Məmurlar

Bürokratik süründürməçiliyə son qoyulur - Yeni növ "ASAN xidmət"

999
(Yenilənib 11:14 08.10.2018)
Tikinti işi aparmaq istəyən sahibkarlar üçün icazənin "Bir pəncərə" sistemi vasitəsi ilə verilməsi cəmiyyətdə alqışa səbəb olub

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Ölkədə tikinti prosesi, bu zaman meydana çıxan problemlər vətəndaşları daim narahat edir. Dəfələrlə dövlət başçısı səviyyəsində müvafiq qurumlara insanların süni şəkildə incidilməməsi, bürokratik əngəllər yaradılmaması yönündə xəbərdarlıqlar edilib.

Və son zamanlar bu istiqamətdə müəyyən müsbət tendensiyalar müşhidə olunur. Məsələn, ötən ay Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Akif Abdullayev mətbuata bildirib ki, bundan sonra Bakıda tikinti işi aparmaq istəyən sahibkarlar Bakı Şəhər İcra Hakimiyyətindən icazəni "Bir pəncərə" sistemi vasitəsi ilə alacaqlar və sahibkarların sənədləri müxtəlif əllərdə gəzməyəcək.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı isə bildirib ki, dövlət başçısının müvafiq fərmanı ilə tikintiyə icazə prosedurları sadələşdirilib. Belə ki, əvvəl prosedurların sayı 21 idisə, hazırda bu, 9-a endirilib.

Sahibkarlar üçün tikinti prosedurlarının sadələşdirilməsi ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bunun mühüm problemlərdən biri olduğunu deyib: "Hər zaman Dünya Bankının "Doing Business" indeksi hesablanarkən Azərbaycan məhz tikinti sahəsində icazələrin sayı və müddətinə görə ən geridə qalmış ölkələr siyahısına daxil olunur. Bu isə ümumi nəticələrdə öz əksini tapır. Həmçinin bu istiqamətdə çox ciddi qeyri-şəffaflıq hökm sürür. Tikinti xərclərinin maya dəyəri kifayət qədər yüksəkdir".

"Bu isə son olaraq daşınmaz əmlak bazarı daxil olmaqla, bu kimi sahələrdə qeyri-adekvat qiymətlərə gətirib çıxarıb. Çünki real xərclərlə rəsmi xərclər arasında çox ciddi fərq var idi. İcazələrin verilməsi üçün iri məbləğdə rüşvət tələb olunurdu və bu istiqamətdə fəaliyyət göstərən qurumlar demək olar ki, tikinti icazələrini satırdılar, yəni, bunun alveri ilə məşğul idilər", — deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, daşınmaz əmlak bazarında tələbin aşağı düşməsi, əhalinin alıcılıq imkanlarının zəifləməsi fonunda bu sektorun fəaliyyət imkanları kifayət qədər məhdudlaşdırılıb: "Eyni zamanda bu sektora investisiya qoyuluşlarının həcminə də mənfi təsir göstərib. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq reytinq siyahılarında mövqeyinin gücləndirilməsi və "Doing Business" indeksi baxımından reputasiyasının yüksəldilməsi mümkündür. Həmçinin ölkə daxilində tikinti sektorunun canlandırılması və prosedurların sayının azaldılması, tələb olunan günlərin sayının minimuma endirilməsi vasitəsilə müəyyən qədər nəticə əldə etmək mümkündür".

Ekspertin qənaətincə, tikinti sektoru ən qeyri-şəffaf sektorlardan biri hesab olunur: "Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları demək olar ki, öz fəaliyyətində ciddi nöqsanlara yol verir, burada bir bazar formalaşdırıblar. Həmçinin özəl subyektlər də qeyri-qanuni fəaliyyətlərə yol verirlər. Burada əmək bazarı, dövriyyənin leqallaşdırılması, satışdan sonrakı proseslər, mənzil-tikinti kooperativlərinin (MTK) vətəndaşların hüquqlarını pozması və s. kifayət qədər ciddi problemlər var".

"Problemlər hər iki tərəfdən — həm biznes subyektlərinin fəaliyyətindən, həm də dövlət qurumlarının fəaliyyətindən qaynaqlanır. Bu da indiki halda Azərbaycan iqtisadiyyatının 10 faizindən artıq bir hissəsini təşkil edən, ciddi əməktutumlu hesab olunan bir sektorun inkişaf etməsi, böyüməsi qarşısında ən böyük maneələrdəndir", — ekspert bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Photo : UNEC-in mətbuat xidməti
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

Ekspert qeyd edib ki, səsləndirilən fikirlər reallaşarsa, müəyyən qədər daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsi, bu sahədə investisiya axınının güclənməsi, rəqabətin artması müşahidə olunacaq: "Həmçinin, bu istiqamətdə mənfəət normasının yüksəlməsi sözügedən sektorda sahibkarlıq fəaliyyətinin aktivləşməsi ilə nəticələnə bilər".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də Sputnik Azərbaycan-a açıqlamasında tikinti işi aparmaq istəyən sahibkarlar üçün icazənin "Bir pəncərə" sistemi vasitəsi ilə verilməsini müsbət qiymətləndirib: "Uzun müddətdir Azərbaycanda sahibkarlıq mühitinin qiymətləndirilməsi Dünya Bankının "Doing Business" hesabatında da öz əksini tapır. Hesabatda Azərbaycanı digər ölkələrlə müqayisədə nisbətən geridə tutan əsas göstərici də məhz tikintiyə icazələrin verilməsindəki ağır prosedurlar, bürokratiya idi".

"Əgər "Bir pəncərə" sistemi tətbiq olunacaqsa, bu, "Doing Business" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına gətirib çıxaracaq", — deyə dosent vurğulayıb.

E.Bağırzadənin sözlərinə görə, bu, eyni zamanda, Azərbaycanda real olaraq investisiya mühitini yaxşılaşdıracaq: "Çünki investisiya mühitinin əsas elementlərindən biri də məhz tikintiyə icazələrin alınmasıdır. Yəni tikinti, xüsusilə də kapital qoyuluşları zamanı ən çox istifadə olunan mexanizmlərdən biridir. Bunun da ölkədə asanlaşması müsbət haldır. Azərbaycanda bu sahədə "Bir pəncərə" sistemi tətbiq edilirsə, alqışlanmalıdır və bu, çoxdan olmalı idi".

Ekspertin fikrincə, belə bir addımın atılması daşımaz əmlak bazarında müəyyən qədər rəqabətli mühitin yaradılmasına gətirib çıxaracaq: "Çünki artıq istənilən sahibkar asanlıqla tikintiyə icazə ala bilirsə, bu, daşınmaz əmlak bazarında, xüsusilə də mənzil inşaatında müəyyən təklifin və bu sahədə rəqabətin artmasına səbəb olacaq. Bu da heç şübhəsiz ki, qiymətlərə təsir göstərə bilər, amma, bu, dolayı təsirdir. Yəni birbaşa təsirinin olacağını demək olmaz. Bunun üçün müəyyən zaman lazımdır".

999
Teqlər:
"Doing Business" indeksi, "Bir pəncərə", dosent, icazə, Rəşad Həsənov, Sputnik Azərbaycan, Elşən Bağırzadə, Dünya Bankı, problem, tikinti, sahibkar, ekspert, iqtisadçı, Azərbaycan, sənəd
Əlaqədar
Cəmi 6 həftəyə tikilən möhtəşəm meydan
Vacib yolun tikintisinə 8 milyon ayrıldı
Yeni yol tikilir: Prezident 4,5 milyon pul ayırdı
Yeni tikili, sovet binası, yoxsa fərdi ev - Qiymətlər nə deyir?
Tikintiyə icazə verilməsi qaydası dəyişdi
Tələbələr üçün nəhəng yataqxana kompleksi tikilir
Prezident Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisinə 16,5 milyon ayırıb
Məmur tibbi əlçəklə, arxiv şəkli

Qaydalara əməl etməyən sahibkarlar sahibkarlıq subyektlərinin adları açıqlandı

10
Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

 

BAKI, 4 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Agentlikdən aparılan reydlərlə bağlı Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 488 ictimai iaşə obyektində 901 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus yeməkxana, Həsən Əliyev ev 90D ünvanında yerləşən, fiziki şəxs Məmmədov Şəadət Arif oğluna məxsus obyekt, A. M. Şərifzadə ev 33 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rasim oğluna məxsus "Kaktus" restoranı, Nizami Rayonu, Qara Qarayev pr. ev.69 ünvanında yerləşən, fiziki şəxs Heydərov Sahib Sabir oğluna məxsus "Ləzzət dönər" evi, Nəsimi rayonu, Alı Mustafayev 37B ünvanında yerləşən, fiziki şəxs İsmayılov Pənah Ələddin oğluna məxsus kafe, Nəsimi rayonu, Alı Mustafayev 3 mkr ev.10 K ünvanında yerləşən, fiziki şəxs Arzu Ekici Bayraməli qızına məxsus kafe, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus "Cıdır Düzü" restoranı, Yasamal rayonu, Şərifzadə ev.2 M. ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus "Quzu Təndir" restoranı, G.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Həsənov Nail Telman oğluna məxsus kafe, Səbail rayonu, Yusif Məmmədəliyev ev.19 m.1 A ünvanında yerləşən, fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus "Nutelland" kafesi, hüquqi şəxs "Nabikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Chef Baku" kafesi, Yeni Günəşli qesəbəsində yerləşən, fiziki şəxs Rüstəmov Samin Ələddin oğluna məxsus kafe, Lökbatan qəs., keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elməddin Nazim oğluna məxsus "Lion Garden" kafesi, Həsən Əliyev, ev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus kafe, Sulutəpə qəs., R. Allahverdiyev 11 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Bəhmən Məhəmməd oğluna məxsus kafe, H.Cavid pr. ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus "Şaurma №1" restoranı, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.24a ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.7 M. ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus yeməkxana, Biləcəri, R.İsmayılov 8 ünvanında yerləşən, fiziki şəxs Namazov Telman Fərəc oğluna məxsus "Rəmiş" kafesi;

Sumqayıt şəhəri, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Rəhimov Zaur Tofiq oğluna məxsus "Köz Dönər" kafesi, 9-cu mkr ünvanında yerləşən, fiziki şəxs Şamıyev Elvin Rəhim oğluna məxsus "Hicaz Dönər" kafesi, 13-cü mkr ünvanında yerləşən, fiziki şəxs Əliyev İlham İsmayıl oğluna məxsus "Tea" kafesi, Səməd Vurğun ev.25 ünvanında yerləşən, fiziki şəxs Zamanov Rasim Nadir oğluna məxsus "Rəvan" çay evi, 17-ci mkr ünvanında yerləşən, fiziki şəxs Ağayev Seymur Engels oğluna məxsus "Ordubad" kafesi, 3 mkr. Bakı küçəsində yerləşən, fiziki şəxs Cəfərov Nurəddin Allahverdi oğluna məxsus "Lider Dönər" kafesi, 34-cü məh. ünvanında yerləşən, fiziki şəxs Bayramov Müşviq Etibar oğluna məxsus "Dönər Kabab" kafesi, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Şıxvəliyev İlham Gülməmməd oğluna məxsus "Bahar" kafesi, 40-cı məh. ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Bəhram Sədirxan oğluna məxsus "Nərgiz" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Həsən Qaimşad oğluna məxsus "Nübar" kafesi;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Elçin Yaşar oğluna məxsus "Qədim Bakı" kafesi, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bağırov Həşim Məmməd oğluna məxsus kafe, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Əlizadə Şahin Qərib oğluna məxsus "Zirvə" kafesi, Xırdalan şəh., H.Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba" dönər evi, Saray ŞTQ-də yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya" kafesi, Buzovna ştq ev.342 M. ünvanında yerləşən, fiziki şəxs Əskərov Azər Firudin oğluna məxsus "Sherlocks" kafesi;

Digər şəhər və rayonlar üzrə:

Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Kosayev Qara Mirzə oğluna məxsus kafe;

Şəmkir, Dəllər qəsəbəsində yerləşən, fiziki şəxs Aslanov Rövşən Akif oğluna məxsus kafe; Gəncə şəhəri Ş.İ.Xətai 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus kafe, Ş.İ.Xətai ev.0 M.0 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Heydər Fazil oğluna məxsus dönər evi, Təbriz küçəsi ev.315 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Kamran Sədrəddin oğluna məxsus yeməkxana;

Mingəçevir şəhərində yerləşən, fiziki şəxs Hacıyev Nurlan Arzuman oğluna məxsus obyekt, H.Hüseynov küç., ev.30 M. ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus restoran, Maqomayev 14 ünvanında yerləşən, fiziki şəxs Rövşən Bilalov Rasim oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

10
Teqlər:
Nəsimi rayonu, Bakı şəhəri, sahibkarlıq subyektləri
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son aylar ərzində rekord həddə çatıb

26
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq 49,48 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 49,73 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,83 dollar bahalaşaraq 46,47 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

26
Teqlər:
dollar, 50 dollar, barel, neft
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0