Tələbələr

Prezidentin sərəncamı bütün tələbələrə "yaşıl işıq" yandırdı

603
(Yenilənib 12:38 20.02.2018)
Tələbələrin nəzərinə: Biznes ideya müsabiqəsi başlayır

BAKI, 20 fevral — Sputnik. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Kapital Bank" ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında 3-cü "Made in Azerbaijan" biznes ideya müsabiqəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a UNEC-in mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin məqsədi prezident İlham Əliyevin "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.

Müsabiqədə Azərbaycanın bütün ali məktəblərinin tələbələri iştirak edə bilər. Müsabiqədə ilk üç yeri tutan tələbələr qiymətli hədiyyələrlə yanaşı, bir həftə Türkiyənin aparıcı universitetlərində fəaliyyət göstərən uğurlu startapların təcrübəsinin öyrənilməsi imkanını əldə edəcəklər.

Biznes ideya fərdi olaraq hazırlanmalı, sərəncama və müsabiqənin missiyasına uyğunlaşdırılmalıdır. Eyni zamanda mövzuya modern, orijinal, kreativ və aktual yanaşma olmalıdır. Layihənin daxili bazarda tətbiqinin reallıq imkanları da nəzərə alınmalıdır.

Biznes ideyaların qəbulu martın 31-dək davam edəcək. Təqdim edilən biznes ideyaları aprelin 1-dən 20-dək ekspert şurası dəyərləndirəcək və finalçılar müəyyənləşdiriləcək. Müsabiqənin final mərhələsi aprel-may aylarında keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər biznes ideyalarını ideya@unec.edu.az elektron ünvanına göndərə bilər. Qeydiyyat zamanı e-ünvanın "mövzu/subject" bölməsində "biznesideya2018" sözü qeyd olunmalıdır.

603
Teqlər:
"Kapital Bank" ASC, ideya, Gənclər və İdman Nazirliyi, müsabiqə, UNEC, Təhsil Nazirliyi, tələbə
Əlaqədar
Tələbələr, tələsin, cəmi bir həftəniz var
Tələbələr smartfon asılılığından əziyyət çəkir
Paytaxtda tələbəni bıçaqladılar
İsrafilov: “Yataqxana tələbə üçün universitet qədər vacibdir”
Qaz plitəsi, arxiv şəkli

Camaat bu il qaza xeyli qənaət edib, limiti çox az abonent keçib

10
“Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

BAKI, 26 noyabr — Sputnik. 2020-ci ilin 10 ayının iqtisadi göstəricilərinə görə, noyabr ayının birinə olan məlumata əsasən, “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 310 min 414 əhali abonentinin cəmi 9,68%-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib.

Qurumdan Sputnik Azərbayca-a verilən məlumata görə, bu rəqəm say etibarı ilə 223599 abonent deməkdir. Yerdə qalan 2 milyon 086 min 815 abonent (ümumi əhali abonentlərinin 90,32%) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8% müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

10
 Azərbaycan hərbçiləri və rusiya sülhməramlıları Laçın dəhlizində, arxiv şəkli

Fransa adına ləkə: Qətnamə Ermənistanla Azərbaycan arasındakı razılaşmanı təhlükəyə atır

114
(Yenilənib 11:44 26.11.2020)
Deputat bildirib ki, bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır.

BAKI, 26 noyabr — Sputnik. "Fransa Senatının dünən qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib. Bu, Fransa adına böyük bir ləkədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.

"Biz Fransanın vasitəçilik missiyasından imtina etməliyik. Biz daha kəskin addımlar atmalıyıq. Parisdəki səfirimiz geri çağırılmalı, iqtisadi əlaqələr tamamilə dayandırılmalıdır", - deyə o qeyd edib.

Deputat bildirib ki, bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır.

O bildirib ki, qətnamədə əks olunan bütün müddəalar Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını təhlükəyə atır: "Bu sənəd bölgədə yenidən münaqişənin alovlanmasına şərait yaradır. Bu qətnamənin müəllifləri bir tərəfdən Fransanın həmsədr kimi rolunun artırılmasından bəhs edir, digər tərəfdən isə bu missiyanın bütün tələblərini kobud şəkildə pozaraq Ermənistanın belə tanımadığı qondarma qurumun müstəqilliyini tanımağa çağırır. Qətnamə ləğv olunana kimi Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun da fəaliyyəti dayandırılmalıdır. Fransa Prezidenti bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Ona görə də Makron bu qətnamənin mətnini dəyişməlidir".

114
Teqlər:
səfir, təhdid, razılaşma, qətnamə, Senat, Fransa, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0