Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

TANAP: onun iqtisadi əhəmiyyəti daha çoxdur, yoxsa siyasi?!

© Photo : TANAPTANAP
TANAP - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı bu mərhələdə Rusiya amilinə münasibətdə diqqətli olmaq zorundadır"

Bu gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə prezident İlham Əliyev iştirak və çıxış edib.

Azərbaycan Prezidenti bildirib ki, TANAP layihəsi Cənub Qaz Dəhlzinin önəmli hissəsidir: "Gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. 2014-cü il sentyabrın 20-də – bu da çox rəmzi məna daşıyır, çünki "Əsrin müqaviləsi" 1994-cü il sentyabrın 20-də imzalanmışdır – Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Yəni 20 ildən sonra. Bu gün isə biz bu layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur". 

Azərbaycan Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalının açılışında - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İlham Əliyev: "Bu gün Azərbaycanın həyatında əlamətdar gündür"

Dövlət başçısı deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: "Əminəm ki, bundan böyük həcmdə resurslarımız var və gələcək kəşfiyyat və işlənmə işləri bunu təsdiqləyəcək. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən ilk növbədə regional əməkdaşlığı qeyd etmək istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihələrini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı – Tiflis – Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

İqtisadi maraqlar öz yerində, adıçəkilən layihə daha çox siyasi önəmə malikdir. Cənub Qaz Dəhlizinə ABŞ ciddi maraq göstərir. Bu mühüm layihənin riskli tərəfləri də var. Bəzi siyasi təhlilçilər hesab edirlər ki, Vaşinqon Bakını Rusiya ilə üzbəüz qoyur. Eyni zamanda, belə fikirlər də səslənir ki, Ankara da bu layihədən razı qala bilməz. Ən azı ona görə ki, Cənub Qaz Dəhlizi Rusiya və Türkiyənin planlaşdırdığı qaz kəmərinə alternativdir, onlarla rəqabət aparacaq. 

Премьер-министр Великобритании Тереза Мэй, фото из архива - Sputnik Azərbaycan
Tereza Mey neft-qaz gəlirlərinin Azərbaycana təsiri barədə danışdı

Burada bir məqama diqqət yetirək. ABŞ Avropaya öz sıxılmış qazını satmaq istəyir. Rusiya-Türkiyə qaz kəməri isə Kreml rəhbərliyinin Ukraynanı zərərsizləşdirmək üçün istifadə etdiyi geosiyasi oyundur. Bu baxımdan, araşdırmaçılar hesab edirlər ki, adıçəkilən layihələrin müsbət cəhətləri ilə yanaşı riskli tərəfləri də mövcud olur.

Bakı anlayır ki, Azərbaycan hazırki şəraitdə nə Rusiya, nə də Türkiyəyə qarşı yönəldilmiş siyasətlərə qoşulmalıdır. Əksinə, Bakı Rusiya və Türkiyə, eyni zamanda İran arasında qeosiyasi körpü rolunu oynamağa cəhd edə bilər.

Beləliklə, Bakı uğurlu bir layihəyə imza atdı. Lakin layihə ilə birlikdə yeni bir sınaq mərhələsi də başlaya bilər. Məlumdur ki, Bakı uzun illərdir ABŞ-la Rusiya arasında balanslı siyasət yürütməyə çalışır. Ancaq qlobal güclər arasında balansı saxlamaq getdikcə çətinləşir. Xüsusilə energetika sahəsində optimal tarazlığı qorumaq indi daha böyük səylər tələb etməkdədir.

Məsələ ondadır ki, Avropanın Rusiya təbii qazından asılılığının azaldılmasına yönəlik iri layihələrdə ölkəmizin getdikcə daha fəal iştirak eləməsi, Cənub Qaz Dəhlizi Bakı və Moskva arasında ziddiyyətlər yaradır. Qərb və Rusiya analitikləri də artıq bu məqama diqqət yönəltməyə başlayıblar. Rusiyalı analitiklərə görə, bu siyasətin başlıca hədəfi –Cənubi Qafqaz və Orta Asiya ölkələrinin Rusiyaya nəqliyyat-kommunikasiya və iqtisadi-ticari oriyentasiyasını önləmək və daha sonra isə tamamən kəsməkdir. Onların fikrincə, bu siyasət çərçivəsində də 2000-ci illərdə Azərbaycanın neft-qaz yataqlarını Rusiyadan yan keçməklə Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri çəkilib. TANAP bu siyasətin davamıdır. Lakin Bakı yaranmış vəziyyətdə öz neytrallığını qorumaq zorundadır və əks təqdirdə vasitəçidən qarşıduran tərəfə çevrilə bilər. 

Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Ekspert: “ABŞ-dan Avropa bazarına gələn qaz həcmləri artacaq”

Vurğulayaq ki, Cənub Qaz Dəhlizi – Xəzər hövzəsi qazının Rusiya və Ukraynadan asılı olmadan Avropaya çatdıracaq qaz kəmərləri şəbəkəsi layihəsidir. Bu kəmərin "sələfi" "Nabukko" idi – o da Azərbaycanı Türkiyə vasitəsilə Avropa ilə birləşdirməli idi. Lakin resurs bazası ilə bağlı problem və texniki detalların uzlaşdırılmaması üzündən inşa oluna bilmədi. Mahiyyət etibarilə TANAP ilkin mərhələdə çox da böyük olmayan qaz həcminə hesablanmış "Nabukko"nun şəkli dəyişdirilmiş versiyasıdır. Lakin onun da qayəsində Avropa Birliyinə qazın Rusiya marşrutuna alternativ şəkildə çatdırılması dayanır. Ankara prioritet layihə kimi məhz TANAP-ı hesab edir, nəinki "Türk axını"nı. TANAP gələcəkdə təkcə Azərbaycan qazının deyil, həm də Yaxın Şərq ölkələrinin qazını Türkiyə və Avropaya nəqlinə imkan verəcək.

Araşdırmaçılara görə, TANAP-ın "Türk axını" ilə rəqabətdə şansı daha da artacaq. Bu isə öz növbəsində Rusiyanı özünümüdafiə üçün bəzi kontur-tədbirlər görməyə vadar edəcək. Aydın məsələdir ki, Bakı bu mərhələdə Rusiya amilinə münasibətdə diqqətli olmaq zorundadır. Azərbaycan maraqların toqquşma xəttində qala bilməz…

Xəbər lenti
0