Azərbaycan Respublikası Vergilər Naziliyi

Vergi ödəyicilərinin nəzərinə - Nazirlik müraciət etdi

241
(Yenilənib 16:29 18.05.2018)
Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmalıdır

BAKI, 18 may — Sputnik. Vergilər Nazirliyi uzun illərdir ki, müasir informasiya texnologiyalarından istifadə etməklə vergi inzibatçılığında rəqəmsal modernləşdirmə prosesini inkişaf etdirir.

Bu barədə Sputnik Azərbaycan-a Vergilər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Vergi sistemində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiq edilməsi daxili sənəd dövriyyəsinin, hesabat-məlumat sisteminin tam elektronlaşdırılmasına, elektron xidmətlərin, xüsusilə də e-kargüzarlığın inkişafına təkan verib. Elektron vergi-hesab fakturalarının, e-bəyannamə və "onlayn kargüzarlıq" sistemlərinin və digər xidmətlərin tətbiqi vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, onun tərtibinə və düzgünlüyünə nəzarət etmək, öz şəxsi vərəqəsinə "real vaxt" rejimində baxmaq imkanları verib. Bütün bu elektron xidmətlərin mahiyyətini qıcasa olaraq belə ifadə etmək olar: Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmalıdır.

Vergi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması yeni rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsini tələb edir. Vergi inzibatçılığının rəqəmsallaşdırılması kumulyativ effektə malikdir. Texnologiyalar vergi qanunvericiliyinə könüllü əməl etmə səviyyəsinin yüksəltməyinin əsasıdır. Bu cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, bütün tərəflər üçün şəffaflığı təmin etməyə xidmət edir. 

Vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşları arasında birbaşa fiziki təmasların minimumlaşdırılması bu siyasətin mühüm tərkib hissəsidir. Vergilər Nazirliyinin "onlayn kargüzarlıq" sistemi vergi orqanı ilə sahibkar arasında məsafədən ünsiyyəti qurmaq baxımından xüsusilə əhəmiyyətlidir. Məlum olduğu kimi, hər bir vergi ödəyicisinə bu sistemdən yararlanmaq imkanı yaradılıb. Vergilər Nazirliyi ilə e-sənəd mübadiləsinə qoşulan hər bir vergi ödəyicisinə İnternet Vergi İdarəsində fərdi elektron qutu (e-qutu) yaradılır və ona qapalı zərfdə müvafiq istifadəçi kodu, parol və şifrə təqdim olunur.

Fərdi elektron qutu vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırır. Fərdi elektron qutuya malik vergi ödəyicisi nə əldə edir:

Birincisi, vergi orqanı ilə elektron yazışmalara keçən ödəyici üçün ənənəvi üsulla kağız daşiyıcılarında sənədlərin göndərilməsinə zərurət qalmır, sahibkar vaxt və resurs itkilərinə məruz qalmır.

İkincisi, e-qutunun tətbiqi sayəsində vergi ödəyiciləri vergi sisteminə aid istənilən məlumat tipli sənədi tez bir zamanda əldə edə bilmək imkanı qazanır.

Üçüncüsü, vergi ödəyicilərinə göndəriləcək sənədlər (uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) imzalanan kimi avtomatik olaraq onun fərdi elektron qutusuna göndərilir. 

Dördüncüsü, bu sistem üzərindən edilən bütün müraciətlər rəsmi sənəd statusuna malik olur. Vergi orqanından vergi ödəyicilərinə, eləcə də vergi ödəyicilərindən vergi orqanına ünvanlanan müraciətlər və verilən cavablar arxivləşdirilərək vergi ödəyicisinin fərdi e-qutusunda toplanır. Sahibkar istənilən vaxt bu cavablardan rəsmi statuslu sənəd olaraq istifadə edə bilər.

Beşincisi, vergi ödəyiciləri onlayn kargüzarlıq vasitəsilə etdikləri müraciətlərinin vergi orqanı daxilində hərəkətini "real vaxt" rejimində izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa telefon əlaqəsi yarada bilər.

Altıncısı, vergi ödəyiciləri öz aralarındakı yazışmalarda da e-qutudan istifadə edə bilərlər. Vergi orqanlarının istifadəçilərə və vergi ödəyicilərinin bir-birinə ünvanladıqları məktublar və cavablar həmin anda ünvana çatır, istifadəçilərə məxsus olan qutuya toplanır və məktublara internet vasitəsilə istənilən yerdə baxmaq mümkün olur.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin əməkdaşı Şahin Musabəyov vergi ödəyicilərinə mütəmadi olaraq "onlayn kargüzarlıq" sistemi vasitəsilə elektron qutularını yoxlamalarını tövsiyyə edir: "Vergi ödəyicisinin İnternet Vergi İdarəsinin "Onlayn Kargüzarlıq" bölməsinə vergi orqanı tərəfindən göndərilən sənədin göndərilmə tarixindən 5 təqvim günü keçdikdə və sənəd oxunulmamış qalarsa, növbəti gün ona məktubun oxunulması barədə SMS göndərililir. Beləliklə, vergi ödəyicisi fərdi e-qutuda oxunulmamış məktubun olması barədə məlumatlandırılır. Vergilər Nazirliyi ilə e-sənəd mübadiləsinə qoşulan şəxslərlə yanaşı, gücləndirilmiş elektron imza, o cümlədən ASAN imza sahibləri də onlayn karguzarlıq sistemindəki fərdi e-qutularından yararlana bilərlər".

Şahin Musabəyov elektron qutudan istifadənin vacibliyini belə izah edir: "Məsələn, vergi borcu barədə ödəyiciyə adi poçt vasitəsilə göndərilən bildiriş onun ünvanına vaxtında yetişməyə və bununla da vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsində müəyyən ləngimələr yarana bilər. Həmin bildirişin e-qutuya göndərilməsi və vergi ödəyicisinin onu oxuması üçün isə cəmi bir neçə saniyə lazımdır. Bundan əlavə, bu sistemə müraciət edən bütün vətəndaşlar Vergilər Nazirliyinə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini "real vaxt" rejimində izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa əlaqə yarada bilərlər. Xüsusi qeyd edim ki, həmin sistem vasitəsilə vergi orqanına göndərilən bütün müraciətlər rəsmi status alır".

Bəs vergi ödəyicilərinin elektron qutulardan istifadə fəallığı necədir? Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla iş Departamentinin Vergi ödəyicilərinin qəbulu və xidmət şöbəsinin rəhbəri Məmməd Quliyev son dövrlərdə fərdi elektron qutulardan istifadənin artdığını bildirir. Bununla belə, vergi ödəyicilərinin ümumi sayına münasibətdə proses qaneedici səviyyədə deyil. Onun sözlərinə görə, təcrübədə, bəzən, elə vergi ödəyicilərinə rast gəlmək olur ki, onlar elektron qutudan istifadəni mürəkkəb bir proses hesab etdiklərinə görə bu xidmətdən istifadə etmirlər. Halbuki elektron qutudan istifadənin əsas prinsiplərini izah etdikdən sonra onların böyük əksəriyyəti bu xidməti artıq özlərinin vərdiş etdikləri elektron məktublarla müqayisə edərək bu sistemin sadəliyini başa düşürlər. Fərdi elektron qutular müasir zamanda hər kəsin istifadə etdiyi məktublaşma servisləri qədər sadədir. 

M.Quliyev bildirir ki, internetə çıxışı məhdud olan ödəyicilər Vergilər Nazirliyinin müxtəlif bölgələrdə yaratdığı vergi ödəyicilərinə xidmət terminallarından e-qutuya məlumat göndərə bilərlər: "Biz, həmçinin müxtəlif üsullarla vergi ödəyicisinin e-qutusunda oxunmamış məktubların olması ilə bağlı məlumatın ona ötürülməsinə çalışırıq. Məsələn, vergi ödəyicisinin mobil telefonuna bu barədə mesajın göndərilməsi, yaxud onun elektron ünvanında xəbərdaredici işarənin yerləşdirilməsi və s. Başlıcası odur ki, vergi ödəyicilərinin artıq böyük bir qismi e-qutunun üstünlüklərindən xəbərdardırlar və biz bu istiqamətdə məlumatlandırma və izahat işlərini hər gün davam etdiririk".

Beləliklə, vergi ödəyicilərinin fərdi elektron qutusunda oxunmamış sənədlər varsa, "onlayn kargüzarlıq" sisteminə daxil olaraq onlara göndərilmiş sənədlərlə tanış olmaları zəruridir. Bu sənədlərlə tanışlıq sahibkarların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrinin həyata keçirilməsində olduqca faydalıdır. Fərdi elektron qutudan istifadə etməklə sahibkar vergi orqanı əməkdaşları ilə təmas etmədən, onlayn qaydada vergi öhdəlikləri ilə bağlı yaranmış bütün suallara cavab tapa, vergi orqanlarının suallarını cavablandıra, hər hansı uyğunsuzluqları dərhal aradan qaldıra bilər və beləliklə də, vaxt və resurs itkilərinə məruz qalmaz.

241
Əlaqədar
Azərbaycanlı sahibkarlar üçün sevindirici xəbər: Gömrük və Vergilər...
İlham Əliyevdən Vergilər Nazirliyi və Gömrük Komitəsi barədə qərar
Vergilər Nazirliyində qalmaqal qopdu, nazir sərt qərar verdi
Vergilər Nazirliyi ötən il büdcə öhdəliyini yerinə yetirə bilməyib
Bakıda restoranların fəaliyyəti

Cərimələr effekt verir - Agentlik rəsmisi belə deyir

5
(Yenilənib 21:48 25.09.2020)
"Çünki cərimə tətbiq edilən obyektlərdə təkrar yoxlamalar zamanı uyğunsuzluq hallarının pozulmasında azalmalar var" - AQTA rəsmisi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. "Böyük Britaniyada pandemiya dövründə inzibati cərimələrin tətbiq olunmasından öncə və tətbiqindən sonrakı rəqəmlər ölkədə yoluxma sayının 40-60 faizədək azalmasını aşkara çıxardı. Bizdə xəbərdarlıq, maarifləndirmə olduğu halda eyni obyektdə təkrar nöqsanlar aşkarlanır. Lakin cərimə tətbiqindən sonra sahibkarlıq obyektində təkrar uyğunsuzluq hallarına rast gəlinmir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, pandemiya şəraitində mehmanxanalarda, eləcə də kafe və restoranlarda xidmətin təşkili ilə bağlı həyata keçirilən nəzarət tədbirləri haqda Azərbaycan Qida Təhlükəsziliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov danışıb.

O bildirib ki, cərimələrin tətbiqi həmin sahibkarlıq subyektlərini daha məsuliyyətli çalışmağa vadar edir: "Çünki cərimə tətbiq edilən obyektlərdə təkrar yoxlamalar zamanı uyğunsuzluq hallarının pozulmasında azalmalar var".

"Biz KİV-dən istifadə etməklə çox geniş təbliğat işləri görürük. Bu posterləri bütün sahibkarlıq subyektlərinə elektron şəkildə göndəririk. Biz iki həftə ərzində mehmanxanalarda apardığımız monitorinqlərdə yalnız maarifləndirmə işləri gördük. Növbəti mərhələdə isə nəzarətə başladıq və tələblərə əməl etməyənlər cərimələndilər", - E.Mikayılov əlavə edib.

O bildirib ki, daha çox aşkarlanan faktlar sırasında insanların bir masa ətrafında daha çox cəmlənməsi, işçilərin maskalardan düzgün istifadə etməməsi, müştərilərin maskasız hərəkəti yer alır: "Biz ehtiyat maskalarının verilməməsi halları ilə də rastlaşırıq. Bundan başqa, bəzi ictimai-iaşə mərkəzlərində dezinfeksiya ilə bağlı problemlərlə qarşılaşırıq".

5
Teqlər:
qaydalar, Koronavirus, epidemiya, COVID-19, karantin, maska, sahibkarlıq subyektləri, cərimələr, AQTA
Əlaqədar
Toyla yasın fərqi "olar-olmaz" məsələsində gündəmə gəldi
Toyuq əti ilə bağlı şok məlumat - Ayaqqabı boyası ilə boyanırmış
Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir”
Otellərin mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir?
Ölkəmizə milyonlar gətirəcək məhsulun xaricə ixracını əngəlləyən qurumun adı açıqlandı
İstixana, arxiv şəkli

Borclu istixanalardan xəbər var - Bu qışa hazırlıq gedir

5
(Yenilənib 21:26 25.09.2020)
Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1%-ə bərabərdir.

BAKI, 25 sentyabr — Sputnik. 2020-ci il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün növbəti isitmə mövsümünün yaxınlaşmasına az müddət qalır. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ərəfədə borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır: "Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 92,3% təşkil edir. Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 67,1% təşkil edir. Salyan Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 89,6% təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1%-ə bərabərdir".

Qeyd edək ki, pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün bəzi sahibkarlar tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə müraciətlər daxil olmaqdadır. Ölkədə sahibkarlığın inkişafına göstərilən diqqətə dəstək olaraq Birlik də bu kimi məsələlərin qarşılıqlı şəkildə həllinə önəm verir. Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılır. 

5
Teqlər:
razılaşma, borc, sahibkar, istixana, "Azəriqaz"
Əlaqədar
Daxili borc xaricdəki nəhəng bazarı əldən çıxara bilər: biri pulunu, biri güzəşt istəyir
Təhlükəli xəbərdarlıq: Dünya sürətlə aclığa doğru gedir
Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?
Rusiyanın yeni qərarı Azərbaycan bazarını qarışdıracaq: amma alıcıya xeyri var
İnsafsızların marşı: "Soğan yeməmisən, bəs sarımsağın biri hanı?"
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

0
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

0
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır