Yeni iş qaydası

Yeni nazir yenilikləri açıqlayacaq

176
(Yenilənib 15:10 05.02.2018)
Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklərdən danışılacaq

BAKI, 5 fevral — Sputnik. Yaxın günlərdə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır. Sputnik Azərbaycan-a Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.

176
Teqlər:
vergi inzibatçılığı, vergi siyasəti, dəyişikliklər, Vergilər Nazirliyi, konfrans
Əlaqədar
Toğrul: “Gömrük və vergi sisteminin birləşdirilməsi doğru addım olardı”
Bələdiyyə vergiləri dəyişir: Xüsusi qanun hazırlanır
Vergilər Nazirliyinə geniş səlahiyyət verilməsi təklif olunur - Üçü birində
Vergilər Nazirliyi ötən il büdcə öhdəliyini yerinə yetirə bilməyib