Vergi Məcəlləsi

Yeni vergi növü narazılıqlara səbəb olub: Bu, ikiqat vergiyə cəlb olunma deməkdir

1022
(Yenilənib 16:10 04.05.2018)
"Bir faiz nağdlaşdırma vergisi ləğv edilsin, sadələşdirilmiş vergi dövriyyəsi 2 dəfə artırılsın"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Apardığımız təhlillər göstərir ki, Azərbaycanda vergi dərəcələrinin optimallaşdırılmasına ehtiyac var və optimal vergi dərəcələrinin tətbiqi olduqca vacibdir. Bu konteksdən kiçik və orta sahibkarlığa tətbiq edilən vergi dərəcələrinin optimallaşdırılması mühümdür".

Vüqar Bayramov
Vüqar Bayramov

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O, bu dövriyyənin artırılmasını təklif edib: "Kiçik sahibkarlıq sadələşdirilmiş vergi subyektləridir və söhbət dövriyyəsi illik 200 min manatadək olan, Bakıda 4, rayonlarda isə 2 faiz vergi ödəyən sahibkarlardan gedir. Və mövcud dövriyyə uzun müddətdir saxlanılır. Hətta devalvasiyalara baxmayaraq, manat ifadəsində olan bu dövriyyədə dəyişiklik olmayıb".

"Dövriyyənin artırılmasına ehtiyac var ki, daha çox kiçik müəssisəni sadələşdirilmiş vergi subyekti halına gətirmək mümkün olsun. Ona görə də sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan illik 400 min manata çatdırılması həyata keçirilməlidir. Nəticə etibarı ilə bu, daha çox sahibkarların sadələşdirilmiş vergidən istifadə etməsinə imkan verəcək", — ekspert deyib.

Onun fikrincə, sadələşdirilmiş vergi subyektləri kiçik vergi ödəyiciləridir: "Ona görə də Bakıda onlar üçün vergi dərəcələri, rayonlarda olduğu kimi 2 faiz müəyyənləşdirilməlidir. Bu, böyük vergi dərəcəsi kimi görünməyə bilər. Amma nəzərə almaq lazımdır ki, 2017-ci ildən başlayaraq 1 faiz nağdlaşdırma vergisi var və nəticədə bu, 4 faiz deyil, 5 faizdir".

İqtisadçının qənaətincə, nağdlaşdırma vergisini də aradan qaldırmağa ehtiyac var: "Çünki bu, verginin fəlsəfəsinə ziddir. Sadələşdirilmiş vergi subyektləri 4 faiz vergi ödədikdən sonra xalis gəlirlərinə görə yenidən 1 faiz vergi ödəyirlər. Həm Vergi Məcəlləsi, həm də bütövlükdə vergi fəlsəfəsi xalis gəlirə yenidən verginin tətbiq edilməsini qadağan edir. Bu, ikiqat vergiyə cəlb olunma deməkdir. Çox təəssüf ki, Azərbaycanda bu, 2017-ci ildən tətbiq edilir".

Ekspert düşünür ki, məhz buna görə də 1 faizlik nağdlaşdırma vergisinin və ya faizinin ləğv edilməsinə ehtiyac var: "Sadələşdirilmiş vergi subyektləri hər hansı faiz ödəmədən öz vəsaitlərini nağdlaşdırma imkanlarına malik olmalıdırlar. Bu, kiçik sahibkarların fəaliyyətinin genişləndirilməsi, daha az vergi ödəməsi və vergi yükünün azaldılması baxımından vacibdir".

"Sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması, nağdlaşdırma ilə bağlı verginin ləğvi, eyni zamanda sadələşdirilmiş vergi dərəcələrinin azaldılmasına ehtiyac var. Bunlar Vergi Məcəlləsində öz əksini taparsa, nəticə etibarı ilə kiçik və orta sahibkarların vergi yükünün azaldılması və onların daha az vergi ödəməklə fəaliyyətinin genişləndirilməsinə nail olmaq mümkün olar", — V.Bayramov deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov
© Sputnik / Anar Mustafayev
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, son illərdə Azərbaycanın vergi inzibatçılığı və vergi siyasətində problemlər olduğuna görə bu sahədə çox ciddi islahatlara ehtiyac var. Onun sözlərinə görə, burada söhbət bir tərəfdən vergi yükünün azaldılmasından gedir.

"Digər tərəfdən isə vergi yükünün strukturunda ciddi dəyişikliyə nail olmaz lazımdır. Çox təəssüf olsun ki, Azərbaycanda vergi yükünün strukturunda problemlər var. Yəni hüquqi şəxslərin, biznesin vergi yükü tədricən azaldılmalı və vergidə ciddi diferensiasiyaya nail olmaq lazımdır. Yəni proqressiv vergi siyasəti həyata keçirilməlidir", — professor əlavə edib.

E.Məmmədovun fikrincə, bu məsələdə dünya praktikasından istifadə olunmalıdır: "Söhbət ondan gedir ki, yüksək gəlirləri olan fiziki şəxslərə tətbiq olunan gəlir vergisinin göstəricisi, rəqəmləri xeyli dərəcədə artırılmalıdır. Burada deyilə bilər ki, bu addım gəlirlərin gizlədilməsinə, ikili mühasibatlığın aparılmasına səbəb ola bilər. Amma bununla mübarizədə dünya təcrübəsində çox effektiv üsullar var. Bunun hesabına kiçik və orta sahibkarlıqda vergi yükünün azaldılmasına nail ola bilərik".

"Bunların tətbiqi ilə vergi yükünün strukturunda ciddi dəyişikliyə, vergi yükünün hüquqi şəxslərdən daha çox fiziki şəxslərə tərəf yönəlməsinə və real sektorun, biznesin inkişafına nail ola bilərik", — o bildirib.

Professor hesab edir ki, bununla yanaşı, vergilərin növləri ilə bağlı da ciddi dəyişikliyə getmək lazımdır: "Tədricən əlavə dəyər vergisi (ƏDV) kimi iqtisadi fəallığın inkişafına mane olan vergi mexanizmlərindən uzaqlaşmalıyıq. Və daha mütərəqqi vergi siyasətinin həyata keçirilməsinə nail olmalıyıq. Çünki ƏDV-nin strukturuna və mahiyyətinə baxsaq, bu vergi növü işgüzar fəallığın inkişaf etdirilməsinə ciddi şəkildə mane olur".

"Digər tərəfdən ƏDV elə bir vergi növüdür ki, onun içərisində inflyasiya öz əksini tapır. Yəni ƏDV-nin tətbiqi inflyasiya gözləntilərinin və real inflyasiyanın da artmasına birbaşa xidmət edir. Ona görə də daha mütərəqqi vergi siyasətinin həyata keçirilməsi ən zəruri məsələlərdən biridir", — professor vurğulayıb.

1022
Teqlər:
sadələşdirilmiş vergi, Sputnik Azərbaycan, Elşad Məmmədov, faiz, dövriyyə, professor, ekspert, iqtisadçı, Vüqar Bayramov, vergi, Azərbaycan, açıqlama, manat
Əlaqədar
Vergi ödəyiciləri üçün şad xəbər
Azərbaycanlı sahibkarlar üçün sevindirici xəbər: Gömrük və Vergilər...
İlham Əliyevdən Vergilər Nazirliyi və Gömrük Komitəsi barədə qərar
Vergilər nazirindən şad xəbər: "Prezident tapşırıq verdi ki..."
İş adamı hökumətə səsləndi: “Məndən daha çox vergi alın”
Vergilər Nazirliyində qalmaqal qopdu, nazir sərt qərar verdi
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

8
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

8
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

6
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

6
Protezlər, arxiv şəkli

Qazilərin təminatı dərəcədədir - Agentlik hesabat verdi

0
(Yenilənib 13:37 16.01.2021)
Dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub.

 

BAKI, 16 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.

0