Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Maliyyə bazarında fantastik hadisə: Bunu heç kim gözləmirdi

CC0 / JESHOOTS / dollarДоллары, фото из архива
Доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünyada "sərbəst" və "axmaq" pul seli azalacaq, bu da "coin" çılğınlığının sona çatmasına səbəb olacaq"

BAKI, 8 yanvar — Sputnik. "2013-cü ildə dünyada yeni başlayan "coin" çılğınlığına parodiya olsun deyə bir internet saytı "Dogecoin" adlı kriptovalyuta buraxmışdı. Son 6 həftədə həmin "zarafatcoin" 680% bahalaşıb, ümumi dəyəri 2 mlrd. dolları keçib. "Dogecoin"-nin yaradıcısı Jackson Palmer açıqlama verərək deyib ki, "dünyanın başı xarab olub, biz bu "itcoini" zarafatla düzəltmişdik, 2 ildir ümumiyyətlə proqram yenilənməsi olmayıb".

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli öz "Facebook" səhifəsində məlumat paylaşıb. "Dünya, doğrudan da dəli olub, amma bu "dəliliyin" rasional izahı var. Dünyada "coin" çılğınlığı 2009-dan sonra başladı, 2016-17-ci illərdə isə fantastik səviyyələrə çatdı" — ekspert yazır.

"Səbəbi çox sadədir: FED 2008-ci ildən başlayaraq hər ay bazara 60-80 mlrd. dollar pul atmağa başladı ki, qlobal böhranın təsirlərini azaltsın. FED-dən sonra Avropa Mərkəzi Bankı da hər ay 60 mlrd. avro pul səpməyə başladı. Bu karvana Yaponiya, Britaniya, Çin də qoşuldu — 2008-dən bu günə dünyada "çap" olunub bazara səpilən sərbəst vəsaitin həcmi 15 trilyon dolları keçib" — o, əlavə edir.

N.Cəfərlinin sözlərinə görə, banklar çox aşağı faizlə kredit verib və böyük həcmdə sərbəst kapital yaranıb, bu "mənasız" və "ucuz" pulun bir hissəsi də "coinlərə" çevrilib: "Çünki investorların pul yatırnaq istədikləri sahələr daraldı — nə qədər aksiya və dövlət borc kağızları almaq olar?! Risk iştahı yarandı və "coin" dəliliyi yayıldı".

"FED artıq həm faiz artırır, həm də bazara atdığı 4 trilyon dolları geri çəkməyə başlayır, hər ay 20-40 mlrd. dollar geri çəkir. Bu il AMB də, Yaponiya və Çin də eyni addımları atacaq. Britaniya isə artıq prosesə start verdi. Deməli, dünyada "sərbəst" və "axmaq" pul seli azalacaq, bu da "coin" çılğınlığının sona çatmasına səbəb olacaq. Sonra "demədi", deməyin" — Cəfərli bildirib.

Xəbər lenti
0