Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezidentdən sumqayıtlıları sevindirəcək sərəncam

194
(Yenilənib 22:31 16.12.2017)
Sumqayıta 7 milyon manat ayrıldı

BAKI, 15 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, Sərəncam ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,0 (yeddi) milyon manat, o cümlədən çoxmənzilli binaların istismara yararsız 105 liftinin yeniləri ilə əvəz edilməsi üçün 3,7 milyon (üç milyon yeddi yüz min) manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3,3 milyon (üç milyon üç yüz min) manat ayrılsın.

194
Teqlər:
sərəncam, Azərbaycan Prezidentinin ehtiyat fondu, Prezident İlham Əliyev, Sumqayıt
Əlaqədar
Prezidentdən su təchizatı ilə bağlı mühüm sərəncam
Prezident mühüm sərəncam imzaladı
Dövlət başçısı Elmar Vəliyevlə bağlı sərəncam imzaladı
Prezidentdən su təchizatı ilə bağlı vacib sərəncam
Azərbaycanda məşhur ali məktəbin statusu əlindən alındı - Sərəncam