Sənədin imzalanması

Azərbaycan Prezidenti 150 milyon manat ayırdı

180
(Yenilənib 09:55 20.02.2018)
İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayırıb

BAKI, 19 fevral — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, prezident, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150,0 (yüz əlli) milyon manat ayırıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinəbu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinəbu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

180
Teqlər:
Avtomobil Yolları Dövlət Agentliyi, avtomobil yolu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, vəsait
Bank işçiləri, arxiv şəkli

Dövlətlə yarıbayarı "şərik": kredit sel kimi axacaq

309
(Yenilənib 19:45 03.07.2020)
"Yeni mexanizmə uyğun olaraq sahibkar 15 faizlə 10 min manat kredit götürəcəksə, təxminən illik 1500 manat faiz üzrə xərci yaranacaq. Bu 1500 manatın yarısını, yəni 750 manatını dövlət kompensasiya edəcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Azərbaycanda sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb (www.e-edf.gov.az). Sputnik Azərbaycan xəbər verir ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edə bilər. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Bu Platforma sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılıb. Elektron Kredit Platforması artıq sahibkarların istifadəsinə verilib.

Bu Platformanın tətbiqi ilə kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün yaradılan Elektron Kredit Platforması müsbət addımdır: "Platforma yeni bir məhsuldur və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması baxımından yaxşıdır. Bu addımla təminat və kreditlər üzrə faizlərin subsidiyalaşdırılması imkanları genişlənəcək.

Yeni mexanizm mövcud göstəricilərlə müqayisədə təxminən 6 dəfə çox kredit vəsaitinin bazara axını üçün imkanlar yaradır. Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, dövlət zəmanəti kreditlərin 60 faizədək hissəsinə veriləcək və bu addım bankların risklərinin azalmasına səbəb olur. Nəticədə bu, bankların izafi likvidliyinin aradan qalxmasına və həmin vəsaitlərin iqtisadiyyata axmasına gətirib çıxardacaq".

"Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi, müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil ediləcək, yəni illik faiz dərəcəsi 15 faizədəkdir. Bu, o deməkdir ki, banklar rəqabət aparıb daha aşağı faizlərlə kredit verə biləcək. Bu, müsbətə doğru dəyişiklikdir. Bu mexanizmlə verilən kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdiriləcək. Yəni subsidiya kreditlərin illik faiz dərəcəsinin 50 faizi həddində veriləcək. Bu, o deməkdir ki, sahibkar illik 7,5 və daha aşağı faizlə kredit götürə biləcək", - deyə ekspert bildirib.

O qeyd edib ki, sahibkar bankdan illik 15 faizlə kredit götürürsə, bunun 7,5 faizini, yəni 50 faizini dövlət kompensasiya edəcək, subsidiyalaşdıracaq: "Məsələn, sahibkar 15 faizlə 10 min manat kredit götürəcəksə, təxminən illik 1500 manat faiz üzrə xərci yaranacaq. Bu 1500 manatın yarısını, yəni 750 manatını dövlət kompensasiya edəcək. Bu mexanizm üzrə 3 milyon manatadək kredit götürmək olacaq. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200 min manatadək) üzrə 7 iş günü, ənənəvi kredit (200 min manatdan çox) üzrə isə 10 iş günü ərzində baxılacaq".

Qeyd edək ki, dövlət zəmanəti pandemiyadan (COVİD 19) zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir.

Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından "Asan imza" vasitəsilə "Elektron kredit platforması"na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti "Elektron kredit platforması"nda "Şəxsi kabinet"inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.

309
Əlaqədar
Mərkəzi Bankda valyuta ehtiyatları ilə nə baş verir?
Birinə bonus, o birinə malus: Adlara təəccüblənməyin, baş verəcəklərə mat qalacaqsınız
Professor: "Vahid valyutaya söykənən dünya iqtisadi sisteminin gələcəyi yoxdur"
Dövlətin sandığı dardır, vətəndaşın cibi: Yardım çatmır, qaldırmaq da mümkün deyil
Dollardan kəsirimiz var: nə borc əl verir, nə də devalvasiya

Azərbaycanda dünyada elektrik enerjisi - iyirmi il sonra bizi gözləyir

8
(Yenilənib 14:26 03.07.2020)
REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar olaraq qalacaq
İnfoqrafika: Azərbaycanda elektrik enerjisi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 865,5 milyon manatlıq elektrik enerjisi istehsal olunub, bölüşdürülüb və təchiz edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olmayan əhali kateqoriyasından olan abunəçilər üçün bir kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,07 manat (0,04 dollardan bir qədər çox) təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu güzəştli limit müvəqqəti olaraq 400 kilovat-saata qədər artırılıb. Əhali kateqoriyasından olan digər abunəçilər üçün tarif hər kilovat-saat elektrik enerjisinə görə 0,11 manat (0,06 dollar) təşkil edir.

İstehsal olunan elektrik enerjisinin strukturunu müvafiq olaraq 94,1% istilik enerjisi, 5,3% hidroenerji, 0,4% külək, 0,2% günəş enerjisi təşkil edir.

Əhali üçün elektrik enerjisi tariflərinin ən yüksək olduğu TOP-10 ölkə Almaniya, Danimarka, Belçika, İrlandiya, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Böyük Britaniya və Niderlanddır.

Dünya ölkələrində elektrik enerjisinin generasiyasının strukturunu əsasən qaz, kömür, su, atom, külək, mazut və biokütlə elektrik stansiyaları təşkil edir.

REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar yanacaq növləri olaraq qalacaq.

Azərbaycanda və dünyada elektrik enerjisi istehsalı haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan tanış ola bilərsiniz.

8
Heroin, arxiv şəkli

Bakı sakini karantin zamanı da öz əməlindən qalmırmış

0
Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

BAKI, 4 iyul — Sputnik. Bakıda karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qasımov Rəşad Ramiz oğlu hüquq-mühafizə orqanları tərəfindən karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

O, saxlanılan zaman hüquq-mühafizə orqanının əməkdaşlarına zor tətbiq edib.

R.Qasımov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 206.4-cü (qaçaqmalçılıq) , 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 318.2ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Nəsimi rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında R.Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

0