Pulqabında manatlar, arxiv şəkli

Ehtiyac meyarı artırıldı: indi 130 manatdır

148
(Yenilənib 23:06 01.12.2017)
Dövlət başçısının tapşırığı ilə gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib.

Sputnik Azərbaycan-ın məlumatına görə, maliyyə naziri Samir Şərifov bildirib ki, "2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilib: "Prezidentin tapşırığına əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb".

Qeyd edək ki, 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat müəyyənləşmişdi.

148
Teqlər:
artırılma, ehtiyac meyarı, yaşayış minimumu, Samir Şərifov
Əlaqədar
Azərbaycanda yaşayış minimumu artırılır
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
Yaşayış minimumu 19 manat artırılır
Azərbaycanda yaşayış minimumun məbləği dəyişir
Çində neft zavodunun işçiləri, arxiv şəkli

Dünya lideri dəyişir Bu ölkə gələn ildən ABŞ-ı üstələməyə başlayacaq

68
Çində tikilən bu müəssisələrin ümumi gücü günlük 1,2 milyon bareldir ki, bu da Böyük Britaniyanın neft emalı üzrə analoji göstəricisi ilə müqayisə oluna bilər.

BAKI, 24 noyabr — Sputnik. 2021-ci ildə Birləşmiş Ştatlar neft emalı məsələsində dünya liderliyini Çinə təhvil verə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Bloomberg" nəşri Beynəlxalq Energetika Agentliyinə (BEA) istinadən xəbər verir.

Qeyd olunur ki, Birləşmiş Ştatlarda, məsələn, Luizianada elə də köhnə olmayan "Royal Dutch Shell Plc"-nin zavodu kimi neft emalı zavodları bağlandığı bir vaxtda Çində ən azı dörd yeni müəssisə tikilir. Çində tikilən bu müəssisələrin ümumi gücü günlük 1,2 milyon bareldir ki, bu da Böyük Britaniyanın neft emalı üzrə analoji göstəricisi ilə müqayisə oluna bilər.

Qeyd edək ki, dünyada koronavirus pandemiyası ilə bağlı yanacağa tələbat azalıb, bu isə öz növbəsində neft hasilatı və emalına da təsir edib. Bu göstərici rekord hesab olunan 1,7 milyon barelə düşüb. Bundan əlavə, böhran neftin kim tərəfindən və necə istifadə olunması barədə dəyişiklikləri daha da sürətləndirib. Belə ki, dərin iqtisadi böhranla mübarizə aparan ABŞ və Avropadan fərqli olaraq Çin və digər Asiya ölkələrində plastmas və neftə tələbat artır.

68
Teqlər:
zavod, yanacaq, pandemiya, Çin, ABŞ

Azərbaycanın xarici ticarət göstəriciləri

11
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

11
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

0
(Yenilənib 16:26 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Fəridin səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

0
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə