Manat və dollar

Manata güvənənlər haqlı çıxırlar

1224
(Yenilənib 16:05 06.02.2018)
Millət vəkili: "Son vaxtlar manatla əmanətlərin saxlanmasına daha çox üstünlük verilir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. "Əmanətlərin həcminin artmasının ən başlıca iki səbəbi olur — Əhalinin pul gəlirləri və banklara olan inamı. Yəni hər iki faktor əsas rol oynayır. Deməli, bu, ilk növbədə əhalinin pul gəlirlərinin artması deməkdir. 2017-ci ildə Azərbaycanda ümumilikdə əhalinin pul gəlirləri və banklara olan inamı artıb".

Manat
© Sputnik / Murad Orujov

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, son vaxtlar manatla əmanətlərin saxlanmasına daha çox üstünlük verildiyi müşahidə edilir: "Bu da ondan ibarətdir ki, artıq xeyli müddətdir manatın məzənnəsi stabilləşib. Manatla əhalinin vəsaitlərinin saxlanmasına artıq meyl artıb. Bu da banklarda aparılan islahatların, bank və maliyyə sistemindəki sağlamlaşma proseslərinin, digər tərəfdən struktur, qanunvericilikdə dəyişikliklərin nəticəsidir".

"Bütün bunların hamısı artıq banklara öz müsbət təsirini göstərib. Eyni zamanda, əmanətlərin sığortalanması da. Yəni dövlət tərəfindən atılan bu addımlar bir daha banklara olan inamı artırır" — deputat vurğulayıb.

Hüseynovun sözlərinə görə, devalvasiyadan qabaq da vətəndaşlar əmanətlərini daha çox manatda saxlayırdılar: "Dollara olan meyl devalvasiyadan sonra baş verib. Artıq proses də göstərdi ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və bizim valyuta ehtiyatlarımız artıb. Yəni manatın qorunma ehtimalı daha yüksəkdir. Onsuz da bütün əməliyyatlar manatla aparılır və əmanətlərin qoyuluşu prosesi də manatla həyata keçirilir və getdikcə bunun həcmi daha da artacaq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, vətəndaşların əmanətlərinin manatla daha çox olması manatın alıcılıq qabiliyyətinin artdığını göstərir: "Bu, onu deməyə əsas verir ki, manat alıcılıq qabiliyyətini tədricən yüksəldib və əhalinin tələbatını ödəməyə başlayıb".

"ABŞ dollarına olan ehtiyacın azalmasının tərəfdarıyıq. Əgər Azərbaycanda ABŞ dollarına olan ehtiyacı azaltmaq istəyiriksə, biz ilk növbədə MDB ölkələri ilə ticarət əlaqələrini artırmalıyıq. Çünki bizim qiymət siyasətimiz eynidir, qiymətlərdə yaxınlıq var. Hətta ABŞ dolları ilə müqayisədə yaxın ölkələr ilə, yəni MDB ölkələri ilə ticarəti daha da genişləndirsək, ümumiyyətlə, dollara heç bir ehtiyacımız qalmayacaq. Bu, ən vacib məsələlərdən biridir" — Sadıqov diqqətə çatdırıb.

Professorun fikrincə, yaxın ölkələr ilə aparılan ticarət əlaqələri artdıqca dollara olan ehtiyacımız tamamilə azalacaq: "Qazaxıstan, Rusiya, Belarus ilə ticarət əlaqələrini artıraq ki, dollara ehtiyacımız qalmasın. Ümumiyyətlə, ABŞ dollarını sıxışdırıb iqtisadiyyatımızdan çıxarmaq lazımdır. Nə üçün qonşu ölkədən, Mahaçqaladan gələn malı dollar ilə almalıyam? Ona görə də vahid bir valyutaya keçmək lazımdır. Ya Azərbaycan manatına, ya Rusiya rubluna, ya Belarus rubluna, ya da Qazaxıstan təngəsinə. Bizə ABŞ dolları lazım deyil".

Həmsöhbətimiz qeyd edib ki, hazırda əhali manata olan ehtiyacını daha da artırır: "Bu zaman Azərbaycan vətəndaşlarının manata olan ehtiyacının artması onu göstərir ki, dövlət səviyyəsində aparılan tədbirlər artıq öz nəticəsini verib".

Qeyd edək ki, noyabr ayı ərzində fiziki şəxslərin depozitləri 90 milyon manat, yaxud 1,2% artaraq 1 dekabr 2017-ci il tarixində 7,37 milyard manata çatıb. Diqqətəlayiq haldır ki, bu proses manat əmanətlərinin artımı fonunda baş verir. Bir ay ərzində bu əmanətlər 96 milyon manat, yaxud 4,4% artaraq 2,285 milyard manat təşkil edib. Xalqın milli valyutaya olan inamının artmasını 2017-ci illə müqayisə edəndə də görmək olar. 2017-ci ilin əvvəlləri ilə müqayisədə bu nisbət 832 milyon manat və ya 57 % faizdir. Bunun əksi olan göstəricilər dollar əmanətlərində izlənilir. Bir ay ərzində dollar əmanəti 6 milyon manat dəyərində aşağı düşüb.

İlin əvvəli ilə müqayisədə isə 1,209 milyard manat azalaraq, 5,086 milyard manat təşkil edib. Dollar əmanətlərinin azalması onunla bağlıdır ki, əhali öz vəsaitlərinin Amerika valyutasında qorunmasını perspektivsiz görür. Məsələ ondadır ki, bankirlər dollar depozitləri üzrə dividendlərin ödənilməsini illik 3%-ə endiriblər. Əmanətlərin Sığortalanması Fondu manatla olan depozitləri illik 15%-dən yuxarı sığortalamır, dollarla olanları isə illik 3%-dən yuxarı.

1224
Teqlər:
Aydın Hüseynov, Elnur Sadıqov, həcm, Sputnik Azərbaycan, əmanət, devalvasiya, məzənnə, əhali, professor, pul, valyuta, bank, manat, dollar
Əlaqədar
Mərkəzi Bankdan manatla bağlı müjdə
Beynəlxalq agentlikdən manatla bağlı ilginc proqnoz
Mərkəzi Bankdan yeni manat qərarı
Manat xarici valyuta qarşısında bahalaşdı
"Mövcud siyasətimiz haqlı olaraq manatın bahalaşmamasını tələb edir"

Politoloq XİN rəhbərlərinin Ankara görüşü haqqında: Böyük perspektiv mövcuddur

7
(Yenilənib 00:32 26.02.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi
Elxan Şahinoğlu: “Türkiyə də münasibətlərin inkişafında maraqlıdır”

Ankarada keçirilən Azərbaycan, Türkiyə, Türkmənistan Xarici İşlər Nazirlərinin toplantısında bundan əvvəlki görüşlərdə qəbul edilmiş bəyanatlar təsdiqlənib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu üç ölkənin əməkdaşlığının böyük perspektivi mövcuddur:

“SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi. Xəzərin statusu, mübahisəli yataq kimi məsələlər münasibətlərə təsir edirdi. Ancaq nəhayət ki, iki ölkə arasında soyuqluq yaradan bu məsələlər həllini tapdı. Türkiyə də münasibətlərin inkişafında maraqlıdır. Hətta Xəzərin dibi ilə boru xəttinin çəkilməsi hər kəsin xeyrinədir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7
Teqlər:
ekspert, görüş, XİN rəhbərləri, Ankara, Xəzər dənizi, yataq, Azərbaycan, Türkmənistan, Türkiyә
Limanda konteynerlər, arxiv şəkli

Azərbaycan ən çox üç ölkənin məhsullarına üstünlük verir

27
(Yenilənib 23:08 25.02.2021)
Azərbaycanın bir ay ərzində İranla ticarət dövriyyəsinin həcmi 30 milyon dollar olub. İrandan idxalın dəyəri isə 28,3 milyon dollar təşkil edib

BAKI, 25 fevral — Sputnik. Yanvarda Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ay ərzində ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 30 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanı ilə 1,8 milyon dollar, BƏƏ ilə 1 milyon dollar olub. İran və Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq ayına nisbətən artıb, BƏƏ ilə azalıb.

Bu ölkələr, eyni zamanda Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 28,3 milyon dollar, Səudiyyə Ərəbistanından 1,7 milyon dollar, BƏƏ-dən isə 885 min dollar təşkil edib. İran və Səudiyyə Ərəbistanı ilə idxal əməliyyatları artıb, BƏƏ ilə isə azalıb.

27
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Bu gün bütün məktəblərdə birinci dərs Xocalı faciəsinə həsr olunub

0
(Yenilənib 11:24 26.02.2021)
"Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər", - Emin Əmrullayev.

BAKI, 26 fevral — Sputnik. "Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.

"Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Hər il 26 fevral tarixində bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq. Allah rəhmət eləsin!", - nazir əlavə edib.

0