Нефтяной насос в Баку, фото из архива

ABŞ yenə neft bazarını çökdürür

51
(Yenilənib 17:44 04.12.2017)
ABŞ-da şist neft istehsalçıları olduğu müddətdə neft qiymətlərinin bu səviyyədən yuxarı artması çətin olacaq

BAKI, 4 dekabr — Sputnik. Dünyada neftin qiyməti qismən ucuzlaşıb. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, bu, ABŞ-da fəal neft quyularının sayının artması ilə bağlıdır.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı ötən həftə 2 ədəd artaraq və 749-a çatıb.

Analitik Vill Yun deyib ki, Nigeriya və Liviyanın OPEC-in hasilat azaldılması anlaşmasına daxil edilməsi müsbət irəliləyişdir. Onun fikrincə, buna baxmayaraq, OPEC anlaşmanı gələn ilin sonunadək uzadaraq əlindəki bütün kartları oynayıb. Bu səbəbdən də, ABŞ-da şist neft istehsalçıları olduğu müddətdə neft qiymətlərinin bu səviyyədən daha da yuxarı artması çətin olacaq.

Qərbi Texas nefti (WTI) "Nymex" bazarında 68 sent düşərək 57.68 dollara enib. Brend neft isə 61 sent düşərək 63.12 dollara geriləyib.

51
Teqlər:
quyu, artım, WTI, OPEC, ABŞ, Brent, neft
Əlaqədar
Bu tendensiya neftin qiymətini yenidən endirə bilər
Azərbaycan nefti və milli valyutası bahalaşdı
Neft ölkəsində benzinin qiyməti rekord həddə qalxdı
Üzərinə boru düşən ikinci neftçi də ölüb
Azərbaycanın qeyri-neft idxalı
Bakıda 2 mlrd ton neft hasilatı münasibətilə tədbir keçirilir
Neft buruğu, arxiv şəkli

Pandemiyadan sonra ilk dəfə neft 70 dollarlıq psixoloji həddə yaxınlaşır

8
(Yenilənib 19:34 05.03.2021)
Deputat: "2021-ci ilin dövlət büdcəsində neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq.

BAKI, 5 mart — Sputnik. "Səudiyyə Ərəbistanı ilə "OPEC+" ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, artıq "Brent" markalı neftin bir barelinin qiyməti 67 dollardan baha satılır: "Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barrel artırsa da belə bazarda təklifi kəskin artırmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək".

Deputat qeyd edib ki, gündəlik neft ixracı 688,8 min barel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: "2021-ci ilin dövlət büdcəsində bir barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, "OPEC+" anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".

8
Prezident İlham Əliyev YAP-ın qurultayında, 05 mart 2021-ci il

Azərbaycan Prezidenti: "Biz reallıqlar yaradan ölkəyik"

8
(Yenilənib 15:40 05.03.2021)
Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir

 

BAKI, 5 mart — Sputnik. Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında bildirib.

"Eyni zamanda, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir", - deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bizim siyasətimizlə bağlı son vaxtlar dünyada aparılan düzgün təhlillər və fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir və ikinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.

8
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

0
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

0
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO