Kredit verilişi

Mərkəzi Bankdan təqdirəlayiq qərar: Kredit faizləri aşağı salınacaq

8473
(Yenilənib 15:42 08.05.2018)
"Kreditlər üzrə faiz dərəcələri aşağı düşəcək, alıcılıq qabiliyyəti artacaq, müəssisə və təşkilatlarda aldıqları kreditləri vaxtında geri qaytarmaq üçün stimul yaranacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Ötən ay Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə, faiz dəhlizinin yuxarı həddinin 16%-dən 14%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

UNEC-in professoru Elnur Sadıqov
© Photo : UNEC
UNEC-in professoru Elnur Sadıqov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov bu qərarı Sputnik Azərbaycan-a şərh edib. Professor deyib ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması iqtisadiyyatda aktivliyi daha da artıracaq.

"Verilən kreditlər üzrə faiz dərəcələri aşağı düşəcək, alıcılıq qabiliyyəti artacaq, müəssisə və təşkilatlarda aldıqları kreditləri vaxtında geri qaytarmaq üçün stimul yaranacaq. Bütün bunlar çox əhəmiyyətli bir göstəricidir ki, artıq iqtisadiyyatda sabitlik dövrünə gəlib çıxırıq" — müsahibimiz bildirib.

E.Sadıqovun sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması müəssisə və təşkilatların ödəniş qabiliyyətinin artmasına da kömək edəcək: "Vaxtı keçmiş kredit borclarının həddindən çox yığılmasına da müəyyən qədər öz təsirini göstərəcək. Çox gözəl bir addımdır. Təki Mərkəzi Bank bu siyasəti bir müddət də davam etdirsin".

"Bu, ayrı-ayrı fiziki şəxslərin də banklardan götürdükləri kreditlərə təsir göstərəcək. Çünki hər hansı bir kommersiya bankı Mərkəzi Bankdan aşağı faizlə vəsait götürərsə, bank da fiziki şəxslərə krediti verən zaman faizləri aşağı salacaq. Bu da əhalinin krediti geri qaytarmaq qabiliyyətinə müsbət təsir göstərəcək ki, vaxtında borclarını geri qaytara bilsinlər", — professor deyib.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalı idi ki, iqtisadiyyatın kreditləşməsi olsun, canlanma yaransın və bu da baş verib: "Mərkəzi Bank 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi. İndi isə uçot dərəcəsini 13%-dən 11%-ə salıb. Bunu ona görə edirlər ki, banklar ucuz kredit alsın və öz növbəsində sahibkarlara da ucuz kreditlər versin".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Ekspert hesab edir ki, Mərkəzi Bankın qərarı tam düzgündür: "Çünki iqtisadiyyat pulsuz qalıb. Ancaq bir məsələni nəzərə almaq lazımdır ki, kreditlər üzrə faiz dərəcələri düşsə, əmanətlər üzrə də faiz dərəcələrinin enmə ehtimalı var. Amma uçot dərəcəsinin aşağı salınması son nəticədə iqtisadiyyatda müəyyən canlanmanı təmin edəcək".

"Uçot dərəcəsinin yenə də aşağı salınması gözlənilir. Bu il yenə bir neçə dəfə faiz dəhlizinin parametrlərinin dəyişməsi gözlənilir. Hesab edirəm ki, uçot dərəcəsi ən çox 7 faiz olmalıdır. Məncə, faiz dəhlizi arasındakı fərq çevikliyi təmin etmək üçündür" — Həsənov vurğulayıb.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin parametrləri haqda qərar makroiqtisadi sabitliyin möhkəmlənməsi prosesləri və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul edilib. İnflyasiya birrəqəmli səviyyədədir, xarici sektor göstəriciləri pozitiv zonadadır, valyuta bazarında sabitlik davam edir və iqtisadi aktivlik güclənməkdədir. Son qiymətləndirmələr il ərzində makroiqtisadi sabitliyin dayanıqlığının və iqtisadi fəallığın güclənəcəyini göstərir ki, bu da monetar şəraitin tədricən normallaşması üçün əsas yaradır.

Faiz dəhlizinin parametrləri növbəti dəfə bu il iyunun 14-də müzakirə ediləcək.

8473
Teqlər:
Elnur Sadıqov, Sputnik Azərbaycan, AMB, uçot dərəcəsi, Əkrəm Həsənov, faiz, Azərbaycan Mərkəzi Bankı, professor, ekspert, kredit, bank, iqtisadiyyat
Əlaqədar
Vətəndaşlara aşağı faizli spesifik kredit verilməsi təklif olunur
"Azərbaycanda qeyri-neft sektorunda 2,7 faiz artım baş verib"
Faiz artımı ciddi fikir ayrılıqlarına səbəb olub
Bakı bazarlarının 80 faizi onların "inhisarındadır" - Unikal kənd
Astara gömrük-keçid məntəqəsi

Ötən il gömrük orqanlarından dövlət büdcəsinə 3 milyarddan artıq vəsait köçürülüb

1
(Yenilənib 19:22 04.03.2021)
Səfər Mehdiyevin bildirib ki, idxal rüsumu üzrə azadolmaların ümumi idxalda çəkisi 59 faiz, ƏDV üzrə azadolmaların ümumi idxalda çəkisi 26 faiz təşkil edib.

BAKI, 4 mart — Sputnik. "Ötən il gömrük orqanları 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsini təmin edib. 2020-ci il ümumi idxalın 41 faizi rüsuma cəlb olunub".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin iştirakı ilə “2020-ci ilin yekunları, qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, idxal rüsumu üzrə azadolmaların ümumi idxalda çəkisi 59 faiz, ƏDV üzrə azadolmaların ümumi idxalda çəkisi 26 faiz təşkil edib. Komitə sədri son dövrlərdə bəzi ekspertlər tərəfindən xarici ticarət dövriyyəsinin statistik göstəriciləri əsasında yanlış üsullarla hesablamaların aparıldığını və nəticədə ortaya çıxan rəqəmlərin cəmiyyətdə gömrük orqanlarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan rəyin formalaşmasına yol açdığını diqqətə çatdırıb. 

Komitə sədri 2019-cu ildən etibarən tətbiqinə başlanan “Yaşıl dəhliz” buraxılış sistemindən idxalda 430, ixracda isə 235 xarici ticarət iştirakçısına istifadə hüququnun verildiyini, ümumi idxalın 40 faizinin, ümumi ixracın isə 32.8 faizinin “Yaşıl dəhliz” istifadəçilərinin payına düşdüyünü bildirib.

   

1
Bakıda neft buruqları, arxiv şəkli

Azərbaycan neftinin qiymətləri dayanmadan üzü yuxarı gedir

10
(Yenilənib 11:28 04.03.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 4 mart — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 64,75 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 64,47 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar bahalaşaraq 61,64 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

10
Teqlər:
Neft
AstraZeneca vaksini, arxiv şəkli

Azərbaycana "AstraZeneca" peyvəndi gətiriləcək

0
(Yenilənib 19:12 04.03.2021)
Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada əsasən Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

BAKI, 4 mart — Sputnik. Azərbaycana COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi gətiriləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqe media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

ÜST rəsmi bildirir ki, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada əsasən Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

0
Teqlər:
Azərbaycan, Koronavirus, epidemiya, COVID-19, AstraZeneca, peyvənd
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya