Нефтяные насосы, фото из архива

Bu tendensiya neftin qiymətini yenidən endirə bilər

35
ABŞ-da aktiv neft quyularının sayı yenidən artmağa başlayıb

BAKI, 25 noyabr — Sputnik. ABŞ-da aktiv neft quyularının sayı noyabrın 17-dən 24-nə qədərki həftə ərzində 9 ədəd və yaxud 1,2% artaraq 747 ədədə çatıb. 

Bu barədə "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir. 

Məlumata görə, hesabat həftəsində aktiv qaz quyularının sayı isə 1 ədəd və yaxud 0,6% azalaraq 176 ədədə düşüb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 8 ədəd və yaxud 0,9% artaraq 923 ədəd təşkil edib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 273 ədəd və yaxud 57,6%, aktiv qaz quyularının sayı 58 ədəd və yaxud 49,1%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 330 ədəd və yaxud 55,6% artıb. 

2016-cı il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub ki, bu da son 7 ilin minimal həddi deməkdir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,36 dəfə çoxdur. Bu göstərici rekord həddə isə 2014-cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,6% aşağıdır. 

"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 50-65 dollar arasında dəyişəcək. "Neftin qiymətinin 50 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidəcək, 65 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək".

Xatırladaq ki, bu il avqustun 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda quyuların sayı bu səviyyədən 21 ədəd və yaxud 2,7% aşağıdır. ABŞ-da neft hasilatı bu həftə 13 min barel və yaxud 0,1% artaraq 9,658 mln. barel/günə çatıb və rekordu yeniləyib. Bu rəqəmin qısamüddətli perspektivdə 10 mln. barel/günü ötməsi gözlənilir.

35
Əlaqədar
Neft ölkəsində benzinin qiyməti rekord həddə qalxdı
Neft buruğunda faciə - SOCAR açıqlama verdi
Cəfərli: “İraq hökumətinin neft mədənlərinə nəzarəti neft hasilatını artıra bilər”
Elektrik xətləri, arxiv şəkli

Suqovuşanda "ağıllı şəbəkə" tətbiq olunur

6
(Yenilənib 12:53 22.04.2021)
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir.

BAKI, 22 aprel — Sputnik. İşğaldan azad olunan Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğaldan azad olunan əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər davam etdirilir, “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirilib.

Suqovuşanda son vəziyyət
© Sputnik / Aleksey Kudenko

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minimuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minimuma enir.

Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.

6
Teqlər:
elektrik, işıq, Suqovuşan
Suraxanı neft yatağı, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

3
(Yenilənib 12:47 22.04.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 22 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 65,37 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,26 dollar ucuzlaşaraq 65,06 dollar, "Light" markalı neftin qiyməti isə 0,27 dollar geriləyərək 61,08 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

3
Teqlər:
Azərbaycan, qiymət, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Rusiyada meşələr, arxiv şəkli

"İqlim üzrə Rusiya ilə əməkdaşlıq etmək lazımdır" nümayəndəsi

0
(Yenilənib 14:39 22.04.2021)
Əgər biz indi birgə işləməyə başlamasaq, nəticədə bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcəkdir.

BAKI, 22 aprel — Sputnik. Əgər Moskva və Brüssel indi iqlim üzrə işləməyə başlamasa, onda bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Rusyadakı səfiri Markus Ederer bildirib.

"Rusiyanın Aİ-dəki səfiri kimi mən əməkdaşlığın xeyrinə işləməyə hazıram. İqlim əməkdaşlığı ilə bağlı da. Əgər biz indi birgə işləməyə başlamasaq, nəticədə bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək. Ona görə də gəlin birgə işləyək", - deyə Ederer "Rusiya və Avropa sabahkı dünyada" adlı videokonfransda çıxışı zamanı bildirib.

0