Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda son üç ilin ən böyük dövlət büdcəsi - Məbləğ açıqlandı

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Gələn ilki büdcə 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20% çoxdur"

BAKI, 21 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə maliyyə naziri Samir Şərifov danışıb.

Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Oqtay Əsədov 2018-ci il büdcəsinin istiqamətini açıqladı

Nazir bildirib ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur.

"2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transfertin, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür" — Şərifov bildirib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla 7,907 mlrd. manat nəzərdə tutulur. Bu da cari ilin proqnozundan 262 mln. manat və ya 3,4%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 mln. manat və ya 12,7% çoxdur.

Nazir deyib ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur.

O bildirib ki, 2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1% təşkil edəcək: "Bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu da 2017-ci illə müqayisədə 2,965 mlrd. manat və ya 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154 mlrd. manat və ya 17,8% artıqdır. 2018-ci il üçün büdcə kəsiri 778,7 mln. manat həcmində nəzərdə tutulub".

Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Gələn ilki dövlət büdcəmiz müzakirəyə çıxarıldı

S. Şərifovun dediyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 36,3%-i və ya 1 mlrd. 300 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 63,7%-i və ya 2 mlrd. 278,8 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.

O, 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bildirib: "2018-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb".

Xəbər lenti
0