İlham Əliyev “Thales International” şirkətinin birinci vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev fransızlarla fikir mübadiləsi aparıb

16
(Yenilənib 16:27 08.02.2018)
Prezident "Thales International" şirkətinin birinci vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

BAKI, 8 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Fransanın "Thales International" şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, "Thales International" şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi təmsil etdiyi təşkilatın AZAL ilə uzun illər səmərəli əməkdaşlıq etdiyini vurğulayıb və Azərbaycanla bu əməkdaşlığı gələcəkdə də davamlı həyata keçirmək niyyətində olduqlarını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Rafael Eskinazi "Thales International" şirkətinin dünyada ilk pilot layihəsi olan Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın hava məkanından istifadə, strategiya və inkişaf üzrə səmərəlilik mərkəzinin açılış mərasiminin bu gün keçirildiyini məmnunluqla vurğulayıb.

Dövlətimizin başçısı "Thales International" şirkətinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edərək şirkətin bu günədək ölkəmizdə həyata keçirdiyi layihələrin önəmini qeyd edib və bundan sonra da uğurlu əməkdaşlıq aparılacağına ümidvar olduğunu bildirib.

Söhbət zamanı AZAL ilə "Thales International" arasında bu şirkətin məhsullarının istehsalı ilə bağlı Azərbaycanda birgə müəssisənin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

16
Teqlər:
Rafael Eskinazi, birinci vitse-prezident, "Thales International" şirkəti, Fransa, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
İlham Əliyev həmsədrləri qəbul edib
İlham Əliyev növbədənkənar prezident seçkiləri elan etdi
İlham Əliyev gəncləri mükafatlandırdı
İlham Əliyev mühüm dəyişiklikləri təsdiqlədi
İlham Əliyev görüşlər keçirib