Manat və dollar

Növbəti devalvasiya gözləntiləri açıqlandı

30565
(Yenilənib 17:51 20.04.2018)
Azərbaycanda yaxın zamanda yeni devalvasiya gözlənilir?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. "Azərbaycanda dollara tələbat arta bilər. Çünki ilin ilk 2 ayında Azərbaycana idxal olunan məhsulların həcmi 480 milyon ABŞ dolları artıb. Eyni zamanda, həmin dövrdə dollara tələbat da yüksəlib. Dövlət Neft Fondunun hərraclarında 3 ayda satdığı valyutanın həcmi 510 milyon ABŞ dollarından çox artıb. Növbəti aylarda idxalda artım bu templə davam edərsə, təxminən idxalın həcmində illik nəticədə 2,5-3 milyard ABŞ dolları artım baş verə bilər".

Эксперт-экономист Рашад Гасанов
© Photo : SİA IA
Эксперт-экономист Рашад Гасанов

Bunu Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Rəşad Həsənov, türk lirəsi və rus rublunun ucuzlaşmasının manata təsirini şərh edərkən deyib. Onun sözlərinə görə, bu artımlar indiki halda daha çox dövlət sektorundan qaynaqlanır: "Dövlət sektorunun idxalının həcmi ötən illə müqayisədə 3 dəfə artıb. Çünki 2018-ci ilin yanvarın 1-dək dövlət vəsaiti hesabına idxala məhdudiyyət tətbiq olunurdu".

"Amma bu qərarın müddəti bitib və ona görə də dövlət sektoru hesabına idxalın həcmi artıb. Bununla yanaşı, özəl sektorun və fiziki şəxslərin hesabına da idxalının həcmində artımlar baş verir. Bu, valyuta bazarında təzyiq formalaşdırır. Lakin nəzərə almaq lazımdır ki, ötən illə müqayisədə Dövlət Neft Fondu bazara daha çox vəsait təşviq edəcək. Çünki büdcə qarşısında öhdəliklərini yerinə yetirmək məqsədilə ötən illə müqayisədə, təxminən, bazara 65 faizə yaxın əlavə vəsait təşviq etməlidir", — iqtisadçı deyib.

Ekspert bildirib ki, bundan başqa, regionda yaranmış vəziyyət narahatlıq yaradır: "Azərbaycanda manatın məzənnəsi ilə bağlı narahatlıq bundan öncəki dövrdə — mart ayından etibarən başlayıb. Bu, daha çox seçki və seçkidən sonrakı proseslərin proqnozlaşdırılması ilə bağlı idi ki, seçkidən sonra manatın məzənnəsində dəyişiklik olacaq və ucuzlaşacaq. Bundan qaynaqlanan bir tələb var idi".

R.Həsənov əlavə edib ki, xüsusilə Rusiyada rublun kəskin şəkildə — bir gündə təxminən 11 faiz dəyər itirməsi Azərbaycanda ictimai narahatlığı dərinləşdirib: "Paralel olaraq Türkiyədə və İranda oxşar trendlər, yəni milli valyutaların dəyərsizləşməsi baş verib. Bu fonda mümkündür ki, qonşu ölkələrdə "qara valyuta bazarı" formalaşsın və Azərbaycandan bu "qara bazar"lara qeyri-qanuni valyuta axını sürətlənsin. Əgər bu, baş verərsə, növbəti dövrlərdə dollara tələb arta bilər".

Onun fikrincə, indiki halda neftin hazırkı qiyməti, strateji valyuta ehtiyatlarının həcminin artması və s. manatın daxili bazarda sabitliyini dəstəkləyən faktorlardır: "Bölgədə yaranmış problemlər, ABŞ sanksiyalarının genişləndirilməsi ehtimalı və s. faktorlar Azərbaycan bazarında, hələlik, xarici valyutaya tələbi artıracaq".

"Proqnoz ondan ibarətdir ki, ən azından Mərkəzi Bankın növbəti toplantısına qədər, yəni iyun ayının 15-dək məzənnənin sabit qalması ehtimalı yüksək qiymətləndirilir. Manatın dəyərsizləşməsi ehtimalı aşağı orta səviyyədə qiymətləndirilir. Manatın bundan artıq bahalaşması isə ehtimal edilmir", — deyə o bildirib.

Sabit Bağırov
© Photo : Şəxsi arxivindən
Sabit Bağırov

İqtisadçı-ekspert Sabit Bağırov da Sputnik Azərbaycan-a açıqlamasında qonşu ölkələrdə baş verən proseslərin Azərbaycana təsir etdiyini deyib: "Biz iqtisadi əlaqələr, xarici ticarət ilə bağlıyıq və ona görə də təsir etməyə bilməz. Amma düşünmürəm ki, Azərbaycanda yaxın zamanda yeni devalvasiya baş versin. Çünki kifayət qədər valyuta ehtiyatları var. Hökumətin imkanı var ki, devalvasiyanın qarşısını alsın".

Xatırladaq ki, aprelin 11-də Mərkəzi Bankın sədri Elman Rüstəmov "Azərbaycanda devalvasiyadan söhbət gedə bilməz" açıqlamasını verib: "İlin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb. Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur".

"Əsas xarici ticarət tərəfdaşlarımızı da izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 və ya 0,3 faiz dərəcəsində müəyyən volatillik yarada bilir. Amma bu, ciddi bir şey deyil. Manatın rəsmi məzənnəsi sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Nağd valyutaya olan istənilən tələbatı ödəməyə hazırıq", — E.Rüstəmov bildirib.

Mərkəzi Bankın sədri hər kəsi sakitliyə çağırıb: "Biz bu tələbatı ödəyirik və ödəyəcəyik. Məzənnədə tərəddüd üçün əsas heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək".

30565
Teqlər:
Sabit Bağırov, qonşu, lirə, Rəşad Həsənov, tələbat, Sputnik Azərbaycan, Dövlət Neft Fondu, Elman Rüstəmov, milyon, ixrac, idxal, rubl, ekspert, iqtisadçı, Mərkəzi Bank, Rusiya, Türkiyə, Azərbaycan, məhsul, manat, dollar
Əlaqədar
Elman Rüstəmov yenə devalvasiyadan danışdı
Sabaha devalvasiya təlaşı: gözləntilər açıqlandı, deputat çağırış etdi
Keçmiş müttəfiqimiz də devalvasiyaya getdi
Maliyyə Nazirliyindən devalvasiya təklifi: başqa çarə yoxdur
"Mərkəzi Bank devalvasiyanın qarşısını ala bilməz"
Neft Fondunun binası, arxiv şəkli

Neft Fondundan dövlət büdcəsinə köçürülən pulların məbləği açıqlandı

17
(Yenilənib 17:49 25.01.2021)
Azərbaycan Respublikası Dövlət Neft Fondu indiyədək Mərkəzi Banka transfertləri barədə məlumat yayıb.

BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 112 milyard 140,3 milyon manat köçürüb.

Sputnik Azərbaycan ARDNF-ə istinadla xəbər verir ki, ötən il isə fond 12 milyard 200 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib.

Neft Fondunun indiyədək Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertləri 3 milyard 949,5 milyon manat olub.

17
Teqlər:
dövlət büdcəsi, Mərkəzi Bankın, Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Fondu, Dövlət Neft Fondu
Neft buruğu, arxiv şəkli

Sərf etməyən perspektiv: Qiymət yenə düşəcək

145
(Yenilənib 15:53 25.01.2021)
Xəzər Universitetinin professoru neftin qiyməti ilə bağlı proqnoz verib, neft bazarında baş verən prosesləri şərh edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Son günlərdə dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir. Hazırda “Brent” markalı neftin qiyməti 56 dollar ətrafındadır. 

Beynəlxalq Enerji Agentliyinə görə, COVID-19-a yoluxmanın artması iqtisadi fəaliyyəti ləngitsə də, peyvədləmə prosesinin yayılması və iqtisadi canlanmanın ilin ikinci yarısında neft tələbatında artımı stimullaşdıracağı gözlənilir. Bəs, dünya bazarlarında neftin qiyməti 60-70 dollara qalxa bilərmi?

Xəzər Universitetinin professoru Fuat Rəsulov məsələni Sputnik Azərbaycan-a şərh edib.

Professor neftin qiymətinin yüksəlməsinə pessimist baxır:

"Neftin bahalaşması mümkün deyil və qiymətin qalxması müvəqqəti xarakter daşıyır. Dünyada baş verən siyasi proseslər ilə bağlı müvəqqəti, qısamüddətli qiymət artımları ola bilər. Sonra yenə qiymət aşağı düşəcək. Səudiyyə Ərəbistanında yeni neft yataqları aşkar edilib. ABŞ və İran arasında danışıqlar davam edəcək və çox güman ki, İrana qarşı sanksiyalar yumşalacaq. İran da öz neftini bazara çıxarmağa başlayacaq. Müvəqqəti hadisələr fonunda il ərzində neftin qiyməti 45-55 dollar arasında qalacaq. Neftin qiyməti 70 dollara qalxa bilməz".

Onun sözlərinə görə, vaksinasiyadan sonra bir sıra ölkələrdə iqtisadiyyatın bir az dirçələcəyi və yanacağa, enerjiyə tələbatın artacağı ilə bağlı gözləntilər var: "Ancaq burada paralel proseslər gedir. Kifayət qədər çox ölkə elektriklə işləyən avtomobillər almağa, hibrid avtomobillər istehsal etməyə başlayıb.

 Digər tərəfdən, məsələn, Avropa kömürdən imtina etmək istəyir. Bu, o deməkdir ki, qaza, neftə tələbat artacaq. Ancaq neft və neft məhsularının 70 faizi yanacaq kimi istifadə olunur. Bundan başqa, bütün ölkələrdə kifayət qədər neft ehtiyatları da var. Ona görə də pandemiyanın azalmasının bu sahəyə böyük təsiri olmayacaq".

Qazın qiymətinə gəlincə, professor deyib ki, qazın qiyməti qısa müddətdə xeyli bahalaşıb: "Çünki bizim əsas bazar Avropadır və sərt şaxtalar və s. ilə bağlı tələbat artıb. Ona görə də qazın qiyməti qalxıb. Biz Çinə, Asiya ölkələrinə qaz satmırıq. Lakin bu yaxınlarda Türkiyə və Yunanıstan Qara dənizdə öz ərazi sularında yataqlar aşkar ediblər. İndi bu ölkələr həmin yataqları işlətmək istəyirlər".

"Neftin mövcud qiymətləri Azərbaycan üçün çox sərfəlidir. Təklif və tələbdən çox şey asılıdır", - deyə o əlavə edib.

145
Teqlər:
dünya, Azərbaycan, qiymət, qaz, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0