həftə sonra baş verib. Növbədə isə Estoniyadır – ölkənin xarici işlər naziri eyni qərarın mümkünlüyünü istisna etməyib.

Bu üç "Baltika pələngi"nin ənənəvi anti-Rusiya konsensusunu və məhz Estoniya hakimiyyətinin Sputnik agentliyinin respublikada iş üçün əngəl yaratmaqda daha çox fəallıq nümayiş etdirdiyini nəzərə alsaq, Tallinin bu məsələdə fərqli mövqe tutacağı ehtimalı böyük deyil. Məlum olduğu kimi, Estoniyada arzu edilən nəticəni əldə etmək üçün əməkdaşlar cinayət məsuliyyəti ilə təhdid edilərək açıq şəkildə böhtanlara məruz qalıblar.

Lakin bu məsələdə ən maraqlı məqam Vilnüsün qərarının rəsmi əsaslandırılmasıdır. İddiaya görə, RT Qərbin sanksiyaları altında olan Dmitri Kiselyovun nəzarətindədir və bu, "onun" mediaresursuna qarşı tədbirlərin görülməsinə səbəb olub.

Məsələ heç bu bəyanatın həqiqətə uyğun olmamasında deyil. Litva hakimiyyətinin bu iddiasına cavab şərhlərində ona xatırladıblar ki, RT-nin ümumiyyətlə Dmitri Kiselyovun rəhbərlik etdiyi "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin (BİA) strukturuna aidiyyəti yoxdur.

Düz bir həftə əvvəl, Latviya Milli Mətbuat Şurası RT-nin yayımının qadağan olunmasını onun telekanallarının Dmitri Kiselyovun "faktiki idarəsi və təkbaşına nəzarəti altında olması" ilə izah edib. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Latviya rəsmi qurumlarının məsələyə belə bir əsaslandırma gətirməsini qınayıb.

Həmin vaxt baş verənləri konkret icraçıların səhvi ilə izah etmək mümkün olardı: heç bir sistem səriştəsiz işçilərdən sığortalanmayıb. Ancaq Litvada eyni vəziyyətin təkrarlanması birmənalı şəkildə göstərir: heç bir təsadüfi səhv olmayıb və yoxdur.

Aydındır ki, RT-nin yayımının qadağan edilməsi siyasi qərardır. Amma həqiqətənmi onu hüquqi baxımdan daha "aydın" motivlə izah etmək mümkün deyildi? Əlbəttə, mümkün idi. Amma bunun üçün daha çox səy göstərmək, əziyyət çəkmək, qanunvericilikdə boşluqlar axtarmaq lazım olardı.

Nə vaxtsa məhz bu xüsusiyyət – qəbul edilən qərarların heç olmasa xarici qüsursuzluğunu təmin etmək üçün hüquqi baxımdan mürəkkəblik – Qərb demokratiyasının ən mühüm kartlarından biri idi. Bu, formal prosedurlara əməl olunmasına vaxt xərcləməyə meylli olmayan digər siyasi sistemlərin fonunda son dərəcə uğurlu görünürdü.

Ancaq o vaxtdan bəri çox şey dəyişib. RT-nin yayımına qadağa qoyulması məsələsində Baltikyanı respublikalar son illər tamamilə fərqli və daha güclü dövlətlər tərəfindən qoyulmuş bir yolla gedirlər.

Amerikalılar üçün içində naməlum toz olan sınaq şüşəsini göstərmək İraqın işğalını beynəlxalq ictimaiyyət qarşısında əsaslandırmaq üçün bəs etdi və həqiqət axtarışı lazım olmadı. Britaniyalılar Skripalların zəhərlənməsi ətrafında möhtəşəm şou nümayiş etdirdilər və onları bu məsələdəki boşluqlar qətiyyən narahat etmədi.

Belə hallar yalnız Rusiyaya qarşı deyil, hətta Çin, İran, Venesuela və digər ölkələrlə bağlı o qədər olub ki, onlar artıq nadir istisnalardan adi hala çevrilib. Bu fonda Litva və Latviya hakimiyyətlərinin RT-nin yayımına qadağa qoyması məsələsində mövqeyi tamamilə təbii görünür: əgər əsassız iddianı rəsmi mövqe kimi təqdim etmək mümkündürsə, onda özünü niyə yorasan?

Bu məsələdə hətta məntiq də var: anti-Rusiya baxışları olan tamaşaçını "Kiselyovun RT-yə nəzarət etməsi" iddiası qane edir. Qərb artıq Rusiyaya və ona simpatiyası olanlara qarşı resurslarını xərcləməyin mənasını görmür. Yəqin ki, onları inandırmaq və öz tərəfinə çəkmək vəzifəsinin uğursuz olduğunu görür.

Bu yanaşma Qərbin informasiya, siyasi, ideoloji və hətta mənəvi inhisarından irəli gəlir. Məhz buna görə də Qərb müəyyən məqamda öz siyasətini – həm ümumi, həm də rəqiblərinə münasibətdə – diqqətlə və yüksək peşəkarlıqla hazırlamağı lazım bilməyib. Nəticədə, özü bu inhisarın necə itirildiyini hiss etməyib.

İndi isə vəziyyət yeni mərhələyə qədəm qoyub. İndi həmin qüvvələr keyfiyyətli işləməyin və ciddi səylər göstərməyin mənasını görmürlər, çünki rəqibi onsuz da inandırmaq mümkün deyil.

Təəccüblüdür ki, onlar bu cür peşəkar, daha doğrusu, qeyri-peşəkar yanaşmanın Rusiya üzərində ideoloji və geosiyasi qələbəyə gətirib çıxaracağını düşünürlər.

0