İlham Əliyev, arxiv şəkli

Prezident İlham Əliyev əsas məqsədi açıqladı

37
(Yenilənib 10:00 24.01.2018)
Azərbaycan Prezidenti: "İqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərimizdən biridir"

BAKI, 23 yanvar — Sputnik. "İqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərimizdən biridir. Və biz bu sahədə uğur qazanmışıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda "Strateji Baxış: Avrasiya" panel sessiyasında deyib.

"Nefti, qazı unutmalıyıq. Onlar nə vaxtsa tükənəcək. Gələcək yaxşı idarəetmədə, şəffaflıqda, sahibkarlığın dəstəklənməsindədir" — deyə prezident bildirib.

İlham Əliyev Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi sahəsində ciddi islahatlar həyata keçirdiyini və bunun artıq nəticə verdiyini vurğulayıb.

Azərbaycan prezidenti ölkədə həyata keçirilən enerji və nəqliyyat layihələri barədə danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttini xatırladan dövlət başçısı BTQ-nin reallaşması regionun yeni nəqliyyat xəritəsinin yaratdığını qeyd edib.

37
Teqlər:
BTQ, Dünya İqtisadi Forumu, Azərbaycan prezidenti İlham Əliyev, Davos, İsveçrə, Azərbaycan
Əlaqədar
İlham Əliyev Davosda vacib görüşlər keçirib
İlham Əliyev Vahid Ələkbərovla görüşüb
Bolqarıstan baş naziri İlham Əliyevlə şəklini paylaşdı
İlham Əliyev Türkiyə nümayəndə heyətini qəbul edib
İlham Əliyev təhsil nazirinin müavinini vəzifəsindən azad edib
Minaatandan atəş, arxiv şəkli

Ermənistan ordusunun hərbi texnikası darmadağın edilib

158
(Yenilənib 12:50 28.09.2020)
Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlulara aid olması müəyyənləşib.

BAKI, 28 sentyabr — Sputnik. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tankı və digər texnikası, 15 ədəd OSA-sı, 18 ədəd PUA-sı məhv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

"Raket atışları ilə düşmən müqavimətinin qırılmasına məcbur edilir", – polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur.

"Bu, Ermənistan əhalisinin içində olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlular olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir", – polkovnik-leytenant Anar Eyvazov əlavə edib.

158
G-20

“Böyük iyirmiliyin” toplaşacağı vaxt bəlli oldu

46
(Yenilənib 03:18 28.09.2020)
G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur.

BAKI, 28 sentyabr - Sputnik. “Böyük iyirmilik” ölkələri növbəti sammitin bu il onlayn formatda keçiriləcəyini bəyan ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə G-20-nin saytında məlumat yer alıb.

Tədbir noyabrda keçiriləcək. Orada sədr Səudiyyə Ərəbistanı olacaq.

“G20 liderlərinin sammiti noyabrın 21-22-də onlayn formatda, Əlahəzrət kral Salman ben Əbdül Əziz əl Səudun sədrliyi ilə keçiriləcək”, - məlumatda deyilir.

G20 - çox inkişaf etmiş və inkişafda olan ölkələrin hökumətləri və mərkəzi banklarının rəhbərlərinin klubudur. Ümumilikdə G20 dünyanın ümumi milli məhsulunun 85%-ni, dünya ticarətinin 75%-ni (Aİ daxilində ticarət də daxil olmaqla) və dünya əhalisinin üçdə ikisini ehtiva edir. Kluba 20 milli iqtisadiyyat - ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, İndoneziya, İtaliya, Hindistan, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa Birliyi daxildir.

46
Cəbhə bölgəsində kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev, arxiv şəkli

MN: Ermənistan Goranboy rayonunu atəşə tutub

0
(Yenilənib 19:21 28.09.2020)
AR Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: "Düşmən Goranboy rayonu ərazisini atəşə tutub".

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Goranboy rayonu ərazisini atəşə tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur.

Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

0