Азербайджанские манаты разного номинала

Mərkəzi Bankdan manatın taleyinə təsir edəcək addım

251
(Yenilənib 17:51 09.04.2018)
AMB mövcud makroiqtisadi şəraitin qalması çərçivəsində uçot dərəcəsinin daha da azaldılmasını mümkün sayır

BAKI, 9 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.

Rüstəmov həmçinin qeyd edib ki, "mövcud şərtlər dəyişmədiyi təqdirdə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilin sonuna qədər yenə dəyişə bilər".

"Bununla bütövlükdə monetar şəraiti neytral zonaya yaxınlaşdrıra bilərik", — Rüstəmov əlavə edib.

Onun sözlərinə görə, "valyuta bazarında qorxulu heç nə görünmür".

251
Əlaqədar
Mərkəzi Bankdan yeni rəsmi məzənnələr
Mərkəzi Bankdan manatla bağlı son qərar
Mərkəzi Bank yeni məzənnələri açıqladı
Mərkəzi Bankdan açıqlama: Qərara yenidən baxa bilərik