Dəmirbank

Bağlanılan “Dəmirbank”ın sədri danışdı

159
(Yenilənib 00:20 24.12.2017)
“Mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu”

BAKI, 23 dekabr — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş “Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov Bankın bağlanmasına münasibət bildirib.

Fərid Abuşov
© Photo : REPORT
Fərid Abuşov

Sputnik Azərbaycan xəbər veriur ki, o, “Report”a qısa açıqlamasında bunları deyib: “Bununla bağlı yanaşma müxtəlif ola bilər. Bu qərarın tələsik və yaxud gecikmiş olduğu deyilə bilər, yəni hər şey nisbidir. Amma hər halda mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu. Başqa heç bir şərh vermək istəmirəm”.

159
Teqlər:
Fərid Abuşov, Dəmirbank, Maliyyə Bazarlarına Nəzarət Palatası, açıqlama
Əlaqədar
“Fitch” "DəmirBank"a reytinq verib
“Dəmirbank” “MTN işi” ilə bağlı açıqlama verdi
Azərbaycanda daha bir bankın lisenziyası ləğv olundu
Mərkəzi Bankdan son xəbər
Mərkəzi Banklar faiz qərarlarını açıqladılar
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi

Azərbaycan Türkiyə birgə daha bir uğura imza atdı

61
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.

 

BAKI, 20 oktyabr — Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edildi. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı "İlin layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq gördü. Bu barədə SOCAR-dan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel  idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) tərəfindən "İlin layihəsi" kateqoriyasında mükafata layiq görüldü.

TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

 

61
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

13
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

13
Teqlər:
neft, OPEK, OPEC
Həkim, arxiv şəkli

İrandan 22 həkim könüllü olaraq döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edib

0
(Yenilənib 18:26 21.10.2020)
Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. İranda müxtəlif sahələrdə çalışan 22 həkim Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səlahiyyətli səfirinə müraciət ünvanlayıb.

Bu barədə Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

© Embassy of Iran in Baku
Döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edən iranlı həkimlər

Müraciətdə qeyd edilib: "Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəssis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik".

0
Teqlər:
müraciət, kömək, İran, iranlı, Həkimlər, ölənlər və yaralılar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Mehriban Əliyeva Gəncənin vurulması haqda: "İnsanlığa qarşı cinayətdir"
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Ermənistan Ağdamın kəndlərinə mərmi yağdırdı, iki mülki şəxs xəsarət aldı
Atılan mərmilər daha bir Tərtər sakinini yaralayıb - video