Kredit verilişi

Dövlət vətəndaşın yükünün bir hissəsini öz çiyninə götürəcək

7078
(Yenilənib 16:00 18.12.2017)
"Bunların nəticəsində yerli sahibkarların kredit yükü bir qədər azalacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. "Kredit Zəmanət Fondu" ASC-nin 100 milyon manat nizamnamə kapitalı var. Cəmiyyətin əsas məqsədi sahibkarların banklardan götürdüyü kreditlərə zəmanət vermək, onların ödədikləri faizin müəyyən hissəsinin dövlət tərəfindən subsidiya şəklində ödənilməsi, banklarda kredit reytinqlərinin müəyyən edilməsidir".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası və İdarə Heyəti ASC-nin idarəetmə orqanları olacaq: "Səhmdarların Ümumi Yığıncağı Cəmiyyətin ali idarəetmə orqanıdır. ASC-nin Müşahidə Şurasında bir sıra nazirliklərin və 2 İctimai Birliyin nümayəndələri olacaq".

Ekspert bildirib ki, ilk olaraq müvəkkil banklar müəyyən ediləcək: "Yəni, hər bank bu Fond ilə işləyə bilməyəcək. Yalnız Fondun müvəkkil kimi qəbul etdiyi banklar işləyəcək. Həmin banklar Fonda birdəfəlik üzvlük haqqı ödəməlidir. Bu, əhəmiyyətli banklar üçün 75 min manat, digər banklar üçün isə 40 min manat müəyyən olunub. Sonra bir sıra xidmətlərə görə də müəyyən haqlar ödəyəcəklər".

Ə.Həsənov sahibkarların bunun müqabilində nə əldə edəcəyinə də aydınlıq gətirib: "Məsələn, sahibkar bankdan kredit götürmək istəyir, ancaq girovu çatmır. Bu zaman bank Fonda müraciət edəcək ki, Cəmiyyət həmin kreditin bir hissinə görə zəmanət versin. Yəni, sahibkar krediti qaytara bilməyəndə bunun bir hissəsinin banka qaytarılması öhdəliyi dövlətin üzərinə düşəcək".

"Bir növ dövlət kreditin müəyyən hissəsinə görə bank qarşısında zamin kimi çıxış edəcək. Hazırda sahibkarların əsas problemi kredit götürməyə görə girov təminatının çatmamasıdır. Bununla da Fond sahibkarlara kömək edəcək" — ekspert bildirib.

Onun sözlərinə görə, əlavə olaraq kredit faizinin də bir hissəsini dövlət banka ödəyəcək: "Bununla dövlət kredit faizinin bir hissəsini ödəməklə sahibkara kömək edəcək. Həm də zəmanət verir ki, sahibkar bankdan kredit götürə bilsin. Sahibkar krediti qaytara bilməyəndə bu yükün bir hissəsi Fondun üzərinə düşəcək".

Həsənovun fikrincə, Fondun işləməsi üçün Mərkəzi Bankın banklara kredit verməsi lazımdır: "Hazırda Mərkəzi Bank banklara verdiyi kreditin həcmini kəskin şəkildə azaldıb. Onsuz da banklar sahibkarlara kredit verə bilmir. Ona görə də bu, lazımdır".

"Dövlət bütün kreditə görə deyil, kreditin yalnız bir hissəsinə görə zəmanət verəcək. Məsələn, sahibkara 1 milyon manat lazımdır, bank onun girovunu 700-800 min manat qiymətləndirir. Bu zaman Fond yerdə qalan 200-300 minə görə zəmanət verir. Kredit ancaq manatla veriləcək"- deyə müsahibimiz əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov
© Photo : ŞƏXSİ ARXİV
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında Fondun yaradılmasının Azərbaycanda makroiqtisadi proseslərin dayanıqlı inkişafı istiqamətində atılan mühüm addım olduğunu deyib: "Ölkə iqtisadiyyatın ən mühüm struktur problemlərindən biri məhz bank-maliyyə sektoru, bank, kredit resurslarına real sektorun çıxışındakı problemlər ilə bağlı idi. Kommersiya banklarının kredit portfellərinin çox mühüm hissəsi təəssüf ki, qeyri-neft real sektorunun maliyyələşdirilməsinə deyil, bir çox hallarda istehlak kreditləri kimi iqtisadiyyat üçün problemli ola bilən seqmentlərə yönəlmişdi".

Məmmədovun dediyinə görə, bunun nəticəsində həm problemli kreditlərin sürətlə artımı baş vermiş, həm də istehlak bazarında idxalın xüsusi çəkisinin çox olması baxımından faktiki olaraq banklar istehlak kreditlərin maliyyələşdirilməsində artıma getmişdilər: "Onlar bununla ölkədən valyutanın çıxmasına və xarici istehsalçıların maliyyələşdirilməsinə imkan yaradıblar".

O bildirib ki, bu addımın atılması ilə qeyri-neft sektorunda fəaliyyət göstərən yerli sahibkarlara kreditlərin verilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər həyata keçiriləcək: "Çünki sahibkarlara subsidiyaların verilməsi nəzərdə tutulub. Təxminən kreditlərin üçdə biri həcmində dövlətin subsidiyaları nəzərdə tutulub. Bunların nəticəsində yerli sahibkarların kredit yükü bir qədər azalacaq".

Professor onu da qeyd edib ki, tədricən pul-kredit siyasətinin yumşaldılması istiqamətində addımlar atılmalıdır: "Son illər Mərkəzi Bank sərt pul-kredit siyasəti həyata keçirir. Sonuncu iclasında da Mərkəzi Bank uçot dərəcəsinin endirilməsinə getməyib. Bu gün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş uçot dərəcəsi yüksəkdir".

"Yeni yaradılan Fondun üzərinə ciddi məsuliyyət düşür. Kredit resurslarının məhz real istehsal sektoruna yönəldilməsi istiqamətində Fondun kommersiya bankları ilə birgə məqsədyönlü ardıcıl siyasət aparması tələb olunacaq".

Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 29-da "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərman imzalayıb.

7078
Teqlər:
zəmanət, "Kredit Zəmanət Fondu" ASC, Sputnik Azərbaycan, Elşad Məmmədov, Əkrəm Həsənov, sahibkar, maliyyə, ekspert, kredit, manat
Əlaqədar
Mərkəzi Bankdan son xəbər
Azərbaycan banklarından kredit borclularına inanılmaz müjdə
Beynəlxalq Banka qarşı nəticəsiz mübarizə
Sadıqov: “Azərbaycanda aqrar bankın yaradılması zəruridir”
Azərbaycanda qanunsuz kredit vermiş bank sədri həbs edildi
Kredit yolu gözləyənlərin diqqətinə: Banklar "kəmərləri daha da sıxacaq"
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Baş Nazirdən sərt qərar - Məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək

53
(Yenilənib 19:22 08.08.2020)
Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək

BAKI, 8 avqust — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər. 

Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyev avqustun 6-da  keçirdiyi videomüşavirədə hökumət və müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi tapşırıq verib.

Əli Əsədov bildirib  ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.

Baş Nazir vurğulayıb ki, iqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu ən mühüm məsələdir.

Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək.

Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir.

Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək.

Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə olundu, nöqsanlar qeyd edildi, onların aradan qaldırılması haqda təkliflər səsləndirildi. Karantin qaydalarına riayət edilməsi üzərində nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.

53
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq
Toya icazə verəcəklər, amma hər şey sahibkarlardan asılı olacaq
Bir manat da xərclənməyib - Şahmar Mövsümov bloklanmış kartlar barədə
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
Bundan sonra mehmanxanalar yeni QAYDAlarla işləyəcək
Ofisdə kişi

İqtisadiyyatın dirçələcəyinə ümidlər: Agentlik 3 min nəfər hazırlayır

16
(Yenilənib 16:29 08.08.2020)
Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar

BAKI, 8 avqust — Sputnik. Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun nəzdində olan agentlik ilk mərhələ kimi, 2021-ci ildə 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə)  standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməyi planlaşdırır. Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Qeyd edilən mütəxəssis hazırlığının təşkili üçün hazırda beynəlxalq tərəfdaşlarla da müzakirələr aparılır.

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar.

16
Əlaqədar
Heç kim pulsuz qalmayacaq - İşsizlikdən sığorta fondunun büdcəsi artırılır
Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi
Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq
Bakıda çimərlik, arxiv şəkli

Yaxşı qaralmaq üçün...

0
Mütəxəssislərin fikrincə, yayda yaxşı qaralmaq üçün ərik və qarpız daha çox faydalıdır. Eyni zamanda qoruyucu kosmetik vasitələrdən istifadə etmək də məsləhət görülür.

BAKI, 9 avqust — Sputnik. Artıq çimərliklərə qoyulan qadağa aradan qaldırılıb və hamı günəş şüaları altında zaman keçirməyə tələsir. Ancaq günəş şüaları altında sağlam qaralmaq üçün qaydalara əməl etmək lazımdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki,həkim dermatoloq İrina Kotova bildirib ki, Günəşin daha aktiv olduğu saatlarda saat 12.00-15.00 arası günəş şüaları altında qalmaq olmaz.

Eyni zamanda qoruyucu kosmetik vasitələrdən istifadə etmək də məsləhət görülür.

"İlk günlər günəş vannası qəbul edərkən SPF 50 və daha yüksək faizli kremlərədn istifadə edin. Kremi bütün bədəninizə çəkin", - deyən ekspert vurğulayıb ki, üzün dərisi ultrabənövşeyi şüalara həssas olduğu üçün başla üzü gün şüalarından qoruyacaq papaqlardan qoymaq lazımdır.

Mütəxəssislərin fikrincə, yayda yaxşı qaralmaq üçün ərik və qarpız daha çox faydalıdır.

0