Yük konteynerləri, arxiv şəkli

Məhsullarımız hansı ölkələrə idxal edilir?

72
(Yenilənib 23:52 13.04.2018)
2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 31,3 faiz, real ifadədə isə 5,8 faiz, o cümlədən ixrac 5,5 faiz, idxal 6,6 faiz artıb.

BAKI, 14 aprel — Sputnik. 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Bu barədə Sputnik Azərbaycan-a 86 ölkəyə məhsul ixrac olunub və 131 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2987,5 milyon dollar, idxalın dəyəri 1451,5 milyon dollar təşkil etmiş, nəticədə 1536,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 31,3 faiz, real ifadədə isə 5,8 faiz, o cümlədən ixrac 5,5 faiz, idxal 6,6 faiz artıb.

Əmək haqqının verilməsi
© Sputnik / Murad Orujov

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,5 faizini İtaliyaya, 10,3 faizini İsrailə, 8,4 faizini Almaniyaya, 6,2 faizini Kanadaya, 6,1 faizini İndoneziyaya, 5,7 faizini Çexiyaya, 4,2 faizini Türkiyəyə, hər biri 3,8 faiz olmaqla Rusiya və Avstriyaya, 3,5 faizini Yunanıstana, 3,4 faizini Hindistana, 3,2 faizini ABŞ-a, 2,6 faizini Gürcüstana, 2,3 faizini Ukraynaya, qalan 10,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 13,5 faizi Türkiyə, 9,5 faizi Çin, 8,8 faizi Almaniya, 5,5 faizi ABŞ, 4,9 faizi Belarus, 3,8 faizi Ukrayna, hər biri 3,0 faiz olmaqla Çexiya və İtaliya, 2,7 faizi İran, 2,2 faizi Qazaxıstan, 26,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-fevral aylarında 241,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 37,3 faiz, real ifadədə isə 35,8 faiz çoxdur.

72
Teqlər:
gömrük, ixrac, məhsul