Milli Məclis

Artur Rasi-zadə ölkədə işsizliyin hansı həddə gəldiyinin hesabatını verdi

477
(Yenilənib 16:36 16.03.2018)
Baş nazir: "Son 14 ildə Azərbaycanda ümumi daxili məhsul 3,2 dəfə artıb"

BAKI, 16 mart — Sputnik. "Son 14 ildə Azərbaycanda ümumi daxili məhsul 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu baş nazir Artur Rasi-zadə bu gün Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən deyib. Baş nazirin sözlərinə görə, bu müddətdə ölkədə yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib: "Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib".

"Əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşmanın səviyyəsinin 51%-dən 93%-ə yüksəldilməsi təmin edilib. Elektrik enerjisi ilə təminat iqtisadi siyasətin ən prioritet istiqamətlərdən biri olub" — deyə baş nazir vurğulayıb.

477
Teqlər:
səviyyə, ümumi daxili məhsul, istehsal, işsizlik, əhali, Azərbaycan
Əlaqədar
Hökumət işsizləri xaricə göndərəcək, amma necə?
Artıq işsizliyə görə müavinət ala bilməyəcəksiniz...
İşsizliyin azaldılması yolunda önəmli addım
Ofisdə kişi

İqtisadiyyatın dirçələcəyinə ümidlər: Agentlik 3 min nəfər hazırlayır

9
(Yenilənib 16:29 08.08.2020)
Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar

BAKI, 8 avqust — Sputnik. Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun nəzdində olan agentlik ilk mərhələ kimi, 2021-ci ildə 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə)  standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməyi planlaşdırır. Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Qeyd edilən mütəxəssis hazırlığının təşkili üçün hazırda beynəlxalq tərəfdaşlarla da müzakirələr aparılır.

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar.

9
Əlaqədar
Heç kim pulsuz qalmayacaq - İşsizlikdən sığorta fondunun büdcəsi artırılır
Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi
Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq
Pul kisəsi, arxiv şəkli

Bir manat da xərclənməyib - Şahmar Mövsümov bloklanmış kartlar barədə

16
"Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq"

BAKI, 8 avqust — Sputnik. “190 manatla, xüsusi olaraq, bloklanmış kartlarla bağlı məsələyə cəmiyyət kimi baxmalıyıq”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov  deyib.

O bildirib ki, pandemiya dövründə ən ehtiyaclı insanlara yardım etmək nəzərdə tutulub: “Müəyyən seçimlərdən sonra 600 min nəfərə bu ödənişin verilməsi qərara alındı. Biz ehtimal edirdik ki, bu insanlara 190 manat o qədər vacibdir ki, onlar həmin dəqiqə o pulu çıxarıb istifadə edəcəklər. Ancaq bloklanmış kartlardan heç bir manat da xərclənməyib. Söhbət ondan getmir ki, biz mütləq hamıya pul paylamalıyıq. Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq. Həkimlərin maaşına, daha çox tibbi texnikanın alınmasına və s.”

16
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Prezident 190 manatla bağlı göstəriş verdi
On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
Nazirlik 190 manatlıq yardımı qarpız partlatmağa xərcləyənlərə münasibət bildirdi – VİDEO
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO

0
(Yenilənib 18:38 08.08.2020)
Yeni seçilən sədr ümid edirmiş ki, bələdiyyənin pulunu yığıb, xərclədiyini geri qaytarar. Ondan sonra işlər yoluna düşər. Amma Güloğlular qəsəbəsinin sakinlərinin düşdükləri bəla heç də gül qoxumur

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Bərdənin Güloğlular yeni qəsəbə massivində 150-yə yaxın ev var. Sakinlərin sosial problemləri az deyil: qaz çəkilməyib, içməli suyu kənardan gətirirlər. Həyət-bacalarını suvarmaq üçün 6-8 metrdən çıxarılan quyu suyundan istifadə edirlər. Burada qabaran problemin biri də məişət tullantılarının düzgün idarə olunmamasıdır. Qəsəbədə tullantılar üçün qablar qoyulmayıb. Sakinlər yaranmış dözülməz vəziyyət barədə Sputnik Azərbaycan-a şikayətləniblər. Onlar bildiriblər ki, evlərinə yaxın ərazidə yaranmış zibilliyin üfunətindən dayana bilmirlər. Hətta zibillkdə məskən salmış siçan, siçovullar yaşadıqları evlərə doluşur.

© Sputnik / Musa Muradli
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Qəsəbə sakini Şamxal Əsədov bildirib ki, zibilliyin qoxusundan nəfəs ala bilmirlər:

“Buradakı evlər təzə tikilib. Müəyyən problemləri var ki, həll olunmalıdır. Belə problemimizdən biri də qəsəbə yolunun üzərində yaranan zibillikdir. Heyvan ölüsünə qədər gətirib buraya atırlar. Zibilliyə it leşi də tullayırlar. Antisanitariya baş alıb gedir. Xüsusilə koronavirusun tüğyan elədiyi bir vaxtda belə bir xəstəlik mənbəyinə laqeyd münasibəti anlamaq olmur".

Şamxal Əsədovun bildirdiyinə görə, bu cür başqa bir zibillik də varmış. Öz vəsaitləri hesabına oranı təmizlədiblər.

”Zibilliyin birini özümüz təmizlətdik. İndi çalışırıq ki, oraya zibil atan olmasın. Ancaq zibilliyin hamısını təmizləmək gücümüz daxilində deyil. Bunun üçün bələdiyyə sədrinə müraciət etmişik. Buna baxmayaraq, dözülməz vəziyyət dəyişməyib. Günbəgün zibilliyə atılan tullantıların həcmi artır”, - Şamxal Əsədov qeyd edib.

Nizaməddin İsbəndiyarov Güloğlular massivində kirayənişin kimi yaşasa da, o da buranın sakinləri kimi məcburən üfunət qoxuyan zibilliyin havası ilə nəfəs alır: ”Nəvəmiz, uşağımız var. Özümüzdən çox, onların gününə yanırıq. Yayın istisində evimizin qapı-bacasını açmaya bilmirik. Açanda da pis qoxu içəri dolur. Uşaqlar məktəbə gedəndə pəncərədən baxıb görürdüm ki, hamısı əlləriylə ağızlarını tutub keçirlər. Xüsusilə xəstəliyin yayılan vaxtında belə bir zibilliyin yığışdırılması təmin olunmalıdır”.

© Sputnik / Musa Muradli
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Qəsəbə sakini olmayan Müsafir Cəmilli mütəmadi olaraq qəsəbəyə baş çəkir. Onun da övladlarından biri burada yaşayır. Bildirir ki, 150 evi olan qəsəbədə qaz çəkilişi aparılmayıb. Qış aylarında sakinlər yanacaq qismində odundan istifadə edirlər. İndi də növbəti qışın gəlişinə baxmayaraq qaz çəkilişi ləngiyir. Müsafir Cəmilli içməli suyun olmadığını da qeyd edib. Əhali suyu uzaq məsafələrdən gətirməyə məcbur olur.

“Kanalı təmizləyib, qırağa töküblər. Daşıyıb, ərazidən kənarlaşdırmayıblar. Abadlıq baxımından ürəkaçan mənzərə deyil. Qarşıdan yağı qış gəlir. Qaz çəkilməlidir. Qaz olmadığına görə buranın sakinləri odundan istifadə eləməli olurlar. Oduna da ki pul çatdırmaq mümkün deyil. Burada yaşayanların əksəriyyəti kasıb adamlardır. Pandemiya səbəbindən bir neçə aydır çoxu işləmir. Bunun üçün də qaz çəkilişi aparılmalıdır ki, qış gələndə qayğıları bir az yüngülləşsin“, - deyə Müsafir Cəmilli vurğulayıb.

© Sputnik / Musa Muradli
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Güloğlular kənd bələdiyyəsinin sədri Mifaqət Əliyev bildirib ki, zibilin daşınması üçün əvvəllər maşın təşkil edib, fəhlə gətirib, qəsəbə sakinlərinin vəsaiti hesabına tullantıların ərazidən götürülməsinə nail olub. Ancaq vəsaitin toplanması sonradan mümkün olmayıb. 70 nəfərdən 30-u çəkilən xərclərə hesablanmış aylıq pulu ödəməkdən imtina edib. Buna görə də zibilin daşınmasını davam etdirmək mümkün olmayıb.

Onu da qeyd edək ki, Mifaqət Əliyev ötən bələdiyyə seçkilərində yerli özünüidarəetmə orqanına üzv seçilib. Bələdiyyə sədrinin dediyinə görə, bələdiyyənin maddi imkanları yox səviyyəsindədir. Özündən əvvəlki bələdiyyədən ona qalan miras ancaq borclardır. Bələdiyyə büdcəsində bir manat da olsun, pul vəsaiti olmayıb. Bələdiyyənin mülkiyyətində olan torpaqlara görə vergisi və icarə haqqı toplanmadığından büdcə boş qalıb. DSMF-yə külli miqdarda bələdiyyə borcu yaranıb.

© Sputnik / Musa Muradli
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik
“Sentyabrın 15-dən noyabrın 15-nə qədər bələdiyyənin səlahiyyətinə aid olan vergilər yığılmalıdır. Ancaq heç kim vermir. Deyirlər ki, 20 ildir, vergi yığan olmayıb. İndi bu nədir belə? Görürəm ki, özümü çox çətin bir xətaya salmışam”, - deyə bələdiyyə sədri vurğulayıb.

Mifaqət Əliyev bələdiyyə sədri seçiləndən şəxsi vəsaiti hesabına müəyyən işlər gördüyünü də deyib. Ümid edirmiş ki, bələdiyyənin pulunu yığıb, xərclədiyini geri qaytarar. Ondan sonra işlər yoluna düşər. Yavaş-yavaş kəndin abadlığını, camaatın güzəranının yaxşılaşdırılmasını təmin edər. Ancaq bələdiyyənin problemlərini çözə bilmədiyindən gözləntilərini doğrulda bilməyib.

Bələdiyyə sədri qeyd edib ki, bələdiyyənin büdcəsinə pul gələndən sonra zibilliklərin təmizlənməsi təmin ediləcək. İndiki halda isə bələdiyyənin vəsati olmadığından ərazidəki tullantıların daşınması təmin edilmir.

0
Əlaqədar
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik
Zibilinizi yığışdırın! Yoxsa özünüz də zibilə düşə bilərsiz
İlin hər fəslində təhlükəylə üz-üzəyik: qapıya asılanı yiyəsi vaxtında aparsa...
Yasamal gölünü kim qurudur? Müəmma davam edir
Bütün paytaxtı "dəli" edən iyin qarşısı belə alınır - FOTOLAR