Əmək haqqının verilməsi

Onların əmək haqqı artıb

284
(Yenilənib 19:45 13.04.2018)
628,6 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib

BAKI, 13 aprel — Sputnik. 2018-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olub.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,0 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 510,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

284
Teqlər:
əmək haqqı, artım, Dövlət Statistika Komitəsi