Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Oqtay Əsədov 2018-ci il büdcəsinin istiqamətini açıqladı

84
(Yenilənib 12:47 21.11.2017)
Spiker: "Xərclərin 33,5%-nin sosial sahəyə ayrılması bunu bir daha sübut edir"

BAKI, 21 noyabr — Sputnik. Azərbaycanın büdcə zərfi sosial-iqtisadi vəziyyət nəzərə alınmaqla hazırlanıb və gələn il də real iqtisadi artım proqnozlaşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, aparılan iqtisadi siyasət makroiqtisadi təhlükələrin qarşısını almağa imkan verib: "Son illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun payı 50%-dək yüksəlib".

"2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Xərclərin 33,5%-nin sosial sahəyə ayrılması bunu bir daha sübut edir. Biznes mühitinin yaxşılaşıdırılması, maliyyə bazarlarının təkmilləşdirilməsi iqtisadiyyatın rəqabət qabiliyyətini artırıb" — O. Əsədov bildirib.

Qeyd edək ki, parlamentin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi aparılır.

84
Teqlər:
Oqtay Əsədov, spiker, xərc, sosial, dövlət büdcəsi, büdcə zərfi
Əlaqədar
Beynəlxalq Bank büdcəni “yeyir”: gəlir və xərclər açıqlandı
Milli Məclisdə büdcə zərfi müzakirə edilir
Gələn ilin dövlət büdcəsinin məbləği açıqlandı
Büdcəmizə qənaət etməli olacağıq