ABŞ dolları

Azərbaycanda dollar erası başa çatmaq üzrədir

1913
(Yenilənib 10:39 17.01.2018)
Ölkədə inflyasiyanın daha da aşağı düşməsi fonunda milli iqtisadiyyatda dollarsızlaşdırma prosesi sürətlənəcək

BAKI, 16 yanvar — Sputnik. Etibarsızlıq buludları Azərbaycandan çıxmağa hazırlaşan ABŞ dollarının başı üzərində getdikcə daha çox sıxlaşır. Hazırda Azərbaycan vətəndaşlarının əmanətlərinin getdikcə böyüməsinin müşahidə edilməsi ola bilsin, təkcə əhalinin bank sisteminə olan etibarının artırması ilə bağlı deyil, həm də milli valyutamız manata olan etibarın artması isə bağlıdır.

Noyabr ayı ərzində fiziki şəxslərin depozitləri 90 milyon manat, yaxud 1,2% artaraq 1 dekabr 2017-ci il tarixində 7,37 milyard manata çatıb. Bu, AR Mərkəzi Bankının "Fiziki şəxslərin əmanətlərinin strukturu"nun əks olunduğu cədvəldən də görünür.

Diqqətəlayiq haldır ki, bu proses manat əmanətlərinin artımı fonunda baş verir. Bir ay ərzində bu əmanətlər 96 milyon manat, yaxud 4,4% artaraq 2,285 milyard manat təşkil edib.

Xalqın milli valyutaya olan inamının artmasını 2017-ci illə müqayisə edəndə də görmək olar. 2017-ci ilin əvvəlləri ilə müqayisədə bu nisbət 832 milyon manat və ya 57 % faizdir.

Bunun əksi olan göstəricilər dollar əmanətlərində izlənilir. Bir ay ərzində dollar əmanəti 6 milyon manat dəyərində aşağı düşüb. İlin əvvəli ilə müqayisədə isə 1,209 milyard manat azalaraq, 5,086 milyard manat təşkil edib.

Məhz banklardakı dollar depozitlərinin əhali tərəfindən çıxarılması fiziki şəxslərin əmanətlərinin ümumi həcminin azalmasına səbəb olmuşdu. İlin əvvəlindən etibarən bu göstərici 377 milyon manat, yaxud 4,9% azalıb.

Ümumiyyətlə, bu tendensiyanın müsbət tərəfi də var: milli iqtisadiyyatın dollarsızlaşdırılmasına start verilib. İlin başlanmasından etibarən xarici valyuta əmanətlərinin ümumi həcmdə payı 12 azalaraq 69%-ə çatıb. Bu isə o deməkdir ki, 2017-ci ildə manat dolları sıxışdırmağa başlayıb.

Xatırladaq ki, 2015-ci ildə baş verən ikirəqəmli inflyasiya səbəbindən vətəndaşlar öz əmanətlərini itirəcəklərindən qorxaraq onu xarici valyutaya dəyişməyə başladılar. 2014-cü ildə manatla (61%) olan əmanətlər dollarla (39%) olan əmanətlərdən çox qeydə alınmışdı. 2015-ci ildə isə bu vəziyyət sürətlə Amerika dollarının xeyrinə dəyişdi.

Amma hazırda vətəndaşların manat əmanətlərinin həcmi artıb ki, bu da manatın sabitləşməsi ilə əlaqədardır. 2017-ci ilin yanvarında 1 dollar 1,7707 manata idi. 2018-ci ilin 16 yanvarında isə Azərbaycan Mərkəzi Bankının açıqladığı məzənnəyə görə, 1 ABŞ dolları 1,7001 manatdır.

Dollar əmanətlərinin azalması onunla bağlıdır ki, əhali öz vəsaitlərinin Amerika valyutasında qorunmasını perspektivsiz görür. Məsələ ondadır ki, bankirlər dollar depozitləri üzrə dividendlərin ödənilməsini illik 3% —ə endiriblər. Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) manatla olan depozitləri illik 15% —dən yuxarı sığortalamır, dollarla olanları isə illik 3% —dən yuxarı.

Yeri gəlmişkən, 2018-ci ilin yanvar ayında başlayan son tendensiya göstərir ki, Amerika dolları heç də özünün yaxşı çağını yaşamır. Hazırda avro-dollar cütlüyü ötən üç il ərzindəki ən aşağı səviyyəsindədir.

Bununla bərabər, banklarda manat depozitlərinin yüksək gəlirliliyi bir daha əhali üçün cazibədar ola bilər. Bu isə milli iqtisadiyyatın dollarlaşma səviyyəsinin daha da azalmasına gətirib çıxaracaq.

Məsələ burasındadır ki, əmanətlərin döşək altında saxlanmasının perspektivi yoxdur. Çünki Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2017-ci ildə istehlak bazarında qiymətlərin artımı 12,9% təşkil edib ki, bu da depozitləri "döşək altında" qorunmağa başlamağın nəticəsidir.

Bununla əlaqədar olaraq, gözləmək olar ki, əhali kredit təşkilatlarının sıradan çıxmasından qorxaraq banklardan götürülmüş vəsaitlərin geri qaytarılmasını sürətləndirsin.

Bundan əlavə, öz əmanətlərini bankalara milli valyutada yerləşdirməklə adamlar nəinki öz vəsaitlərini inflyasiyadan qoruyacaqlar, həm də heç də pis olmayan dividentlər əldə edəcəklər. Çünki Mərkəzi Bankın bəyanatına görə, 2018-ci ildə ölkədə inflyasiyanın həcmi illik 6-8% olacaq, banklar isə illik 10%-dən yuxarı dividentlər vəd edə bilərlər.

Bununla bağlı olaraq, Azərbaycanda dolların batması fonunda milli valyuta üçün maliyyə bazarında öz mövqeyini möhkəmləndirmək baxımından heç də pis perspektivlər açılmır.

1913
Teqlər:
dollarsızlaşma, geriləmə, məzənnə, ABŞ dolları, manat, iqtisadiyyat
Əlaqədar
Manatın məzənnəsində geriləmə
1500 manata avtomobil almaq şansınız olacaq
Bağırzadə: “Manatın kəskin bahalaşması gözlənilmir”
Manatın məzənnəsi dəyişdi
Onlar 525 manat əməkhaqqı alır
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

8
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

8
Pulun sayması, arxiv şəkli

Müharibəyə görə həyatını itirən hərbçi mülki şəxslərin krediti silinəcək

32
(Yenilənib 16:46 24.10.2020)
Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir.

BAKI, 24 oktyabr — Sputnik. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu tarixi günlərdə Azərbaycan bank ictimaiyyəti də hər zamankı kimi Ordumuzun, dövlətimizin yanındadır. Azərbaycan bankları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımıza, Vətən uğrunda canından keçən Şəhidlərimizin ailə üzvlərinə bütün dövrlərdə xüsusi diqqət və ehtiramla yanaşmış və bu münasibət hər zaman davam edəcəkdir!

"Hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə ABA-nın üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər:

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

- Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

İctimaiyyətə məlum olduğu kimi ölkəmizdə hərbi vəziyyətin elan edildiyini nəzərə alaraq, cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış şəxslər haqqında və digər əlaqədar məlumatlar məxfi xarakter daşıyır. Bu barədə bankların da məlumatı olmur. Bu səbəbdən, banklar tərəfindən müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır.

Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir.

Qələbə bizimlədir!"

32
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

31
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

31