Azərbaycan manatı

Azərbaycanda minlərlə şirkət bir "çətir" altına toplanacaq

689
(Yenilənib 16:12 13.12.2017)
"Azərbaycan Sənaye Korporasiyası" ASC Azərbaycanın iri dövlət şirkətlərindən biri olacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti strateji yol xəritəsinə uyğun formalaşdırılan bir qurumdur və qurumun məqsədi bir tərəfdən də sənayeləşmə prosesinə dəstək verməkdir. Çünki Azərbaycanda sənayeləşmə əsas prioritetlərdən biridir. Xüsusilə də qeyri-neft ixracatında sənaye məhsullarının payının artırılması əsas hədəflərdən biridir".

Vüqar Bayramov
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, nəticə etibarı ilə sənayeləşmənin dəstəklənməsi üçün institusional dəyişikliklərə ehtiyac var idi: "Bu baxımdan "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin yaranması institusional dəyişiklik kimi qiymətləndirilməlidir".

"Eyni zamanda, bu qurum yalnız sənayeləşmə deyil, eləcə də bir sıra digər funksiyaları yerinə yetirəcək. Bu, həm əmlakın, həm də aktivlərin idarə edilməsi ilə bağlı məsələlərdir. Cəmiyyətin nizamnaməsinə diqqət yetirsək, kifayət qədər fərqli, eyni zamanda, dövlət əmlakının idarə edilməsi kimi bir sıra hallarda məsələləri əhatə edəcək" — Bayramov bildirib.

Ekspertin fikrincə, Cəmiyyətin məqsədi həm də məhz texnoloji sənaye məhsullarının yaradılması, o cümlədən aqrar emaledici istehsalın genişləndirilməsi üçün xarici investisiyaların cəlbini həyata keçirməkdən ibarətdir: "Cəmiyyət, eyni zamanda balansında olan əmlakın səmərəli idarə edilməsi ilə bağlı mexanizmlər hazırlayacaq, onun tətbiqini həyata keçirəcək. İnvestorların cəlb edilməsi əsas hədəflərdən biridir".

İqtisadçı qeyd edib ki, investisiya mühitinin yaxşılaşdırılmasına töhfə də Cəmiyyətin vəzifələri sırasındadır: "Burada investisiya müsabiqələrinin keçirilməsi də daxil olmaqla, çox fərqli metodlardan istifadə etməklə investisiyanın cəlb edilməsi və aqrar sənaye məhsullarının istehsalının genişləndirilməsi kimi məsələlər Cəmiyyətin vəzifələri sırasındadır".

Onun qənaətincə, Cəmiyyətin yaradılması bir tərəfdən mövcud sənaye sahələrinin dəstəklənməsi və təşviqinin artırılmasına xidmət edə bilər, digər tərəfdən isə bu, emal sənayelərinin formalaşmasına, eləcə də innovativ sahələrin dəstəklənməsinə şərait yarada bilər: "Bu baxımdan yeni Cəmiyyətin yaradılması Azərbaycanda sənayeləşmədə institusional islahat kimi qiymətləndirilir. Və praktik olaraq sənayeləşmə prosesinin institusional olaraq dəstəklənməsi həyata keçiriləcək".

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Cəmiyyətin nizamnamə kapitalı beş yüz milyon manatdır: "Amma aktivi ondan qat-qat çox olacaq. Təkcə "Aqrarkredit" üzrə 3 milyard manatdan çox aktiv ona verilir. Digər tərəfdən, "Azərbaycan Sənaye Korporasiyası" ASC ilk baxışdan adından görünə bilər ki, yalnız sənaye müəssisələrini idarə edəcək, amma Cəmiyyətin nizamnaməsində aqrar sektor xüsusi vurğulanır".

"Yəni Cəmiyyət kənd təsərrüfatı müəssisələrini də idarə edəcək. Bu, o deməkdir ki, ümumiyyətlə, "Azərbaycan Sənaye Korporasiyası" ASC dövlət müəssisələrini idarə edəcək. Yəni özəlləşdirilməyən dövlət müəssisələrini idarə edəcək" — ekspert bildirib.

Onun sözlərinə görə, böyük ehtimalla Əmlak Məsələləri Dövlət Komitəsinin də hazırda idarə etdiyi dövlət müəssisələri yavaş-yavaş Cəmiyyətin idarəçiliyinə keçəcək: "Düzdür, bu, dövlət başçısının müvafiq fərmanında yoxdur. Amma ilkin mərhələdə yalnız Beynəlxalq Bankın problemli kreditləri üzrə olan aktivləri idarə edəcək. Cəmiyyətin fəaliyyəti uğurlu olsa, digər dövlət müəssisələrini də idarəetməyə götürəcək".

Bu baxımdan Ə.Həsənov hesab edir ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC Azərbaycanın iri dövlət şirkətlərindən biri olacaq: "Yəqin ki, Cəmiyyət Dövlət Neft Şirkəti ilə müqayisə oluna bilən həddə olacaq. Cəmiyyət dövlət şirkətlərini idarə edəcək. Borclarını ödəyə bilməyən onlarla, yüzlərlə, minlərlə şirkət bu korporasiyanın tabeliyinə veriləcək. Bu, vahid idarəçiliyə gətirəcək. Cəmiyyətin yaradılması aqrar sahəyə də, sənaye sahəsinə də müsbət təsir etməlidir".

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda bildirilib ki, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin.

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – "Aqrarkredit" QSC) "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus dövlət əmlakı "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – "ASK" ASC) mülkiyyətinə (balansına) verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Cəmiyyətin nizamnaməsində qeyd olunub ki, Cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, ölkə ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı hesabına formalaşır.

Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə edilən daxilolmalar, Cəmiyyətin emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər, alınmış xarici kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Cəmiyyətin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Cəmiyyət Bakı şəhərində yerləşir.

Cəmiyyətin fəaliyyətinin əsas məqsədi Cəmiyyətə məxsus dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, tabeliyindəki müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılması və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.

689
Teqlər:
iqtisadiyyat, İlham Əliyev, Vüqar Bayramov, iqtisadçı, ekspert, Əkrəm Həsənov, kənd təsərrüfatı, Sputnik Azərbaycan, ASC, 'Azərbaycan Sənaye Korporasiyası' Açıq Səhmdar Cəmiyyəti, sənayeləşmə
Əlaqədar
Həsənov: “Azərbaycan Sənaye Korporasiyası yenilik və şəffaflıq gətirəcək”
"Azərbaycan Sənaye Korporasiyası" emal sənayesinin inkişafında yeni mərhələdir"
“Azərbaycan Sənaye Korporasiyası”nın rəhbərliyinə təyinatlar
Prezident Əliyev: “Rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Ekspert halala haram qatanlardan danışdı: böyük hərc-mərclik var

26
(Yenilənib 10:20 27.09.2021)
Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib ki, bu gün yenə də pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir.
Eyyub Hüseynov: “Bu sertifikatların kollegial verilməsinə nail olduq”

“Təsadüfi deyil ki, Azərbaycanda 6 il öncə halal standartlar qəbul edildi. O vaxta kimi ölkədə halal sertifikatının verilməsi böyük pullar hesabına mümkün olurdu”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, burada dini idarələr və müxtəlif ölkələrin təşkilatları iştirak edib: “Biz 6 il bundan öncə bu istiqamətdə iş apardıq və bu sertifikatların kollegial verilməsinə nail olduq. Bundan sonra 3 müəssisəyə halal sertifikatı verildi. Ancaq bu gün yenə də pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir. Bir çox xarici ölkələrdən Azərbaycana halal nişanı ilə məhsullar daxil olur. Biz AQTA-ya təklif vermişik ki, sertifikatların verilməsi məsələsini agentlik öz üzərinə götürsün. Bu sahədə böyük hərc-mərclik var”.

Eyyub Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

26
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Ekspert əmlak bazarındakı son vəziyyətdən danışdı

21
(Yenilənib 15:21 24.09.2021)
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı ipoteka kreditləşməsinə də təsir edib.
Ramil Osmanlı: “Mənzil bazarında tələb və təklif dəyişib”

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 256,2 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% çoxdur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a artımın səbəblərini açıqlayıb. Ekspert bildirib ki, burada bir sıra önəmli səbəblər var: “Artımı ilbəil ipoteka proqamında keçirilən islahatlarla əlaqələndirmək olar. Eyni zamanda mənzil bazarında tələb və təklif dəyişib. İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı da öz təsirini göstərib. Həmçinin ipoteka kreditləri üzrə məbləğlər də artırılır. Mənzil bazarındakı vəziyyətə gəldikdə isə deyə bilərəm ki, hazırda dinamik aktivlik müşahidə edilmir. Mənzil alıcılarının sayında nisbətən azalmalar var. Həm bazara daxil olan pulun həcmində, həm də alğı-satqı əməliyyatlarının sayında artımı müşahidə etmək olar”.

Ramil Osmanlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21

Bakıda şəhidlərinin xatirəsinə səmaya işıq fənərləri buraxılıb

0
"Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Bu gün vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.

Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.

Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.