Heydər Əliyev hava limanı

AZAL uçur həm "uçur"

99
(Yenilənib 10:13 14.02.2018)
264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5 faizi) beynəlxalq reyslərlə daşınıb

BAKI, 13 fevral — Sputnik. İlin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 19 faiz daha çox sərnişinə xidmət göstərib. Bu barədə Sputnik Azərbaycan-a "AZAL"-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

O bildirib ki, ilin əvvəlindən bu günə qədər Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 19 faiz çoxdur.

"Cari ilin yanvar ayı ərzində "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 129 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 37 min sərnişin düşüb ki, bu da ötən ilin göstəricisindən 15 faiz çoxdur. 264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5 faizi) beynəlxalq reyslərlə daşınıb", – deyə Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 46 istiqamət üzrə 25 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna — Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Yanvar ayında 198 min sərnişin bu istiqamətlərə uçub.

99
Teqlər:
Heydər Əliyev Beynəlxalq Aeroport, Azərbaycan Hava Yolları, AZAL, Paşa Kəsəmənski, Azərbaycan, Bakı
Əlaqədar
AZAL-ın işində nöqsanlar tapıldı, Milli Məclisə məlumat verildi
Azərbaycan niyə “Boeing” şirkətinə müraciət etmək istəyir?
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

6
(Yenilənib 11:15 16.04.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 16 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,12 dollar artaraq 66,04 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,38 dollar artaraq 67,32 dollar, “Light” markalı neftin qiyməti isə 0,36 dollar bahalaşaraq 63,84 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6
Teqlər:
"AzeriLight" markalı neft, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj

Professor: “Yüksək texnologiyaların inkişafı üçün sərmayələrin həcmi yüksələ bilər”

3
(Yenilənib 09:54 16.04.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, iki ölkə arasındakı hazırkı əməkdaşlıq tam potensialı əks etdirmir
Elşad Məmmədov: “Qarşılıqlı ticarət dövriyyəsinin həcmi potensialdan uzaqdadır”

Aprelin 13-də Prezident İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib. Aprelin 14-də isə prezidentlər rəsmi danışıqlar aparıblar. Bu görüşlərdə əsas diqqət ticari-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inkişafına yönəldilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişafı üçün dövlət başçıları arasında konstruktiv dialoq mövcuddur: “Bu dialoq qarşılıqlı ticarət dövriyyəsinin artmasına imkan yaradır. Eyni zamanda əməkdaşlıq çərçivəsində yüksək texnologiyaların inkişafına yatırılan sərmayələrin həcmi yüksələ bilər. Bütün bunların effektiv şəkildə reallaşdırılmasına ciddi şəkildə ehtiyac var. Biz görürük ki, iki ölkə arasındakı hazırkı əməkdaşlıq tam potensialı əks etdirmir. Qarşılıqlı ticarət dövriyyəsinin həcmi hələ də potensialdan uzaqdadır”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3

Xalq artisti Eldar Quliyev harada dəfn olunacaq?

0
Nazirlikdən o da bildirilib ki, mərhum sənətkarımızın qızı xarici ölkədə yaşadığına görə dəfn onun gəlişinə kimi müvəqqəti təxirə salınıb.

BAKI, 16 aprel — Sputnik. Xalq artisti, rejissor Eldar Quliyev "Qurd qapısı" qəbristanlığında dəfn ediləcək. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onun dəfn yeri ailəsi tərəfindən, özünün vəsiyyəti ilə mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki "Qurd qapısı" qəbristanlığı müəyyən edilib. Nazirlikdən o da bildirilib ki, mərhum sənətkarımızın qızı xarici ölkədə yaşadığına görə, dəfn onun gəlişinə kimi müvəqqəti təxirə salınıb.

Allah rəhmət eləsin!

0
Teqlər:
dəfn, Eldar Quliyev