Газовый счетчик и smart-карта, фото из архива

“Azəriqaz” “limit”lə bağlı açıqlama verdi

2680
(Yenilənib 10:13 05.12.2017)
Tarif Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib

BAKI, 4 dekabr — Sputnik. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi son günlər bəzi istehlakçılar tərəfindən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar daxil olan müraciətlərə cavab verib. Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, “Azəriqaz” İstehsalat Birliyi Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilmədiyini açıqlayıb.

Məlumatda deyilir ki, Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır: “Nəzərinizə çatdırırıq ki, 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq. 2017-ci ildə olduğu kimi, 2018-ci ilin yanvar ayının 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq. Həmçinin Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit 01.01.2018-ci il tarixdən başlayaraq smart karta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanacaq”.

O da vurğulanıb ki, Tarif Şurasının qərarı ilə  differensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini, aztəminatlı ailələr, eləcə də əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir: “Bununla da, ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 75% təşkil edir”.

2680
Teqlər:
Tarif (qiymət) Şurası, limit, dəyişiklik, "Azəriqaz", açıqlama
Əlaqədar
Qaz sayğacınızı "Azəriqaz"dan qoruyun, yoxsa məhkəməlik ola bilərsiz
"Azəriqaz" qaz kəsilmələrinə aydınlıq gətirdi
Bu qəsəbədə qaz böhranı yaşanır və "Azəriqaz" xəbərsizdir...
"Azəriqaz" sayğaclarda balansın artırılmasına limit tətbiq edib
"Azəriqaz"la "Akkord" niyə ötür-ötür oyunu oynayır?
Supermarketdə qadın, arxiv şəkli

Qiymətləri 3-5 dəfə bahalandırmaq üçün səbəb, yoxsa dünyaya təbiiliklə meydan oxumaq?

342
(Yenilənib 20:29 06.06.2020)
"Dünyada orqanik məhsul istehsalına böyük tələbat var və qiymətlər də ənənəvi məhsullardan 3-5 dəfə baha olur" - Elçin Ələkbərov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Bu gün orqanik məhsullara görə biosertifikatların hər bir ölkənin özünün yerli şirkəti tərəfindən verilməsi zaman itkisi ilə yanaşı, xərcləri də azaldır. Azərbaycanda isə hələlik belə bir şirkət yoxdur. Lakin artıq bu təcrübənin ölkəmizdə də reallaşdırılması, ekoloji təmiz məhsul istehsal edən fermerlərin işlərinin asanlaşdırılması,  orqanik məhsul istehsalını stimullaşdırmaq üçün müəyyən addımlaırn təməli qoyulub.

Sputnik Azərbaycan hazırda bu istiqamətdə görülən işləri araşdırıb. "Bio Azərbaycan" şirkətinin rəhbəri Elçin Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Ötən il təsis olunan şirkətin əsas hədəfi ölkəmizdə orqanik məhsul istehsalçılarına beynəlxalq sertifikatların verilməsi və milli məhsulların dünya bazarlarına çıxarılmasını təmin etməkdir. Hazırda bu sahədə bir neçə xarici şirkətlərlə əməkdaşlıq edirik və bu ildən etibarən orqanik sertifikasiya şirkətlərindən birinin nümayəndəliyi olaraq sertifikatların verilməsinə başlayacağıq. Gələcəkdə istər qida, istərsə də qeyri-qida sertifikatlarının da verilməsi planlaşdırılır. Biz eyni zamanda beynəlxalq akkreditasiya əldə edərək region ölkələrinə də xidmətlər göstərməyi planlaşdırırıq".

"Şirkətimizi təsis etməzdən öncə ölkəmizin ekoloji təmiz məhsul istehsalı və ixrac potensialı ilə bağlı ciddi araşdırma və təhillər apararaq belə bir qənaətə gəldik ki, orqanik məhsul istehsal potensialımız böyük olsa da bu sahədə peşəkar milli sertifikasiya şirkətlərinin, mütəxəssislərin çatışmazlığı orqanik məhsul istehsalçılarını narahat edir və buna görə də çox gəlirli sahə olan orqanik məhsul istehsalı zəif inkişaf edir. Bu sahədə Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları ictimai birliyinin (AOPE) fəaliyyətini yüksək dəyərləndiririk. Bu təşkilat biznes assosiasiyası olsa da xüsusilə “sağlam həyat - sağlam gələcək” ideyası üzərində fəaliyyətini qurub. Biz şirkətimizi məhz AOPE-nin təşkil etdiyi tədbirlərdə iştirak etdikdən sonra təsis etməyə qərar verdik", - deyə o əlavə edib.

Azərbaycanda biri on beş manata satılan yumurta: internetdən soraqlaşıb alırlar - FOTO>>

Beynəlxalq sertifikasiya şirkətləri ilə birgə əməkdaşlıq edərək orqanik sertifikatları verməyi planlaşdıran E.Ələkbərov deyir ki, hazırda ölkəmizdə dünya tərəfindən tanınan sertifikatları verən bir şirkət olmadığından orqanik məhsul istehsalçıları bu sertifikatları əldə etmək üçün başqa ölkələrə üz tutmaq məcburiyyətində qalırlar:

"Bu isə o deməkdir ki, müraciət edən şirkətin tələbi ilə sertifikasiyanı həyata keçirən qurum Azərbaycana gəlmək məcburiyyətində qalır. Belə halda yerli şirkətimiz daha çox vəsait xərcləməli olur. Bu da məhsulun maya dəyərinin daha da artması deməkdir. Məqsədimiz sertifikasiya işini Azərbaycanda təşkil edərək bu çətin prosesi asanlaşdırmaqdır. Belə olarsa, həmin məhsulun maya dəyəri də aşağı düşər və milli orqanik məhsullarımız “Made in Azerbaijan” markası ilə dünya bazarlarına çıxar".

"Ölkəmizin milli sahibkarı kimi bizi bir başqa məqam da ciddi narahat edir. Belə ki, ölkəmizdə bir çox hallarda fermerlər, xüsusilə kiçik fermerlər orqanik standartlarda məhsul istehsal etsələr də onlar orqanik sertifikata sahib olmadıqlarına və ya ümumiyyətlə bundan xəbərsiz olduqlarına görə məhsullarını orqanik olmayan məhsulun qiymətinə bazarlara çıxarırlar və həm sahibkar, həm də makroiqtisadi baxımdan ölkə iqtisadiyyatı ciddi maliyyə itkilərinə məruz qalır. Mən iki dəfə - 2018 və 2020-ci illərdə - Almaniyanın Nürnberq şəhərində hər il keçirilən BioFach beynəlxalq orqanik məhsullar sərgisində iştirak etmişəm və şəxsən şahid olmuşam ki, dünyada orqanik məhsul istehsalına böyük tələbat var və qiymətlər də ənənəvi məhsullardan 3-5 dəfə baha olur. Biz bu sahədə sertifikatlaşmanı sahibkar üçün asan və əlçatan etməliyik ki, o, rahatlıqla və müvafiq dəyərə sertifikat alaraq məhsullarını dünya bazarlarına çıxara bilsin", - deyə o əlavə edib.

Rusiya bazarında tələbatın azalması Azərbaycanda aqrar sektora ziyan vurub>>

Elçin Ələkbərov hazırda milli iqtisadiyyatın inkişaf etməsi üçün dövlət qurumları ilə sıx əməkdaşlıq etdiklərinə də diqqət çəkib: "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi orqanik məhsul istehsalının stimullaşdırılmasında fəal olaraq dəstək verirlər. Eyni zamanda “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi də bu sahədə müstəsna xidmətlər göstərir".

342
Əlaqədar
Dünyanın səkkizinci möcüzəsi: Əfsanəvi asma bağdan “Ağıllı bağ”a
Qorxmağa da səbəb yoxdur: Aldığımızı almışıq, bir azdan özümüzünkü də yetişəcək
Gözəl və gəlirli: Qızılgül milyardlarla dollara gəl-gəl deyir
Varlıların qidası: ət sadə amerikalılar üçün əlçatmaz olub
Biri ölməsə, o biri dirilməz - "Ağ qızıl" bizi ağ günə çıxaracaqmı?
Baytar məntəqələri tarixə qovuşur – Hər heyvanın öz “həkimi” olacaq, özü də müqavilə ilə
Çörək bişirmə zavodu, arxiv şəkli

Çörək üstündə dava əbəsdir - Nazirlikdən açıqlama

8
(Yenilənib 19:59 06.06.2020)
Bu günədək biçilmiş 57577 hektar arpa sahəsindən 171808 ton məhsul yığılıb ki, bu da orta məhsuldarlığın 29,6 sent/ha təşkil etməsi deməkdir.

BAKI, 6 iyun — Sputnik. Bu il Azərbaycanda 1 milyon hektardan artıq sahədə taxıl əkilib. Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sahələrin 640977 hektarını buğda, 369240 hektarını arpa əkinləri təşkil edir. 

İyunun 5-dək ölkə üzrə taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb. Ümumilikdə 57 977 hektar sahə biçilib. Hazırda biçin əsasən arpa sahələrində aparılır.

Bu günədək biçilmiş 57577 hektar arpa sahəsindən 171808 ton məhsul yığılıb ki, bu da orta məhsuldarlığın 29,6 sent/ha təşkil etməsi deməkdir. Biçin prosesinə hələlik 1079 kombayn cəlb olunub. Bunlardan 358-i "Aqrolizinq" ASC-nin biçin aparılan rayonlardakı aqroservislərində olan kombaynlardır. "Aqrolizinq" ASC tərəfindən hazırda biçin getməyən dağətəyi və dağlıq rayonlardakı aqroservislərdən Aran bölgəsinə 195 kombayn dislokasiya edilib. Biçimdə iştirak edən digər 526 kombayn isə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan kombaynlardır. İyunun 5-dək "Aqrolizinq" ASC-nin kombaynların ilə 23226,7 hektar sahədə biçin aparılıb. Qalan sahələr isə hüquqi və fiziki şəxslərin kombaynların ilə biçilib. Ölkədə taxıl biçini davam edir.

8
Əlaqədar
Yaxşılıq istəyi vs qanun: çörəkbişirənlər polisə cavab verirlər
Bu sərtləşmədən kim uduzdu, kim uddu - Peşmanı olmasa da, qalibi bilinir
Ağ günlərin insanlarının çörək davası və ağır günlərin xilaskar çörəyi - VİDEO
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

0
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

0
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO