Milli Məclis

Azərbaycanın xarici dövlət borcu azaldılır

62
(Yenilənib 13:36 08.11.2017)
Hesablama Palatasının sədri: “Növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı həddləri azalma ilə proqnozlaşdırılıb”

BAKI, 8 noyabr — Sputnik. Növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı həddləri, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) azalma ilə proqnozlaşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu noyabrın 8-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, bu, növbəti illərdə dövlət borclanmasının və şərti öhdəliklərin artım tempinin azalmasına münbit şərait yaradacaq. Azərbaycan Respublikasının 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri üzrə müqayisədə ölkəmizdə borc dayanıqlığının mövcud olduğunu göstərir.

62
Teqlər:
Milli Məclis, Hesablama Palatası, Vüqar Gülməmmədov, Azərbaycan Respublikası
Əlaqədar
Borclarınızı qısa müddətdə ödəyin, əks halda...
Kredit borclarınızı ödəməyə tələsin, əks halda...
Əfsanəvi idmançı borcunu qaytarmaq üçün mükafatlarını satır
Kredit borcu olanlara şad xəbər