Elman Rüstəmov

Elman Rüstəmov yenə devalvasiyadan danışdı

15802
(Yenilənib 13:29 11.04.2018)
“Makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz”

BAKI, 11 aprel — Sputnik. "Azərbaycanda makroiqtisadi sabitlik var. Makroiqtisadi sabitliyin çox ciddi iqtisadi dayaqları var".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Azərbaycanın tədiyyə balansının müsbət zonada olduğunu xatırladan E.Rüstəmov bildirib ki, ilin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb.

"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur. Əsas xarici ticarət tərəfdaşlarımızı da izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 və ya 0,3 faiz dərəcəsində müəyyən volatillik yarada bilir. Amma bu ciddi bir şey deyil. Manatın rəsmi məzənnəsi sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Nağd valyutaya olan istənilən tələbatı ödəməyə hazırıq. Biz bu tələbatı ödəyirik və ödəyəcəyik. Məzənnədə tərəddüd üçün əsas heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək" – deyə E.Rüstəmov vurğulayıb.

15802
Teqlər:
Elman Rüstəmov, devalvasiya, açıqlama, iqtisadiyyat
Əlaqədar
Elman Rüstəmovdan xoş xəbər
Elman Rüstəmov manatla bağlı gözləntiləri açıqladı
Kənd Təsərrüfatı naziri İnam Kərimov

İnam Kərimov: “Kənd Təsərrüfatı Nazirliyi qarşısında konkret ciddi vəzifələr qoyulub”

63
(Yenilənib 23:47 12.08.2020)
Kənd Təsərrüfatı naziri İnam Kərimov deyir ki, qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir
İnam Kərimov: “Ayrılan vəsait suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”

“Bu il hava şəraitinin quraq keçməsi su çatışmazlığı problemini daha da aktuallaşdırıb. Ona görə də su resurslarından səmərəli istifadə edilməsi əsas vəzifələrdəndir”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində deyib.

“Bu məqsədlə ötən ay Prezident yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədən sonra "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalandı. Həm müşavirədə, həm də Sərəncamda Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti qurumlar qarşısında konkret və ciddi vəzifələr qoyulub. Qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir. Bu texnologiyalar həm su resurslarından səmərəli istifadəyə, həm də fermerlərin daha çox məhsul istehsal etməsinə imkan verir. Bu məqsədlə Prezident müasir suvarma texnologiyalarının və digər kənd təsərrüfatı texnologiyalarının subsidiyalaşdırılması üçün əlavə vəsait ayırıb. Bu vəsait Prezidentin tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əsasən müasir suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”, – deyə nazir İnam Kərimov bildirib.

İnam Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

63
Kişi yeni evinin qapısından baxır, arxiv şəkli

Əcnəbilərdən başqa hər kəs bir pillə aşağı - Kirayə bazarı hərəkətə gəldi

675
(Yenilənib 00:10 13.08.2020)
Kirayə ev axtaran vətəndaşların sayı çox olsa da, hamı ucuz ev istəyir. Pandemiyadan öncə 400-450 manata kirayə verilən evlər də hazırda 300-350 manata həm axtarılır, həm də kirayə verilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Hər il yeni tədris ilinin başlanması ilə bağlı avqust ayında kirayə bazarında canlanma müşahidə edilirdi. Bu il pandemiya ilə əlaqədar bazarın bu seqmentində durğunluq yaransa da, mütəxəssislər hesab edirlər ki, son həftədə az da olsa, hərəkətlilik sezilir.

Amma bu dəfə vətəndaşlar kirayə tutmaq üçün daha ucuz ev axtarırlar.

Hazırda kirayə bazarında vəziyyət necədir? Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, son bir həftədə paytaxtda kirayə bazarında bir hərəkətlənmə müşahidə edilib. Belə ki, ucuz kirayə evlərə tələbat artıb.

"Hazırda hamı 250 manata ev axtarır. 250 manata verilən evlər isə pandemiyadan əvvəl 350 manata kirayə verilən evlərdir. Pandemiyadan öncə 400-450 manata kirayə verilən evlər də hazırda 300-350 manata həm axtarılır, həm də kirayə verilir", - deyən ekspert bildirib ki, kirayə ev axtaran vətəndaşların sayı çox olsa da, hamı ucuz ev istəyir.

Mütəxəssis hesab edir ki, kirayə ev axtaranların əksəriyyəti tələbələr və iş üçün bölgələrdən paytaxta gələn vətəndaşlardır. E.Fərzəliyevin fikrincə, obyektlərin kirayə verilməsində isə vəziyyət fərqlidir.

Belə ki, müəyyən müddət işləməyə icazə olmadığı üçün obyektlərin çoxu boşaldıldı.

Onun sözlərinə görə, obyektlərin kirayə qiymətlərində ucuzlaşma müşahidə edilmir:

"Məsələn, aylıq icarə haqqı 1000 manat olan obyektlər 500 manata icarəyə verilsə, sahibkarlar fəaliyyətini davam etdirə bilərlər. Amma obyekt sahibləri bu ucuzlaşmaya getmirlər. Obyektlərini bağlı, boş saxlayırlar, amma ucuz icarəyə vermirlər. Çünki obyektlərin satış dəyəri onun icarə qiymətindən asılıdır. Belə ki, obyektlər satış dəyərinin 0,5 faizi dəyərində icarəyə verilir. Məsələn, 100 min-150 minlik satış dəyəri olan bir obyektin 500 manat icarə dəyəri olmalıdır. Belə obyektlər 200-300 manata icarəyə veriləndə onun satış qiyməti 70-80 min manata düşür. Obyekt almağı düşünən şəxslər icarə dəyərini nəzərə alırlar".

Ekspert qeyd edir ki, sərt karantin dönəmində bağ evlərinə ciddi tələbat olduğu üçün bağ evlərinin qiymətləri kəskin artdı: "Yay mövsümü artıq bitdiyi üçün bağ evləri də bir müddət sonra boşalacaq və qiymətlər düşəcək".

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, may ayından etibarən tələbələrin regionlara geri qayıtması ilə bağlı kirayə bazarında müəyyən dəyişikliklər müşahidə edilməyə başlanılıb.

"Bu daha çox Bakı, Sumqayıt və Gəncə şəhərlərində müşahidə edilir. Çünki ölkədə kirayə bazarının 30-35 faizini tələbələr təşkil edirlər. Bunların getməsi ilə bağlı bu üç şəhərdə gün ərzində 200-250 mənzil boşaldı", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, iyun-iyul aylarında kirayə evlərinin boşaldılması halları daha intensiv olub. Və təkcə tələbələr deyil, regionlardan paytaxta işləməyə gələn şəxslər də evləri boşaldıblar: "Bu özünü daha çox iyulun sonlarında göstərdi. Eyni zamanda həmin mənzillərin təkrar kirayə verilməsi müşahidə edildi. Yəni 500 manatlıq kirayə evdə qalanlar 400 manatlıq kirayə evlərə, 400 manatlıq kirayə evlərdə qalanlar 300 manatlıq kirayə evlərə köçdülər".

Ekspert deyir ki, bu dövr ərzində kirayə qiymətləri 20-30 faiz ucuzlaşıb. Onun sözlərinə görə, daha çox 600-700 manatlıq evlərə tələbat olduğu üçün bahalı evlər boşaldıldı.

Kirayə bazarında olan kasadlıq günlük kirayə mənzil bazarına da təsirsiz ötüşməyib. Belə ki, xarici vətəndaşların Azərbaycana səfərləri olmadığı üçün hazırda günlük kirayə bazarı tamamilə boşdur.

E.Azadovun fikrincə, xarici vətəndaşlar tərəfindən icarə götürülən 1000-1500 manatlıq kirayə evlərin bazarında heç bir dəyişiklik müşahidə edilməyib:

"Bu evlər Azərbaycanda çalışan xarici vətəndaşlar tərəfindən götürülür. Burada qalıb işləyən xarici vətəndaşlar işlərinə davam etdikləri üçün həmin bazarda dəyişiklik hiss edilməyib".

Ekspert bildirib ki, daha çox istirahət üçün nəzərdə tutulan villa və bağ evlərinin kirayə qiymətlərində bahalaşma müşahidə edilib.

Belə ki, bu bazarda qiymətlərin 2 dəfə bahalaşması heç bir zaman görülməmişdi: "Amma pandemiya dövründə 5000 manata kirayə verilən villaların icarə qiymətinin 10 min manata qalxması halları da müşahidə edildi".

E.Azadov bildirir ki, kirayə bazarında hərəkətlilik davam edir və bu tendensiya karantin rejiminin yumşaldılması ilə bağlı dəyişəcək.

675
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Əmlak bazarında son vəziyyət - qiyməti saxlamaq naminə söküntü başlayacaq
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB
Kirayə bazarında böhran: İcarədar işsizlikdən dad edir, sahibkar “verməlisən” deyir
Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir
Bakı sakinləri "mina"ların üstündə yaşayırlar: Hökumətin qərarları icrasız qalıb
Bakıda Aşura günü, arxiv şəkli

DİN Aşura ilə bağlı əhaliyə müraciət etdi

0
(Yenilənib 18:01 14.08.2020)
Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq

BAKI, 14 avqust — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən "Aşura" günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.

Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Məhərrəm ayının başlaması avqustun 21-nə təsadüf edəcək
Bakıda qadın on nəfəri cəriməyə saldı
COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO
Xəstə şəxs Bakını tərk etmək istəyəndə saxlanıldı